Bakıda maskalı şəxs apteki belə qarət etdi - Oğurluğun ANBAAN VİDEOSU

Sabunçu rayonu Bakıxanov qəsəbəsində quldurluq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, naməlum şəxs qəsəbə ərazisində yerləşən apteklərdən birinə daxil olaraq orada satıcı işləyən qadını əlindəki bıçaqla onun həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi ilə hədələyib obyektin kassasından 480 manat pulu talamaqla quldurluq edib.

Zərərçəkən şəxs Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə müraciət edən kimi cinayəti törədən şəxsin axtarışlarına başlanılıb.

Bölmə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən Orxan Şahbazov saxlanılıb. O, ifadəsində etdiyi cinayəti etiraf edib və hadisə zamanı istifadə etdiyi kəsici aləti polis əməkdaşlarına təhvil verib.

Qeyd edək ki, Orxan Şahbazovun aptekdə törətdiyi quldurluq cinayəti obyektin kameraları tərəfindən də lentə alınıb.

Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində isə Zabrat və ətraf qəsəbələrdə cari ilin fevral-aprel ayları ərzində silsilə oğurluq cinayətləri törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Elşən Mailov saxlanılıb.

Bu şəxsin ətrafında aparılan əməliyyat tədbirləri ilə müəyyən edilib ki, E.Mailov qeyd edilən müddət ərzində təkcə Sabunçu rayonunda 6 mənzildən və 2 zərgərlik məmulatlarının satıldığı obyektdən soyğunçuluq, eləcə də, oğurluq cinayətləri törədib. Araşdırma zamanı onun əsasən qızıl-zinət əşyaları ələ keçirdiyi məlum olub. E.Mailov zərərçəkənlərə ümumilikdə 15 min manata yaxın maddi ziyan vurub.

Qeyd edilən faktlarla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb.

Orxan Şahbazov və Elşən Mailov barəsində istintaq tədbirləri davam etdirilir. Saxlanılan şəxslərin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis bölmələrinə, habelə DİN-in “102” Xidməti Zəng Mərkəzi Sistemi ilə əlaqə saxlayaraq məlumat verə bilərlər.

Bizim.Media
 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Böyük Britaniyada nazir Kir Stramerə görə istefa verdi - FOTO

Böyük Britaniyada nazir Kir Stramerə görə istefa verdi - FOTO

İnternetdə tanış olduğu qadın kişini tələyə saldı - FOTO

İnternetdə tanış olduğu qadın kişini tələyə saldı - FOTO

Vilayət Eyvazov Bakıda sıra baxışı keçirdi – FOTO/VİDEO

Vilayət Eyvazov Bakıda sıra baxışı keçirdi – FOTO/VİDEO

Qızıl Ordanın şərəfinə sikkə buraxıldı

Qızıl Ordanın şərəfinə sikkə buraxıldı

İsrail BƏƏ-yə “Dəmir günbəz” sistemləri göndərdi

İsrail BƏƏ-yə “Dəmir günbəz” sistemləri göndərdi

Anaklaudiya Rossbax İlham Əliyevə təşəkkür etdi – FOTO

Anaklaudiya Rossbax İlham Əliyevə təşəkkür etdi – FOTO

71 yaşlı əməkdar artist tanınmaz halda –VİDEO

71 yaşlı əməkdar artist tanınmaz halda –VİDEO

Bu şəxslərə HÖKM OXUNDU

Bu şəxslərə HÖKM OXUNDU

Bu şəhərdə küçələrə “Ayran”, “Qatıq” adları veriləcək

Bu şəhərdə küçələrə “Ayran”, “Qatıq” adları veriləcək

Volodindən Ermənistana xəbərdarlıq: “Ukraynada da hər şey belə başlamışdı”

Volodindən Ermənistana xəbərdarlıq: “Ukraynada da hər şey belə başlamışdı”

Rasim İldırım barışıq üçün ona- 150 min təklif edir

Rasim İldırım barışıq üçün ona- 150 min təklif edir

Simonyan: “Bizim Rusiya ilə “boşanmaq” məqsədimiz yoxdur”

Simonyan: “Bizim Rusiya ilə “boşanmaq” məqsədimiz yoxdur”

ABŞ TRIPP layihəsi ilə bağlı İrəvana nümayəndə heyəti göndərdi

ABŞ TRIPP layihəsi ilə bağlı İrəvana nümayəndə heyəti göndərdi

Paşinyandan Mirzoyanla gündəm olan görüntülərinə REAKSİYA

Paşinyandan Mirzoyanla gündəm olan görüntülərinə REAKSİYA

15 yaş kiçik sevgilisindən 3-cü övladı oldu - FOTO

15 yaş kiçik sevgilisindən 3-cü övladı oldu - FOTO

Qırmızı Ürəklər Fondu növbəti “Qurban payı” aksiyasına start verir

Qırmızı Ürəklər Fondu növbəti “Qurban payı” aksiyasına start verir

SON DƏQİQƏ! Gürcüstandan ölkəmizə heyvan idxalının qarşısı ALINDI – FOTO

SON DƏQİQƏ! Gürcüstandan ölkəmizə heyvan idxalının qarşısı ALINDI – FOTO

Qumar borcuna görə qonşu qadını öldürüb, qızıllarını oğurladı – Qandonduran CİNAYƏT – FOTO

Qumar borcuna görə qonşu qadını öldürüb, qızıllarını oğurladı – Qandonduran CİNAYƏT – FOTO

Əvvəl seçki, sonra REFERENDUM – Paşinyanı hansı çətinliklər gözləyir?

Əvvəl seçki, sonra REFERENDUM – Paşinyanı hansı çətinliklər gözləyir?

Ukrayna Prokurorluğu Andrey Yermakın həbsini istəyir

Ukrayna Prokurorluğu Andrey Yermakın həbsini istəyir

"Shein" “Temu”nu məhkəməyə VERDİ

"Shein" “Temu”nu məhkəməyə VERDİ

Xəstəxanaya yerləşdirilən Akif İslamzadə ilə bağlı YENİ XƏBƏR - ÖZƏL

Xəstəxanaya yerləşdirilən Akif İslamzadə ilə bağlı YENİ XƏBƏR - ÖZƏL

Azərbaycanlı müşahidəçilər Ermənistanda keçiriləcək seçkilərdə iştirak edəcək? – Deputatdan AÇIQLAMA

Azərbaycanlı müşahidəçilər Ermənistanda keçiriləcək seçkilərdə iştirak edəcək? – Deputatdan AÇIQLAMA

Adil Kərimliyə AĞIR İTKİ – FOTO

Adil Kərimliyə AĞIR İTKİ – FOTO

End of content

No more pages to load

RADİO