Cəbhədəki qələbələr əmək cəbhəsində davam edəcək - FOTOLAR

Bizim.Media-nın xəbərinə görə, nazir İnam Kərimov kənd təsərrüfatı  işçilərinin peşə bayramı münasibəti ilə fermerlərə müraciət edib. Müraciətdə deyilir:

- Əziz fermerlər!

Sizi 1 noyabr - kənd təsərrüfatı işçilərinin peşə bayramı münasibətilə təbrik edir, fəaliyyətinizdə uğurlar diləyirəm.

Bu il kənd təsərrüfatı işçilərinin peşə bayramı tarixi günlərə təsadüf edir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında müzəffər Ordumuz 30 ilə yaxındır işğal altında olan torpaqlarımızı azad etmək üçün uğurlu əks-həmlə əməliyyatı həyata keçirir. Bu əməliyyatlar nəticəsində artıq 4 rayon, 3 qəsəbə, 186 kənd və bir sıra strateji yüksəkliklər düşmən işğalından azad edilib. Cəbhədə əldə etdiyimiz qələbələr bütün vətəndaşlarımızı ruhlandırır, cəmiyyəti bir yumruq kimi birləşdirir.

Çox təəssüflər olsun ki, döyüş meydanında məğlub olan mənfur düşmən mülki vətəndaşlarımızı hədəfə götürür. Erməni hərbi birləşmələrinin atəş xəttindən uzaqda yerləşən evləri, mülki infrastrukturu və sadə insanları atəşə tutması nəticəsində 11-i uşaq olmaqla 91 soydaşımız həlak olub, 404 soydaşımız yaralanıb, 2465 yaşayış evi və 455 mülki obyekt yararsız vəziyyətə düşüb. Mülki əhaliyə xain hücumlar nəticəsində həlak olan və yaralanan soydaşlarımız arasında həmçinin fermerlərimiz vardır.

Ermənistanın hərbi təcavüzü əkin sahələrimizə, iş yerləri yaradan və kəndlərin inkişafını təmin edən ərzaq istehsalına da mənfi təsir göstərib. Bu təcavüz unikal və təmizqanlı məşhur Qarabağ damazlıq atları üçün ciddi təhdidlərə səbəb olub, təmas xəttində yerləşən kəndlərdə xeyli sayda iri və xırdabuynuzlu heyvan tələf edilib, yem ehtiyatları yandırılıb, on minlərlə hektar əkin sahələrində yığım məhdudlaşıb, kənd təsərrüfatı texnikası məhv edilib. Ümumilikdə davam edən hərbi təcavüz yüz mindən çox fermerin həyatına təsir edib.

Torpaqlarımızın işğaldan azad edilməsi biz fermerlərin üzərinə böyük məsuliyyət qoyur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, biz işğaldan azad edilən torpaqları həyata qaytarmalıyıq.

Bu məqsədlə azad edilmiş torpaqlarımızda kənd təsərrüfatının gələcək inkişafının planlaşdırılmasına başlanılıb. Torpaqlarımızın azad edilməsi kənd təsərrüfatının inkişafına müsbət təsir göstərəcək. Ölkənin əkin dövriyyəsi artacaq, strateji əhəmiyyətli su anbarlarının yerləşdiyi ərazilərin işğaldan azad edilməsi nəticəsində yüz min hektarlarla sahənin suvarılması təmin ediləcək.


Azad edilmiş torpaqlarda üzümçülük, taxılçılıq, pambıqçılıq və heyvandarlığın inkişafı üçün çox böyük potensial var. Bu potensialdan düzgün istifadə etməklə, eyni zamanda aqrar emal sənayesini genişləndirməklə kənd təsərrüfatının davamlı inkişafı təmin olunacaq. Aqrar sahədə çalışan hər bir kəs öz üzərinə düşən məsuliyyəti anlayır və müharibə dövründə ikiqat əzmlə çalışır. Əminik ki, Ordumuzun cəbhədə əldə etdiyi qələbələri fermerlərimiz əmək cəbhəsində davam etdirəcəklər.

Əziz fermerlər!

Sizin adınızdan fermerlərimizə daim qayğı göstərən, aqrar sahənin inkişafına davamlı dəstək verən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə bu diqqətinə görə təşəkkürümüzü bildirir, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda əməliyyatları davam etdirən rəşadətli Ordumuza uğurlar diləyirik.

Bildiririk ki, işğaldan azad olunmuş torpaqlarda dağıdılaraq məhv edilmiş aqrar fəaliyyətin yenidən bərpası və inkişafına Kənd Təsərrüfatı Nazirliyinin bütün kollektivi və fermerlər əzmlə hazırdır.

Qələbə bizim olacaq!
Qarabağ Azərbaycandır!


 
Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Çin maşınlarının liderlik dövrü BİTDİ: Yerini bu ölkənin avtomobilləri tutacaq

Çin maşınlarının liderlik dövrü BİTDİ: Yerini bu ölkənin avtomobilləri tutacaq

Rayonlara səfərə hazırlaşan sürücülərə XƏBƏRDARLIQ

Rayonlara səfərə hazırlaşan sürücülərə XƏBƏRDARLIQ

Şimal bölgəsində ən yüksək bal toplayan şagird tanınmış jurnalistin oğlu imiş... – FOTO

Şimal bölgəsində ən yüksək bal toplayan şagird tanınmış jurnalistin oğlu imiş... – FOTO

“Tarqovı”nı tikən şamaxılılar - Əmri kimdən almışdılar? – Bir küçənin HEKAYƏSİ – FOTO

“Tarqovı”nı tikən şamaxılılar - Əmri kimdən almışdılar? – Bir küçənin HEKAYƏSİ – FOTO

“Land Rover” yolun ortasında yandı – VİDEO

“Land Rover” yolun ortasında yandı – VİDEO

Kartından 4800 manat oğurladılar, zəng edərək gülə-gülə ələ saldılar – VİDEO

Kartından 4800 manat oğurladılar, zəng edərək gülə-gülə ələ saldılar – VİDEO

Mehdiabadda AĞIR QƏZA – Sürücü belə xilas edildi – VİDEO

Mehdiabadda AĞIR QƏZA – Sürücü belə xilas edildi – VİDEO

ABŞ Rusiya nefti ilə bağlı QƏRAR VERDİ – Daha bir ay... - FOTO

ABŞ Rusiya nefti ilə bağlı QƏRAR VERDİ – Daha bir ay... - FOTO

Ukrayna Samarada neft emalı zavoduna zərbə endirdi – VİDEO

Ukrayna Samarada neft emalı zavoduna zərbə endirdi – VİDEO

Kahramanmaraşda qətliam törədilən məktəb bağladıldı – Şagirdlərin aqibəti necə olacaq?

Kahramanmaraşda qətliam törədilən məktəb bağladıldı – Şagirdlərin aqibəti necə olacaq?

Bakının mərkəzində sirli işarə: mənası sizi təəccübləndirəcək – FOTO

Bakının mərkəzində sirli işarə: mənası sizi təəccübləndirəcək – FOTO

Ukrayna kosmosu “işğal etməyə” hazırlaşır – DETALLAR

Ukrayna kosmosu “işğal etməyə” hazırlaşır – DETALLAR

Raketlərdən sonra Rusiya səmasında qəribə “meduza”lar PEYDA OLDU

Raketlərdən sonra Rusiya səmasında qəribə “meduza”lar PEYDA OLDU

Dişlərinizi qorumaq istəyirsinizsə, belə fırçalayın

Dişlərinizi qorumaq istəyirsinizsə, belə fırçalayın

Neftçalada 85 yaşlı kişini maşın vurub ÖLDÜRDÜ

Neftçalada 85 yaşlı kişini maşın vurub ÖLDÜRDÜ

Netanyahu Trampın bu sözündən şoka düşdü və dərhal...

Netanyahu Trampın bu sözündən şoka düşdü və dərhal...

Pulunu dollarla saxlayanlara XƏBƏRDARLIQ

Pulunu dollarla saxlayanlara XƏBƏRDARLIQ

Tramp: “İranlılara o qədər qışqırdım ki, səsim batdı” – VİDEO

Tramp: “İranlılara o qədər qışqırdım ki, səsim batdı” – VİDEO

Bu gündən qatarlar Kürdəmirdə də dayanır: 1 saat tez – FOTO

Bu gündən qatarlar Kürdəmirdə də dayanır: 1 saat tez – FOTO

Yatanda ayağınızı örtməyin – SƏBƏB

Yatanda ayağınızı örtməyin – SƏBƏB

Trampdan İrana TƏHDİD: “Danışıqlar nəticəsiz qalsa, yenidən bombalayacağıq”

Trampdan İrana TƏHDİD: “Danışıqlar nəticəsiz qalsa, yenidən bombalayacağıq”

Azərbaycan nefti kəskin UCUZLAŞDI

Azərbaycan nefti kəskin UCUZLAŞDI

Zaqataladakı yol bu tarixdə TƏMİR OLUNACAQ

Zaqataladakı yol bu tarixdə TƏMİR OLUNACAQ

Tramp yadplanetlilərdən DANIŞDI – “Tezliklə başlayacaq” – VİDEO

Tramp yadplanetlilərdən DANIŞDI – “Tezliklə başlayacaq” – VİDEO

End of content

No more pages to load

RADİO