“Microsoft Teams” proqramının bu gündən etibarən Azərbaycan dilinə tərcüməsi yekunlaşıb. Proqramın bütün funksiyaları təhsil alan və təhsil verənlər üçün Azərbaycan dilində təqdim olunacaq”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Təhsil naziri Emin Əmrullayev brifinqdə səsləndirib.
Nazir onu da qeyd edib ki, proqram elə təkmilləşdirilib ki, təhsil alan və təhsil verənlərdən başqa şəxslər internetdəki fasilələrlə əlaqədar bu platformaya daxil ola bilməyəcəklər.
Bizim.Media