Ermənistan Müdafiə Nazirliyi Azərbaycan Ordusunun Şuşaya intensiv hücumları haqda məlumat yayıb. Bizim.Media xəbər verir ki, Müdafiə Nazirlyinin sözçüsü Artsurun Ovanisyan ordumuzun hücumlarının şiddətli xarakter daşıdığını deyib:
“Şuşaya çatmaqda olan bir çox bölmələri geri oturtsaq da hücumların ard-arası kəsilmir”
Ovanisyan erməni hərbi qüvvələrinin hava hücumlarından müdafiəsində bəzi irəliləyişlərin olduğunu da qeyd edib:.
“İndi hava hücumlarından müdafiəmizdə stabillik yaranmağa başlayıb. Amma “Bayraktar”lara qarşı daha ciddi ölçü götürülməlidir”.
Sonda Ovanisyan Şuşanın müdafiəsi üçün əlimizdən gələni edirik, amma düşmənin Şuşanı təslim etmək məqsədindən əl çəkəcəyi inandıcı görünmür, deyib.
Bizim.Media