O, peyğəmbər (s) xislətli idi...

(Bu yazı ömrünü gənclərin maariflənməsinə yönəldən, illərlə təmənnasız təbliğ və tədrsi edən, könüllərdə minbər quran mərhum ruhani Əli Əkbər Həsənzadəyə həsr olunur.)

Alim ölməz, alim ölüləri də dirildər...

Dünən sosial şəbəkədə edilən paylaşımlar diqqətimi çəkdi. Hər kəs bir qoca, nurani bir kişinin şəklini paylaşır, haqqında xoş sözlər yazırdı. Diqqətimi çəkdi. Axı bu insan kimdir ki, bu qədər insan onun barəsində səmimi və gözəl sözlər paylaşır. Əlimdəki işləri bir yana buraxıb bu ağsaqqal barədə maraqlandım. Öyrəndim ki, artıq dünyasını dəyişib və həmişə keçirdiyim təəssüf hissini yenə də keçirdim və öz-özümə dedim: “Daha bir dəyərli və fəzilətli şəxsi də ölümündən sonra tanıdıq”x9d.

Adı Əli Əkbər Həsənzadə idi bu mərhumun, Bakının Pirşağı qəsəbəsində yaşayırdı. Barəsində yazılan sözlərə baxıram. Məlum olur ki, bu kişi sovet dönəmində din üçün həqiqətən də qeyrət çəkən kişilərdən olub. İllərlə təmannasız olaraq dini təbliğ və tədris edib. Peyğəmbər (s) kimi insanları bir-bir axtararaq bu ilahi dəvəti hər kəsin anlayacağı dil ilə onlara sadələşdirib çatdırıbmış. Haqqında yazılanları oxuduqca insan daha çox tanıyır o nurani şəxsi. O, təvazökar idi. O, yetimləri çox sevərdi. Atasız gənclərə gülümsəyərək; “Narahat olmayın, sizin üçün elçiliyə özüm gedərəm”x9d deyərdi. Ərəb, fars, rus dillərini mükəmməl bilirdi. İngilis dilini isə qismən bilir, bilmədiyini isə nəvəsi yaşda olan gənclərdən utanmadan, çəkinmədən soruşardı. Bu özü böyüklük nümunəsi deyilmi? Evinin qapısı hamınım üzünə açıq idi. Daha doğrusu o, hamını öz evinə dəvət edirdi. İnsanların fikrinə, düşüncəsinə çox önəm verərdi, zahiri qiyafələrinə yox! Gözəl düşüncə tərzinə malik olanlarla şəxsən özü münasibət saxlayar və öz dərslərinə dəvət edərdi və “mən sizin düşüncənizə valehəm”x9d deyərdi. Onun dərslərinə gedən biri deyir: “Biz onun dərsindən çox onun özünü görməyə gedirdik.”x9d

Ehtiyaclı şəxslərə əl tutar, dini kitab almağa imkanı olmayanlara isə yaxından yardım edərdi. O, səmimi idi. Onun görüşünə yolu uzaqdır deyə gedə bilməyənlərə “mən özüm sizin yanınıza gələrəm”x9d deyərdi. Bu yay Gəncəyə səfəri də varmış mərhumun. Dostluq etdiyi şəxslə həqiqətən də sadiqanə bir dost idi. Hətta tanıdığı, qohumu belə olmayan şəxsin hərbiyə yola düşdüyünü eşitdikdə onun yanına gedib halını əhvalını soruşur. Hərbi hissədə hamı elə bilir ki, əsgərin yaxın bir qohumudur bu. Həmin şəxs deyir: “Mən hərbi hissədəkilərə anlada bilmədim ki, o mənim qohumum deyil, dostumdur. Halımı öyrənməyə gəlib.”x9d

Biri xəstələndimi, o mütləq yanına getməli, ziyarət etməli idi. O, bir romanda “Dilavər müəllim”x9d obrazının həqiqəti idi. O bir çox dini ilahilərin klipində çəkilmiş və öz nuraniyyəti ilə tamaşıçıları cəlb etmişdi. Haqqında bura qədər yazdıqlarımız, onun həyat tərzinin bir parçasına çevrilmişdi. O deyərdi: “Hamının ürəyinə məhəbbətimi salmayınca dünyadan köçmərəm”x9d Dediyini də etdi. İndi hamı onun bu sevgi və məhəbbət dolu şəxs olmasından yazır. Siz elə bilməyin bu kişini çox yaxından tanıyıram və illərdir dostluq edirəm. Əsla. Bircə dəfə də olsun nə real həyatda və nə də virtual aləmdə münasibətimiz olmayıb. Mən də bir çoxları kimi, vəfatından sonra sosial şəbəkədə haqqında yayılan məlumatlardan sonra bunları öyrəndim. Amma, onun şəxsiyyətini tanıdıqdan sonra təəssüf etdim ki, niyə öz dəyərlərimizi itirdikdən sonra öyrənirik? Odur ki, öz dəyərli şəxslərimizin dəyərini bilək və cəmiyyətimizə tanıdaq. Məhz bu səbəbdən bunları yazıram. Yazdıqlarımın heç ədəbi quruluşuna da fikir vermirəm. Ürəyimdən gələn kimi, buraya köçürtdüm bu sözləri... Onun haqqında yazılan sözlər, o əməllər idi ki, Allah Rəsulu (s) da bunu edirdi. Təvazö, səmimiyyət, yetimləri sevmək, gənclərə dəyər vermək, xəstə ziyarətinə getmək, bir təbib kimi qapı-qapı gəzmək, ehtiyaclı insanlara əl tutması və s. İslam peyğəmbərinin gözəl xüsusiyyətlərindən deyildimi? Odur ki, mən bir cümlə ilə belə deyərdim: “O peyğəmbər xislətli biri idi.”x9d

Bu şəxs haqqında deyilən sözlər eyni ilə şəhid Mahir barədə də eşitmişdik. Hamı o şəhidimizin mehribançılığı və səmimiyyətindən yazırdı. Daha sonra məlum olur ki, o şəhid Mahir kimi gənclərin ustadı imiş... Belə bir şəxsin ancaq şəhidliyə layiq olan tələbələri və o tələbənin də belə ustadı olar. Mərhum ustadın şəhid Mahir kimi cəmiyyətimizə bəxş etdiyi insanlar çoxdur. Bu kimi nurani ağsaqqların bərəkətindəndir ki, Allah bir çox bəlanı cəmiyyətimizdən də uzaq edir. Hədisi qüdsidə buyrulur: “...Əgər beli bükülmüş qocalarınız olmasaydı, başınıza bəla yağardı, bəla.”x9d

Allah rəhmət eləsin.


Mahir Şəkərov - İlahiyyatçı yazar
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dünyanın ən təhlükəsiz 10 ölkəsi - SİYAHI

Dünyanın ən təhlükəsiz 10 ölkəsi - SİYAHI

Bəzi ərazilərdə qaz olmayacaq

Bəzi ərazilərdə qaz olmayacaq

Vuçiç Serbiya prezidenti postundan GEDİR

Vuçiç Serbiya prezidenti postundan GEDİR

Trampdan Hörmüz boğazına nəzarətlə bağlı AÇIQLAMA

Trampdan Hörmüz boğazına nəzarətlə bağlı AÇIQLAMA

Suyu bu halda içmək mədə-bağırsağın DÜŞMƏNİDİR

Suyu bu halda içmək mədə-bağırsağın DÜŞMƏNİDİR

Konor Makqreqor: Miqrantların İrlandiyaya girişi qadağan olunsun

Konor Makqreqor: Miqrantların İrlandiyaya girişi qadağan olunsun

Avstraliyada minlərlə vəhşi at odlu silahla məhv ediləcək

Avstraliyada minlərlə vəhşi at odlu silahla məhv ediləcək

Gəncədə kütləvi DAVA: xəsarət alanlar var

Gəncədə kütləvi DAVA: xəsarət alanlar var

Azərbaycanda ən çirkli ərazilərin adı AÇIQLANDI

Azərbaycanda ən çirkli ərazilərin adı AÇIQLANDI

Gədəbəyə güclü dolu düşdü

Gədəbəyə güclü dolu düşdü

Araz Nəsirov vəzifəsindən AZAD OLUNDU

Araz Nəsirov vəzifəsindən AZAD OLUNDU

Pezeşkian Trampa: İran hər cür təhdid qarşısında qətiyyətlə dayanacaq

Pezeşkian Trampa: İran hər cür təhdid qarşısında qətiyyətlə dayanacaq

Dünya Çempionatı sabah başlayır - TƏQVİM

Dünya Çempionatı sabah başlayır - TƏQVİM

Azərbaycan və Avstriya arasında ilk konsulluq məsləhətləşmələri keçirildi

Azərbaycan və Avstriya arasında ilk konsulluq məsləhətləşmələri keçirildi

Azərbaycan BMT-də 19 dövlətin adından ÇAĞIRIŞ ETDİ

Azərbaycan BMT-də 19 dövlətin adından ÇAĞIRIŞ ETDİ

Müğənni işsizlikdən gileyləndi: “Müraciət etdim, xeyri yoxdur”

Müğənni işsizlikdən gileyləndi: “Müraciət etdim, xeyri yoxdur”

DÇ-2026-nın rəsmi himni təqdim edildi – VİDEO

DÇ-2026-nın rəsmi himni təqdim edildi – VİDEO

Tramp: Pakistanın xahişi ilə İrana "nəfəs almaq üçün vaxt" verdim

Tramp: Pakistanın xahişi ilə İrana "nəfəs almaq üçün vaxt" verdim

ABŞ İranda su anbarlarını VURDU – 10 kənd susuz qaldı

ABŞ İranda su anbarlarını VURDU – 10 kənd susuz qaldı

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı 71,5 faizə çatıb - VİDEO

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı 71,5 faizə çatıb - VİDEO

Tramp Türkiyə və İsrail arasındakı gərginlikdən DANIŞDI

Tramp Türkiyə və İsrail arasındakı gərginlikdən DANIŞDI

Nazir onu işdən ÇIXARDI

Nazir onu işdən ÇIXARDI

Eldar "Avroviziya"dakı uğursuzluqların səbəbini açıqladı

Eldar "Avroviziya"dakı uğursuzluqların səbəbini açıqladı

CENTCOM: ABŞ Oman körfəzində tankeri vurub - FOTO

CENTCOM: ABŞ Oman körfəzində tankeri vurub - FOTO

End of content

No more pages to load

RADİO