Prezidentin ittihamına iqtisadçı alimdən cavab...

Xəbər verdiyimiz kimi, dünən prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

Moderator.az xəbər verir ki, ölkə başçısı iclasda yerli iqtisadçıları tənqid edib.xa0

ADR sədri, iqtisadçı alim Qubad İbadoğlu səslənən fikirlərə münasibət bildirib:

"Dünənki müşavirədə prezidentin ifadə etdiyi bir fikrə münasibət bildirmək istərdim. "Özlərini böyük iqtisadiyyatçı adlandıran bəzi yerli nümayəndələr də müxtəlif çıxışlar edirlər, müxtəlif qiymətlər verirlər. Tamamilə cəfəng fikirlərdir, bizim gözəl atalar sözü var: “İki uzunqulağın arpasını bölə bilməyən, bizə dərs öyrədir”x9d. Yəni, bütün bunlara fikir vermək lazım deyil."xa0

Bu açıqlamaya mən də iqtisadçı olaraq fikir vermək istəmirdim, amma bu açıqlamanın ətrafında gedən müzakirələri və sosial sifarışləri nəzərə alaraq sizlərlə aşağıdakı fikirlərimi bölüşmək qərarına gəldim.xa0

Əvvala qeyd edim ki, biz iqtisadiyyatçı deyil, iqtisadçıyıq, həqiqətən də ölkə iqtisadiyyatını bu duruma salanlara dərs veririk. Nəinki 1-2, hətta 3-5 il bundan əvvəl verdiyimiz proqnozların bu gün özünü tam doğrultması da buna əyani sübutdur. Biz iqtisadçılar hakimiyyət komandasında olanlar kimi gələcəyə falçı kimi deyil, dərin və hərtərəfli tədqiqatlara əsaslanan proqram və konsepsiyalarla əsaslanaraq baxırıq.

İkincisi, hesab edirəm ki, bu açıqlama yerli iqtisadçıların artan nüfuzundan irəli gəlir. Hakimiyyətin iqtisadi komandasının son illərdəki uğursuzluğu fonunda bu daha aydın görsənir. Ölkənin cağdaş iqtisadi durumu buna əyani misaldır. Əhalinin çox böyük əksəriyyəti bu hakimiyyətin yalnış, səbatsız iqtisadi siyasətinin nətciələrini gündəlik həyatında, güzəranında hiss edir, bu zəngin ğlkədə istehlak ehtiyaclarını hətta minimal səviyyədə belə ödəyə bilmirlər. Çünki, ölkədə işsizlik, yoxsulluq, cinayətkarlıq, intiharlar ildən ilə artır. Azərbaycandan ağıllı və işgüzar inasanlar, kapital və beyin məhsulları qaçır. Bu vəziyyətdə əhali doğrunu danışanlara, mövcud vəziyyəti dürüst qiymətləndirənlərə daha çox inanır. Belə olanda da təbii ki hakimiyyətə və onun iqtisadi komandasına inam və etibar azalır. Görünür, belə narahatçılığı yaşayanlar özlərini sığortalamaq üçün prezident səviyyəsində bu cür ucuz açıqlamaya ehtiyac görüblər. Hesab edirəm ki, səhv ediblər. Ölkənin bütün insanlarına dəyər verilməli, onları qısqanmamalı, bütün vətəndaşlar, xüsusilə də zehni işlə məşğul olanlar Azərbaycanın gələcəyi üçün potensial və perspektiv imkan kimi qiymətləndirilməlidir. Yalnız bu yanaşma ölkəni yaranmış ağır sosial-iqtsiadi və siyasi böhrandan çıxara bilər.xa0

Üçüncüsü, bu günlərdə apardığım analizlər göstərdi ki, hələ ötən ilin əvvəlində Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının prezident aparatına təqdim etdiyi Azərbaycanın rifahı naminə 1 il üçün "İqtisadiyyatda əsas və təxirəsalınmaz tədbirlər paketi" nə daxil olan 12 təklif hazırda bu hakimiyyət tərəfindən tətbiq olunur. Həmin təkliflərin yer aldığı fərman və sərəncamlara prezident özü imza atıb.xa0

Nəhayət, onu da əlavə edim ki, yerli iqtisadçıların təklifləri yalnız Azərbaycanda deyil, digər postsovet ölkələrinin hökümətləri tərəfindən də tətbiq olunur. Eyni zamanda beynəlxalq təşkilatlarda Azərbaycanın müstəqil iqtisadçılarının peşəkar mövqeyi əsas götürülür, onlar nəzərə alınmaqla qlobal səviyyəli siyasət qərarları qəbul olunur. Ona görə də, əksinə yerli iqtisadçıları rişxənd obyektinə çevirilməməli, onların qazandıqları nailiyyətlər Azərbaycan brendi kimi təqdim olunmalıdır.xa0
Son olaraq hakimiyyət komandasında təmsil olunan yüksək ranqlı iqtisadçılarla Azərbaycan iqtisadiyyatının hazırkı problemlərinə həsr olunmuş istənilən mövzuda ictimai debata hazır olduğumu bəyan edirəm."

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu gün Cəbrayıl Şəhəri Günüdür - FOTO

Bu gün Cəbrayıl Şəhəri Günüdür - FOTO

Quba-Xınalıq yolu hələ açılmayıb - VİDEO

Quba-Xınalıq yolu hələ açılmayıb - VİDEO

Dollarla bağlı kritik PROQNOZ

Dollarla bağlı kritik PROQNOZ

Braziliyada prezident seçkilərinin birinci turu keçiriləcək

Braziliyada prezident seçkilərinin birinci turu keçiriləcək

ABŞ iki İran diplomatını ölkədən çıxardı

ABŞ iki İran diplomatını ölkədən çıxardı

Gəncədə 28 yaşlı kişi bıçaqlandı

Gəncədə 28 yaşlı kişi bıçaqlandı

Qızılın SON qiyməti

Qızılın SON qiyməti

Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür

Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür

Azərbaycan millisi bu gün Litvanı qəbul edəcək

Azərbaycan millisi bu gün Litvanı qəbul edəcək

Dünya birjalarında neft ucuzlaşdı

Dünya birjalarında neft ucuzlaşdı

Fransada polis lisey şagirdini güllələdi

Fransada polis lisey şagirdini güllələdi

Medvedevdən İranla bağlı AÇIQLAMA

Medvedevdən İranla bağlı AÇIQLAMA

Bakı–Qazax yolunda avtomobil velosipedçini vuraraq öldürdü

Bakı–Qazax yolunda avtomobil velosipedçini vuraraq öldürdü

“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz QƏRAR

“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz QƏRAR

Dünyanın ən bahalı yaxtalarına onlar sahibdir - FOTO

Dünyanın ən bahalı yaxtalarına onlar sahibdir - FOTO

Keyn 78 illik rekordu TƏKRARLADI

Keyn 78 illik rekordu TƏKRARLADI

Pentaqon rəhbəri: “Hörmüz boğazına İran yox, biz nəzarət edirik”

Pentaqon rəhbəri: “Hörmüz boğazına İran yox, biz nəzarət edirik”

Ağdaşda ev yandı - Ana və oğulları xəsarət aldı

Ağdaşda ev yandı - Ana və oğulları xəsarət aldı

İsrail Almaniyaya XƏBƏRDARLIQ ETDİ

İsrail Almaniyaya XƏBƏRDARLIQ ETDİ

A Seriyasında ayın ən yaxşısı oldu

A Seriyasında ayın ən yaxşısı oldu

Cəbrayılın işğaldan azad olunmasından 6 il ÖTÜR

Cəbrayılın işğaldan azad olunmasından 6 il ÖTÜR

Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO

Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO

Niyə bəzi qadınlar problemli kişiləri seçir? - “Pis oğlan” seçiminin arxasında dayanan FAKTLAR

Niyə bəzi qadınlar problemli kişiləri seçir? - “Pis oğlan” seçiminin arxasında dayanan FAKTLAR

"Zəif komandalardan asan oyun gözləmək olmaz” - Qurban Qurbanov

"Zəif komandalardan asan oyun gözləmək olmaz” - Qurban Qurbanov

End of content

No more pages to load

RADİO