Zəngilandan qanunsuz gəlir əldə edən isveçrəli beynəlxalq axtarışa verildi

Laçın, Kəlbəcər və digər işğal olunan rayonların ərazilərində erməni əsilli xarici dövlətlərin vətəndaşları olan şəxslərin ekologiya və yerin təkinin istismarı qaydalarının kobud şəkildə pozulması ilə nəticələnən qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları faktları üzrə Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsində cinayət işləri başlanıb.

Bizim.Media-ya Baş Prokurorluqdan verilən məlumata görə, həmin cinayət işlərindən biri – işğal olunmuş, lakin Milli Ordumuzun uğurlu əməliyyatları nəticəsində son günlərdə işğaldan azad olunmuş Zəngilan rayonunun Vejnəli kəndi ilə bağlı olub.

Belə ki, istintaq zamanı müəyyən edilib ki, Zəngilan rayonu Vejnəli kəndində əlvan metal yataqlarından qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq gəlir əldə edən İsveçrə Konfederasiyasında rəsmi qeydiyyatdan keçmiş “Vallex Group” şirkətlər qrupunun filialı olan “Base Metals” Qapalı Səhmdar Cəmiyyəti 2009-2017-ci illər ərzində cəmi 301 milyon 918 min manat məbləğində qanunsuz gəlir əldə edib.

Qeyd edilən cinayət faktları ilə əlaqədar “Vallex Group” şirkətlər qrupunun maliyyə investoru, İsveçrə Konfederasiyasının vətəndaşı Vartan Sirmakes və rəhbəri Valeriy Mejlumyan, o cümlədən, həmin şirkətlər qrupuna daxil olan “Base Metals” QSC-nin icraçı direktoru Artur Mkrtumyan Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barələrində məhkəmənin müvafiq qərarları ilə qiyabi həbs seçilməklə istintaq orqanı tərəfindən beynəlxalq axtarış elan edilib.

Həmin cinayət işi üzrə prokurorluq əməkdaşları tərəfindən Azərbaycan dövlətinə və vətəndaşlarına dəymiş ziyanın məbləğinin dəqiqləşdirilməsi və digər istintaq üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə 30.10.2020-ci il tarixdə işğaldan azad olunan Vejnəli kəndində yerləşən uzun illər ərzində istismara məruz qalmış qızıl yataqlarının yerləşdiyi əraziyə hadisə yerinə baxış da daxil olmaqla digər zəruri istintaq hərəkətləri həyata keçirilir.

Həmçinin, cinayət işi üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən zəruri istintaq hərəkətlərinin icrası məqsədi ilə İsveçrə Konfederasiyasının səlahiyyətli dövlət orqanlarına beynəlxalq hüquqi yardımın göstərilməsi haqqında vəsatətlə müraciət olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bundan sonra boşanma iki mərhələli olacaq – Türkiyədə YENİ QƏRAR

Bundan sonra boşanma iki mərhələli olacaq – Türkiyədə YENİ QƏRAR

SON DƏQİQƏ! İran Hörmüz boğazını yenidən bağladı

SON DƏQİQƏ! İran Hörmüz boğazını yenidən bağladı

Bürclərə görə film TÖVSİYƏLƏRİ

Bürclərə görə film TÖVSİYƏLƏRİ

Bakıda yeni doğulan körpə HƏYATINI İTİRDİ

Bakıda yeni doğulan körpə HƏYATINI İTİRDİ

Elçin Əmirbəyov: “Hazırda yaşadığımız sülh şəraiti yeni imkanlar yaradır”

Elçin Əmirbəyov: “Hazırda yaşadığımız sülh şəraiti yeni imkanlar yaradır”

Yenidoğulanlar dünyanı ağ-qara görür? – Körpələr haqqında miflər və doğrular

Yenidoğulanlar dünyanı ağ-qara görür? – Körpələr haqqında miflər və doğrular

General Müşfiq Məmmədov vəzifəsindən azad edildi

General Müşfiq Məmmədov vəzifəsindən azad edildi

Prezidentin Türkiyəyə səfərindən ən yaddaqalan anlar – VİDEO

Prezidentin Türkiyəyə səfərindən ən yaddaqalan anlar – VİDEO

Məişət texnikası bahalaşacaq – BU TARİXDƏN

Məişət texnikası bahalaşacaq – BU TARİXDƏN

Hikmət Hacıyev və Mövlud Çavuşoğlu arasında səmimi dialoq – VİDEO

Hikmət Hacıyev və Mövlud Çavuşoğlu arasında səmimi dialoq – VİDEO

Yeni “Ceyms Bond” bu namizədlərdən biri OLACAQ – ADLAR

Yeni “Ceyms Bond” bu namizədlərdən biri OLACAQ – ADLAR

Hikmət Hacıyev Andrea Corao Faria ilə görüşdü – FOTO

Hikmət Hacıyev Andrea Corao Faria ilə görüşdü – FOTO

Güclü küləklə bağlı XƏBƏRDARLIQ

Güclü küləklə bağlı XƏBƏRDARLIQ

İran MN: “Yalnız bu gəmilər Hörmüzdən keçə bilər”

İran MN: “Yalnız bu gəmilər Hörmüzdən keçə bilər”

Bu qurumlar birləşdirildi

Bu qurumlar birləşdirildi

Yeniyetmələri hədəf alan TƏHLÜKƏ – Cinayəti təşviq edən materialların yayılma üsulları və MÜBARİZƏ METODLARI

Yeniyetmələri hədəf alan TƏHLÜKƏ – Cinayəti təşviq edən materialların yayılma üsulları və MÜBARİZƏ METODLARI

İsveç kralı Zelenskinin əlini sıxmaqdan imtina etdi – VİDEO

İsveç kralı Zelenskinin əlini sıxmaqdan imtina etdi – VİDEO

Hamı zərərli olduğunu düşünürdü – Möcüzəvi faydası ÜZƏ ÇIXDI

Hamı zərərli olduğunu düşünürdü – Möcüzəvi faydası ÜZƏ ÇIXDI

İran hava məkanını qismən AÇDI

İran hava məkanını qismən AÇDI

Şəmkir məktəbində YANĞIN – Şagirdlər təxliyə edildi

Şəmkir məktəbində YANĞIN – Şagirdlər təxliyə edildi

Bu insanlara pəhriz saxlamaq qətiyyən olmaz – Həkimdən XƏBƏRDARLIQ

Bu insanlara pəhriz saxlamaq qətiyyən olmaz – Həkimdən XƏBƏRDARLIQ

Azərbaycanın bu ərazilərində torpağın sotu 2 MİLYONDUR

Azərbaycanın bu ərazilərində torpağın sotu 2 MİLYONDUR

Azərbaycan XİN: “İnsanlıq əleyhinə cinayət olan Başlıbel faciəsi unudulmamalıdır” – FOTO

Azərbaycan XİN: “İnsanlıq əleyhinə cinayət olan Başlıbel faciəsi unudulmamalıdır” – FOTO

Premyer Liqada HƏLLEDİCİ GÖRÜŞ – “Qarabağ” “Sabah”la ÜZ-ÜZƏ

Premyer Liqada HƏLLEDİCİ GÖRÜŞ – “Qarabağ” “Sabah”la ÜZ-ÜZƏ

End of content

No more pages to load

RADİO