Bir nəfəri öldürdü, sonra ətarfındakıların hamısına xəsarət yetirdi - İmişlidə CİNAYƏT

1 avqust 2020-ci il tarixdə İmişli rayonu, Göbəktala kəndi ərazisində 1985-ci il təvəllüdlü Amid Əmirahovun öldürülməsi, 1990-cı il təvəllüdlü Səbuhi Əmirahovun isə öldürülməsinə cəhd edilməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə İmişli rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

İmişli Rayon Prokurorluğundan Bizim.Media-ya verilən məlumata görə, istintaqla 1984-cü il təvəllüdlü Pünhan Hüseynovun həmin gün saat 20 radələrində kənd ərazisində yerləşən kafelərin birində alkoqol sərxoşluğu vəziyyətində əsaslı səbəb olmadan, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər edib Səbuhi Əmirahova bıçaqla xəsarətlər yetirib qəsdən öldürməyə cəhd etməsinə, sonuncunun qohumu Amid Əmirahova isə bıçaqla bədən xəsarətləri yetirərək öldürməsinə, həmçinin ətrafdakı şəxslərə müxtəlif dərəcəli bədən xəsarətləri yetirməsinə və nəqliyyat vasitələrinə ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.

Pünhan Hüseynov Cinayət Məcəlləsinin 221.3 (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə), 29, 120.2.2 (xuliqanlıq niyyətilə qəsdən adam öldürməyə cəhd), 120.2.2 (xuliqanlıq niyyətilə qəsdən adam öldürmə) və 120.2.10 (təkrarən qəsdən adam öldürmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilmiş, hadisə yerinə və meyitə baxış keçirilib, maddi sübutlar götürülmüş, şahidlər dindirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Böyük Britaniyada nazir Kir Stramerə görə istefa verdi - FOTO

Böyük Britaniyada nazir Kir Stramerə görə istefa verdi - FOTO

İnternetdə tanış olduğu qadın kişini tələyə saldı - FOTO

İnternetdə tanış olduğu qadın kişini tələyə saldı - FOTO

Vilayət Eyvazov Bakıda sıra baxışı keçirdi – FOTO/VİDEO

Vilayət Eyvazov Bakıda sıra baxışı keçirdi – FOTO/VİDEO

Qızıl Ordanın şərəfinə sikkə buraxıldı

Qızıl Ordanın şərəfinə sikkə buraxıldı

İsrail BƏƏ-yə “Dəmir günbəz” sistemləri göndərdi

İsrail BƏƏ-yə “Dəmir günbəz” sistemləri göndərdi

Anaklaudiya Rossbax İlham Əliyevə təşəkkür etdi – FOTO

Anaklaudiya Rossbax İlham Əliyevə təşəkkür etdi – FOTO

71 yaşlı əməkdar artist tanınmaz halda –VİDEO

71 yaşlı əməkdar artist tanınmaz halda –VİDEO

Bu şəxslərə HÖKM OXUNDU

Bu şəxslərə HÖKM OXUNDU

Bu şəhərdə küçələrə “Ayran”, “Qatıq” adları veriləcək

Bu şəhərdə küçələrə “Ayran”, “Qatıq” adları veriləcək

Volodindən Ermənistana xəbərdarlıq: “Ukraynada da hər şey belə başlamışdı”

Volodindən Ermənistana xəbərdarlıq: “Ukraynada da hər şey belə başlamışdı”

Rasim İldırım barışıq üçün ona- 150 min təklif edir

Rasim İldırım barışıq üçün ona- 150 min təklif edir

Simonyan: “Bizim Rusiya ilə “boşanmaq” məqsədimiz yoxdur”

Simonyan: “Bizim Rusiya ilə “boşanmaq” məqsədimiz yoxdur”

ABŞ TRIPP layihəsi ilə bağlı İrəvana nümayəndə heyəti göndərdi

ABŞ TRIPP layihəsi ilə bağlı İrəvana nümayəndə heyəti göndərdi

Paşinyandan Mirzoyanla gündəm olan görüntülərinə REAKSİYA

Paşinyandan Mirzoyanla gündəm olan görüntülərinə REAKSİYA

15 yaş kiçik sevgilisindən 3-cü övladı oldu - FOTO

15 yaş kiçik sevgilisindən 3-cü övladı oldu - FOTO

Qırmızı Ürəklər Fondu növbəti “Qurban payı” aksiyasına start verir

Qırmızı Ürəklər Fondu növbəti “Qurban payı” aksiyasına start verir

SON DƏQİQƏ! Gürcüstandan ölkəmizə heyvan idxalının qarşısı ALINDI – FOTO

SON DƏQİQƏ! Gürcüstandan ölkəmizə heyvan idxalının qarşısı ALINDI – FOTO

Qumar borcuna görə qonşu qadını öldürüb, qızıllarını oğurladı – Qandonduran CİNAYƏT – FOTO

Qumar borcuna görə qonşu qadını öldürüb, qızıllarını oğurladı – Qandonduran CİNAYƏT – FOTO

Əvvəl seçki, sonra REFERENDUM – Paşinyanı hansı çətinliklər gözləyir?

Əvvəl seçki, sonra REFERENDUM – Paşinyanı hansı çətinliklər gözləyir?

Ukrayna Prokurorluğu Andrey Yermakın həbsini istəyir

Ukrayna Prokurorluğu Andrey Yermakın həbsini istəyir

"Shein" “Temu”nu məhkəməyə VERDİ

"Shein" “Temu”nu məhkəməyə VERDİ

Xəstəxanaya yerləşdirilən Akif İslamzadə ilə bağlı YENİ XƏBƏR - ÖZƏL

Xəstəxanaya yerləşdirilən Akif İslamzadə ilə bağlı YENİ XƏBƏR - ÖZƏL

Azərbaycanlı müşahidəçilər Ermənistanda keçiriləcək seçkilərdə iştirak edəcək? – Deputatdan AÇIQLAMA

Azərbaycanlı müşahidəçilər Ermənistanda keçiriləcək seçkilərdə iştirak edəcək? – Deputatdan AÇIQLAMA

Adil Kərimliyə AĞIR İTKİ – FOTO

Adil Kərimliyə AĞIR İTKİ – FOTO

End of content

No more pages to load

RADİO