"Uşaq bağçalarının fəaliyyətində fasilə davam edir".
Bizim.Media xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev deyib.
O deyib ki, bağçaların açılması epidemioloji vəziyyətdən asılıdır. Belə ki, uşaq bağçalarının fəaliyyətinin dayandırılması epidemioloji vəziyyət nəzarət altına alınan qədər davam edəcək.
“Sonra müəyyən bölgələrdə bağçaların fəaliyyəti bərpa edilə bilər. Lakin azı 2 həftədə bu reallaşmayacaq”.
Bizim.Media