“Amnesty International” təşkilatı Ermənistanın Bərdə şəhərinə atdığı raketlər barədə açıqlama yayıb. Açıqlamada bildirilir ki, zərbələr istifadəsi qadağan olunmuş kasetli raketlərlə endirilib.
Təşkilatın mütəxəssisləri tərəfindən müəyyənləşdirilib ki, atılan raket qalıqları Rusiya istehsalı olan 9M55 Smerch raketlərindən 9N235 sursat parçalarıdır.
“Amnesty International” təşkilatı ermənilərin bu əməlini pisləyib: “Kasetli rakertlərdən mülki əhaliyə qarşı istifadə etmək amansızlıqdır və məsuliyyətsizlikdir. Bu çoxsaylı insan itkisinə, yaralanmaya səbəb olur”.
Bizim.Media