Azərbaycan ərazisində bu həftə ərzində gözlənilən hava şəraiti açıqlanıb.
Bizim.Media-nın xəbərinə görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva jurnalistlərə açıqlamasında deyib.
Xidmət rəisi bildirib ki, hazırda ölkədə qeyri-sabit hava şəraiti müşahidə olunsa da, aprelin 14-də günün ikinci yarsında yağıntıların kəsiləcəyi gözlənilir:
"Növbəti üç gün ərzində xoş yaz havası müşahidə olunacaq. Hava, əsasən, yağmursuz keçəcək, zəif külək əsəcək. Bakı və Abşeron Yarımadasında havanın temperaturu 16-18, rayonlarda isə 23-25 dərəcəyə kimi yüksələcək".
Bizim.Media