"Tanrı Azərbaycanımızı geydirmə "qardaşlardan" qorusun!"

"Əziz dostlar! Hörmətli həmkarlar!

Dünən Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin sədri, Rusiya Hava Desant Qüvvələrinin keçmiş komandanı, Rusiyanın Qəhrəmanı, general-polkovnik Vladimir Şamanovun çox maraqlı bir açıqlaması ilə tanış oldum. Keçmiş SSRİ Silahlı Qüvvələrinin sıralarında xidmət keçmiş hərbçilər arasında kifayət qədər tanınan rus generalı, hazırda Dövlət Dumasının ən önəmli komitələrindən birinin rəhbəri kimi o regionla, Azərbaycanla bağlı bir sıra maraqlı məqamlara toxunub. Məhz ona görə də, onun bəzi açıqlamaları ilə bağlı öz fikirlərimi sizlərlə bölüşmək istərdim. General Şamanovun deməsinə görə, “Rusiya-Ermənistan birləşmiş qoşun qruplaşmasının yaradılması Azərbaycana qarşı deyil və ola da bilməz. O bildirib ki, birləşmiş qoşun qruplaşmasının yaradılması sırf müdafiə məqsədi daşıyır: “Bu, Rusiyanın cənub sərhədlərini qorumaq üçün yaradılıb. Sovet İttifaqı dövründə Bakı Hava Hücumundan Müdafiə Dairəsi vardı və SSRİ-nin cənub sərhədlərini qoruyurdu. Ermənistan Rusiyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı müttəfiqidir. Ona görə də Rusiya bu ölkə ilə hava hücumundan müdafiə sistemini birləşdirib”x9d.xa0

Ehtiyatda olan general-polkovnik Rusiya-Ermənistan birləşmiş qoşun qruplaşmasının yalnız hava hücumundan müdafiə qoşunlarından ibarət olduğunu da bildirib: “Burada söhbət quru qoşunlarından deyil, hava hücumundan müdafiə qoşunlarından gedir. Bu saziş sırf müdafiə xarakteri daşıyır. Ona görə də Rusiya Dövlət Duması və Müdafiə Komitəsi tərəfindən dəstəklənib. Bu, heç bir halda bizim qardaş ölkə Azərbaycana qarşı ola bilməz”x9d.xa0


Hörmətli rus generalının dedikləri ola bilsin mülki, hərbi sahədən bir qədər uzaq olan dostlarımız üçün normal, cəlbedici görünsün. Hətta, belə açıqlamadan sonra, rusiyapərəst, Azərbaycanın nə yolla olursa-olsun rəsmi Moskvanın orbitinə keçməsini arzulayan şəxslər üçün bir təbliğat vasitəsi üçün işarə rolu da oynaya bilər. amma, həmən yoldaşlara müraciət edirəm ki, siz rus generalının açıqlamasını DİQQƏTLƏ OXUYUN və incələyin. O çox qeyri-səmimi və realıqdan uzaq fikirlər söyləyir. Əvvala, Rusiya Federasiyasının 2049-cu ilədək Ermənistanda yerləşəcək 102-ci Bazası ən müasir silah və texnika ilə hərtətəfli təhciz olunub və bu proses durmadan davam etdirilir. Rusiya və önun Cənubi Qafqazda ən sadiq və birmənalı vassalı olan Ermənistan üçün hansı təhlükə mövcuddur ki, onlar əlavə birləşmə yaradılması haqqında qərar qəbul edirlər? Özü də bu birləşmənin komandanı kimi isə qatı millətçi, erməni generalı, Ermənistan Silahlı Qüvvələrinin 5-ci Ordu Birləşməsinin komandiri genereal-mayor Arkadiy Makaryanı təyin ediblər. Özü də, RF Dövlət Dumasının önəmli şəxslərindən biri, prezident Vladimir Putinin ən sevimli və etibar etdiyi desant generalı V. Şamanovun özü də gözəl bilir ki, o sadəcə Azərbaycan xalqını aldatmaq və "başımızın altına yastıq" qoymaq üçün bu fikirləri səsləndirib. Açıqlamasının sonunda, o "bu, heç bir halda bizim qardaş ölkə Azərbaycana qarşı ola bilməz”x9d ifadəsini işlədir. Fikir verdinizsə, rus general bizə "qardaş" kəlməsi ilə müraciət edir. Ay yoldaş, İvan, ay yoldaş tovariş, sən necə qardaşşsan ki, 20 ildən çoxdur sənin "qardaşının Qarabağdakı evini-eşiyini, yurdunu-yuvasını, sənin ƏSL din və iman qardaşların Ermənistan məhz sənin İŞTRAKINLA viran qoyub, sən bu günə kimi bir dəfə də olsun dillənməmisən, səsin çıxmayıb, indi nə baş verirb ki, sən Azərbaycandakı "qardaşlarını" yada salmısan? Yeni partiya, özü də dəyəri milyonlarla olan silah-sursat satmaq haqqında son vaxtlar dolaşan söhbətlərin fonunda sizin "qardaşınızı" yada salmağınız da çox riyakar və qeyri-səmimi hərəkətdir. Keçmiş SSRİ zamanında, hərbçilər, adətən öz əsəblərini, hirslərini bir-birinə izhar etmək üçün, məhz üç məhşur sözdən ibarət cümlələrdən istifadə edirdilər. Şəxsən bütün gördüklərimizin və yaşadıqlarımızın fonunda Sizin ünvanınıza indi məhz o məşhur, amma mətbuatda yazılması qeyri-etik çıxan sözləri demək istərdim. Öz payınızı nəhayət ki, götürsəniz, pis olmazdı. Azərbaycan xalqının humanistliyindən yetərincə istifadə etdiniz, bəsdir. Adam, kişi olar. Özü də, əgər çiynində general paqonu daşıyırsa, onda daha ciddi və əsl Kişi olmağa borcludur.xa0
Tanrı Azərbaycanımızı giydirmə "qardaşlardan" qorusun!!"

Üzeyir Cəfərov, hərbi ekspert
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Səhərki qəzada həyatını itirən Şadmanın FOTOSU

Səhərki qəzada həyatını itirən Şadmanın FOTOSU

Rusiyanı vuran PUA-lar Qazaxıstandan atılıb? - SƏRT BƏYANAT

Rusiyanı vuran PUA-lar Qazaxıstandan atılıb? - SƏRT BƏYANAT

Pakistandan sonra Türkiyə də vasitəçilik TƏKLİF ETDİ

Pakistandan sonra Türkiyə də vasitəçilik TƏKLİF ETDİ

Müğənninin səsi batdı – VİDEO

Müğənninin səsi batdı – VİDEO

Samuxda ağır yol qəzası: ölənlər var

Samuxda ağır yol qəzası: ölənlər var

Yıxılaraq dünyasını dəyişən şəxs tanınmış alim imiş

Yıxılaraq dünyasını dəyişən şəxs tanınmış alim imiş

"Zirə" mövsümün ilk oyununda qələbə qazandı

"Zirə" mövsümün ilk oyununda qələbə qazandı

Tramp Ukraynaya səfər edəcəyini BƏYAN ETDİ

Tramp Ukraynaya səfər edəcəyini BƏYAN ETDİ

Vasitəçi Pakistan ABŞ və İrana ÇAĞIRIŞ ETDİ

Vasitəçi Pakistan ABŞ və İrana ÇAĞIRIŞ ETDİ

İspaniyada anomal isti: 112 illik temperatur rekordu təzələndi

İspaniyada anomal isti: 112 illik temperatur rekordu təzələndi

Diddinin həbsxanadan görüntüləri yayıldı – FOTO

Diddinin həbsxanadan görüntüləri yayıldı – FOTO

Rüttedən diqqətçəkən ÇIXIŞ: NATO-nun İranla münaqişədə iştirakı mümkündür

Rüttedən diqqətçəkən ÇIXIŞ: NATO-nun İranla münaqişədə iştirakı mümkündür

Gəlirləri artacaq BÜRCLƏR

Gəlirləri artacaq BÜRCLƏR

Balakəndə selin apardığı kişinin meyiti TAPILDI

Balakəndə selin apardığı kişinin meyiti TAPILDI

Aktrisa Ece İrtemin ölüm səbəbi BƏLLİ OLDU

Aktrisa Ece İrtemin ölüm səbəbi BƏLLİ OLDU

Tramp: "İranla razılaşmaq istədiyimə əmin deyiləm"

Tramp: "İranla razılaşmaq istədiyimə əmin deyiləm"

Zaqatalada poçtu sel apardı - VİDEO

Zaqatalada poçtu sel apardı - VİDEO

Azərbaycanda qeyri-adi təbiət hadisəsi - VİDEO

Azərbaycanda qeyri-adi təbiət hadisəsi - VİDEO

Cəlilabadda 5 küçəyə şəhidlərin adı verildi - FOTO

Cəlilabadda 5 küçəyə şəhidlərin adı verildi - FOTO

Tramp Zelenskini Putinlə, İranı isə Yaponiya ilə səhv saldı - VİDEO

Tramp Zelenskini Putinlə, İranı isə Yaponiya ilə səhv saldı - VİDEO

SEPAH ABŞ hücumları zamanı ölənlərlə bağlı BƏYANAT YAYDI

SEPAH ABŞ hücumları zamanı ölənlərlə bağlı BƏYANAT YAYDI

Tramp Suriyanı terrorizmin sponsoru olan ölkələr siyahısından çıxaracaq - VİDEO

Tramp Suriyanı terrorizmin sponsoru olan ölkələr siyahısından çıxaracaq - VİDEO

İran ABŞ-nin təcavüzünü cavabsız qoymayacağına SÖZ VERDİ

İran ABŞ-nin təcavüzünü cavabsız qoymayacağına SÖZ VERDİ

Kiyev sakinlərinə şəhərdən getmək tövsiyə olundu

Kiyev sakinlərinə şəhərdən getmək tövsiyə olundu

End of content

No more pages to load

RADİO