"Sarkisyan Qarabağa gələn kimi vurulmalıdır"

“Cəbhənin Füzuli-Xocavənd istiqamətində Ermənistan hava hücumundan müdafiə qoşunlarına məxsus “OSA”x9d zenit-raket kompleksinin məhv edilməsini Azərbaycan Ordusu davam etdirməlidir. Hətta təklif və təkid edirəm ki, Qarabağ münaqişəsinin birdəfəlik həlli üçün Ermənistanın cinayətkar prezidenti öz dəstəsilə Xankəndi aeroportuna və ya Füzuli-Xocavənd istiqamətinə gələndə məhv edilsinlər.”x9d

Bunu İstiPress-ə müsahibəsində ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Üzeyir Cəfərov deyib.

Ermənilərin zenit-raket kompleksinin məhv edilməsinə və qarşı tərəfin hansı addımlar atacağına rəy bildirən polkovnik bildirdi ki, Azərbaycan heç nədən qorxmamalı və çəkinməməlidir.

“Azərbaycan dəfələrlə xəbərdarlıq edib ki, Ermənistan beynəlxalq hüquq normalarına hörmətlə yanaşmırsa, niyə onların boşboğazlıq etməyini gözləməliyik. Zenit-raket kompleksi Azərbaycan qoşunlarının düz yaxınlığına gətirilmişdi. Onu elə-belə gətirməyiblər ki. Ordumuzun hərəkətlərini izləmək, pilotsuz uçan aparatlarımıza mane olmaq istəyirdilər. Silahlı Qüvvələrimiz də onları məhv etdi. Ən maraqlısı isə Ermənistan tərəfinin açıqlaması oldu. Düşmənin Müdafiə Nazirliyi bəyan etdi ki, ZRK-da heç kim olmayıb. Onlar deyəsən o qədər “savadlanıblar”x9d ki, PUA ilə ZRK-nı səhv salırlar. Yəqin həmin kompleksi ora gətirmişidlər ki, şəxsi heyət darıxmasın”x9d, - Üzeyir Cəfərov vurğuladı.


Ermənilərin hədə-qorxusuna gəlincə, hərbi ekspert bəyan etdi ki, Azərbaycan Silahlı Qüvvələri düşməni yerində oturtmaq üçün həmlə gözləyir.

“Heç nədən narahat olmağa dəyməz. Biz bunu çoxdan arzulayırıq ki, düşmən başından böyük qələt eləsin. Azərbaycan hərbçilərinə və ya texnikasına qarşı hər hansı bir hərəkət olarsa, bu, Ermənistanın özünə qəsd etməsinə bərabər bir addım olacaq”x9d, - deyə Üzeyir Cəfərov bildirdi.

Xatırladaq ki, mayın 15-də cəbhənin Füzuli-Xocavənd istiqamətində Ermənistan hava hücumundan müdafiə qoşunlarına məxsus “OSA”x9d zenit-raket kompleksi hərbi qulluqçular tərəfindən müdafiənin ön xəttində yeni mövqeyə çıxarılaraq hava məkanını nəzarətə götürməyə cəhd göstərilib.

Azərbaycanın uçuş aparatlarına yaranan real təhlükənin və düşmənin aktivliyinin qarşısını almaq məqsədilə Ermənistanın “OSA”x9d zenit-raket kompleksi və nəqliyyat-doldurucu maşını atəşlə tam sıradan çıxarılıb, şəxsi heyəti məhv edilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

6 ay ərzində doğulan uşaqlara ən çox qoyulan ADLAR

6 ay ərzində doğulan uşaqlara ən çox qoyulan ADLAR

“Milan” bu futbolçu ilə razılığa gəldi

“Milan” bu futbolçu ilə razılığa gəldi

İraqda Xamenei ilə üçmərhələli vida mərasimi KEÇİRİLƏCƏK

İraqda Xamenei ilə üçmərhələli vida mərasimi KEÇİRİLƏCƏK

Netanyahudan ETİRAF: “Trampla bu məsələdə fikir ayrılıqlarımız olur”

Netanyahudan ETİRAF: “Trampla bu məsələdə fikir ayrılıqlarımız olur”

Sabah bu kəndlərdə işıqlar sönəcək

Sabah bu kəndlərdə işıqlar sönəcək

Rihanna 4-cü uşağa hamilədir? - FOTOLAR

Rihanna 4-cü uşağa hamilədir? - FOTOLAR

İran Hörmüz boğazında neft tankerlərinə HÜCUM ETDİ

İran Hörmüz boğazında neft tankerlərinə HÜCUM ETDİ

Xameneinin cənazəsi İraqa gətirildi - VİDEO

Xameneinin cənazəsi İraqa gətirildi - VİDEO

Güləşçimiz erməni rəqibini məğlub edərək ÇEMPİON OLDU - FOTO

Güləşçimiz erməni rəqibini məğlub edərək ÇEMPİON OLDU - FOTO

“Qarabağ” yeni mövsüm üçün formalarını təqdim etdi - FOTO

“Qarabağ” yeni mövsüm üçün formalarını təqdim etdi - FOTO

Beyni 13 il "cavanlaşdıran" vərdiş məlum oldu

Beyni 13 il "cavanlaşdıran" vərdiş məlum oldu

“Fənərbağça”dan 45 milyonluq transfer

“Fənərbağça”dan 45 milyonluq transfer

Güclü leysan yağışları Tbilisi hava limanını İFLİC ETDİ

Güclü leysan yağışları Tbilisi hava limanını İFLİC ETDİ

Qızı "Ələkbər əmi"ni belə yad etdi – VİDEO

Qızı "Ələkbər əmi"ni belə yad etdi – VİDEO

Messi Argentina - Misir matçının ƏN YAXŞISI seçildi

Messi Argentina - Misir matçının ƏN YAXŞISI seçildi

Şəkidə üç nəqliyyat vasitəsi toqquşdu

Şəkidə üç nəqliyyat vasitəsi toqquşdu

Ən çətin BÜRCLƏR - Onların öz doğruları var

Ən çətin BÜRCLƏR - Onların öz doğruları var

Gəncədə 17 yaşlı yeniyetmə çənəsindən bıçaqlandı

Gəncədə 17 yaşlı yeniyetmə çənəsindən bıçaqlandı

Çempionlar Liqası: “Sabah”dan inamlı qələbə - VİDEO

Çempionlar Liqası: “Sabah”dan inamlı qələbə - VİDEO

Trampın Ankara səfəri: Yeni geosiyasi düzənin başlanğıcı?

Trampın Ankara səfəri: Yeni geosiyasi düzənin başlanğıcı?

Yapon nazir Türkiyədəki suya təəccübləndi – VİDEO

Yapon nazir Türkiyədəki suya təəccübləndi – VİDEO

TikToker Arzum yalnız bu halda azadlığa buraxıla bilər - AÇIQLAMA

TikToker Arzum yalnız bu halda azadlığa buraxıla bilər - AÇIQLAMA

Şağanda quru otluq sahədəki yanğın SÖNDÜRÜLDÜ

Şağanda quru otluq sahədəki yanğın SÖNDÜRÜLDÜ

İldırım heyvanları vurdu, sel ev quşlarını apardı - FOTO/VİDEO

İldırım heyvanları vurdu, sel ev quşlarını apardı - FOTO/VİDEO

End of content

No more pages to load

RADİO