Saatlı rayonunda meyiti tapılan şəxsin kimliyi məlum olub.
Bizim.Media xəbər verir ki, bu gün səhər saatlarında mərkəzi xəstəxananın yaxınlığındakı beşmərtəbəli yaşayış binasında 55-60 yaş arasında kişi meyiti aşkarlanıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. Meyit müayinə olunması üçün məhkəmə-tibbi ekspertizaya göndərilib. Hazırda meyitin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər görülür.
Faktla bağlı araşdırma aparılır.
Saatlıda aşkarlanan meyitin şəxsiyyəti məlum olub. Bu, rayonun Mollavəzili kənd sakini, 1954-cü il təvəllüdlü Əhliman Əmiraslanovdur. (Report)
Bizim.Media