Açıq havada maskadan istifadə götürülsün – “Cəza tətbiq edilməsi doğru deyil” - HƏKİM

Açıq havada maskadan istifadə edilməsi ilə bağlı qərarın ləğv olunması məsələsi gündəmə gəlib. Havalar isindikcə maskadan istifadə çətinləşir. Mütəxəssislər əsasən qapalı məkanlarda və toplumlarda maskadan istifadəni məqbul sayırlar. Hesab edirlər ki, təmiz havada, xüsusən şəxs təkdirsə və ətrafında özündən başqa kimsə yoxdursa, maskadan istifadə məqsədəuyğun sayılmır. 

Bizim.Media-ya məsələ ilə bağlı danışan tanınmış terapevt Rasif Bağırov deyib ki, park və ya açıq havada vətəndaş təkdirsə, yaxud insanlar yanından gəlib-keçirsə, dayanmırsa orada maskanın taxılmasının mənası yoxdur:

“İnfeksiya sadəcə olaraq tənəffüs yolu ilə keçir. Əgər şəxs tək gəzirsə və ətrafında heç kəs yoxdursa, ondan maskadan istifadə etməməsini tələb etmək düzgün deyil.

Hətta bunun üçün hansısa cəza tədbirinin tətbiq olunması da doğru deyil. Düzdür, edirlər, amma yalnış addımdır. Maska sənin özünün yoluxmanın qarşısını almaq üçündür. Kimisə yoluxdurmağın qarşısını almaq üçün deyil. Bu baxımdan açıq havada, insan kütləsi olmayan yerlərdə, o cümlədən insanların durğun dayandığı vəziyyətdə maska taxılmasının heç bir əhəmiyyəti yoxdur. Təbii ki, toplum və insanların hərəkət etdiyi bir ərazidə maskadan mütləq istifadə edilməldir”.

Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın ötən il noyabrın 19-da imzaladığı qərara əsasən, Azərbaycanda açıq və qapalı məkanlarda tibbi maskalardan istifadə məcburi olub.

Bu tələblərinin pozulması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur.

Belə ki, İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən, epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 100 manat məbləğində, vəzifəli şəxslər 200 manat məbləğində, hüquqi şəxslər 400 manat məbləğində cərimə edilir.

Həmin xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən 1 il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər 200 manat məbləğində, vəzifəli şəxslər 400 manat məbləğində, hüquqi şəxslər 800 manat məbləğində cərimə edilir.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kiyev təsdiqlədi: Ukrayna dronları Latviya ərazisinə daxil oldu

Kiyev təsdiqlədi: Ukrayna dronları Latviya ərazisinə daxil oldu

Londonda yəhudi icmasının üzvlərinə hücum etdilər

Londonda yəhudi icmasının üzvlərinə hücum etdilər

İrana qarşı eskalasiya ABŞ-ı qlobal iqtisadi şokla üz-üzə qoya bilər

İrana qarşı eskalasiya ABŞ-ı qlobal iqtisadi şokla üz-üzə qoya bilər

İsrail ordusu Livanda 20-dən çox obyektə zərbə endirdi

İsrail ordusu Livanda 20-dən çox obyektə zərbə endirdi

Yaraları necə tez sağaltmaq olar?

Yaraları necə tez sağaltmaq olar?

Safurənin oğlunun ad günündən FOTOLAR

Safurənin oğlunun ad günündən FOTOLAR

İnstaqramda silinən izləyicilərinin sayını açıqladılar

İnstaqramda silinən izləyicilərinin sayını açıqladılar

Tramp: ABŞ Kuba məsələsi ilə məşğul olacaq

Tramp: ABŞ Kuba məsələsi ilə məşğul olacaq

1300 illik sirr üzə çıxdı

1300 illik sirr üzə çıxdı

Xankəndidə WUF13 festivalı keçirildi - FOTO

Xankəndidə WUF13 festivalı keçirildi - FOTO

Ukrayna Belqoroda zərbə endirdi: Yaralılar var

Ukrayna Belqoroda zərbə endirdi: Yaralılar var

Vəzifəli şəxs vəfat etdi - FOTO

Vəzifəli şəxs vəfat etdi - FOTO

“İlbiz”in “Maska”sı açıldı - VİDEO

“İlbiz”in “Maska”sı açıldı - VİDEO

Tramp: “Obama İrana yüz milyardlarla dollar verdi” - FOTO

Tramp: “Obama İrana yüz milyardlarla dollar verdi” - FOTO

Budapeştdə 12 ildən sonra ilk dəfə Avropa İttifaqının bayrağı qaldırıldı

Budapeştdə 12 ildən sonra ilk dəfə Avropa İttifaqının bayrağı qaldırıldı

Fransa Hörmüz boğazına hərbi donanma göndərməyi planlaşdırmayıb

Fransa Hörmüz boğazına hərbi donanma göndərməyi planlaşdırmayıb

Xankəndidə atəşfəşanlıq oldu - FOTO - VİDEO

Xankəndidə atəşfəşanlıq oldu - FOTO - VİDEO

Tramp: “Venesuela indi çox xoşbəxt ölkədir”

Tramp: “Venesuela indi çox xoşbəxt ölkədir”

Almanlar kütləvi şəkildə velosipedə və ictimai nəqliyyata keçir

Almanlar kütləvi şəkildə velosipedə və ictimai nəqliyyata keçir

Starmer daha 10 il hakimiyyətdə qalmaq istəyir

Starmer daha 10 il hakimiyyətdə qalmaq istəyir

Tramp: “İranın hərbi baxımdan bərpası üçün 20 il lazımdır” - VİDEO

Tramp: “İranın hərbi baxımdan bərpası üçün 20 il lazımdır” - VİDEO

Paşinyan müxalifəti hədələdi: “Qoy cəzaçəkmə müəssisəsində işləsinlər”

Paşinyan müxalifəti hədələdi: “Qoy cəzaçəkmə müəssisəsində işləsinlər”

Latviyanın müdafiə naziri dron insidentlərindən sonra istefa verdi

Latviyanın müdafiə naziri dron insidentlərindən sonra istefa verdi

BƏƏ-də məktəblər və universitetlər əyani təhsilə qayıdır

BƏƏ-də məktəblər və universitetlər əyani təhsilə qayıdır

End of content

No more pages to load

RADİO