Hüseyn Cavid-134: Görkəmli şair doğum günündə yad edildi

Hüseyn Cavid-134: Görkəmli şair doğum günündə yad edildi
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
Bu gün Azərbaycan ədəbiyyatında romantik şeirin və mənzum faciənin banisi Hüseyn Cavidin doğum günüdür.

Hər il bu anım günü ilə bağlı Cavid əfəndinin abidəsinin önündə toplaşan Cavidsevərlər bu dəfə hava şəraitini nəzərə alıb abidə önünə əklil qoyduqdan sonra Hüseyn Cavidin ev muzeyində toplaşdı.

Toplantını giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açdı. O, bəşəri yazar Cavid əfəndinin həyat və yaradıcılığından bəhs edərək, mütəfəkkirin əsərlərinin bu gün də aktual olmasını vurğuladı. Dahi sənətkarın ədəbi irsinin toplanması, qorunması, tədqiq və təbliği sahəsində hələ daha çox işlərin görülməli olduğunu qeyd etdi. Tədbirin aparıcısı akademik Teymur Kərimli bir sıra alim və tədqiqatçılara, şairlərə və Cavidin qohumlarına söz verdi. Folklorşünas alim Muxtar İmanov, İbrahim İbrahimli, Telman Əliyev, Kəmaləddin Qədim, Gülbəniz Babaxanlı, Nizami Muradoğlu, Tağı Əhmədov və başqaları şairin həyatı, yaradıcılığı haqqında çıxış edərək, şairi rəhmətlə andılar.


Toplantıda Cavid Əfəndinin qəzəllərini ifa edən Xalq artıstı Mələkxanım Əyyubova və Nuriyyə Hüseynova öz musiqi töhfələri ilə şairin ruhunu şad etdilər. Toplantıda bədii qiraət ustası, əməkdar artist Ağalar Bayramov və gənc qiraətçi Qəndab şairin şeirlərindən və şairə həsr olunmuş şeirlərdən parçalar səsləndirdilər.

Toplantıda şairin irsinin toplanmasında və işıq üzü görməsində xidmətləri olan Tağı Əhmədov bu işi daima davam etdirəcəyini, o cümlədən Nizami Muradoğlunun "Hüseyn Cavid" mənzum dramının tamaşaya qoyulmasında köməklik göstərəcəyini bildirdi. O, həmçinin qeyd etdi ki, bəziləri Tağı Əhmədovun Hüseyn Cavidin yaxın qohumu olduğu üçün onu sevdiyini bildirirlər: “Halbuki, Hüseyn Cavidlə yaxın qohumluğum yoxdur. O, sadəcə, mənim yoldaşımın uzaq qohumudur. Hüseyn Cavidə vurğunluğun səbəbi isə onun poeziyasıdır”x9d.

Sonda toplantı iştirakçıları Hüseyn Cavid ev muzeyinin yeni eksponatları ilə tanış oldular.





(strateq.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Son xəbərlər bildirişlə telefonunuzda.
YükləApp Store YükləGoogle Play

SON XƏBƏRLƏR

Putin: “Rusiya Avropa ilə müharibəyə hazırdır, amma bunu istəmir”

Putin: “Rusiya Avropa ilə müharibəyə hazırdır, amma bunu istəmir”

İspaniyada qatar qəzasında ölənlərin sayı 74-ə çatdı, əhali “ayağa qalxdı” - VİDEO

İspaniyada qatar qəzasında ölənlərin sayı 74-ə çatdı, əhali “ayağa qalxdı” - VİDEO

Leyla və Alyona Əliyevalar “ENQRAM” sərgisində - FOTO

Leyla və Alyona Əliyevalar “ENQRAM” sərgisində - FOTO

Mədəniyyət Nazirliyindən Zaur Rzayevin vəfatı ilə bağlı NEKROLOQ

Mədəniyyət Nazirliyindən Zaur Rzayevin vəfatı ilə bağlı NEKROLOQ

“El-Klasiko”da QALMAQAL: Azarkeşi ağır cəza gözləyir

“El-Klasiko”da QALMAQAL: Azarkeşi ağır cəza gözləyir

Beynəlxalq axtarışda olan şəxs Albaniyadan ekstradisiya edildi

Beynəlxalq axtarışda olan şəxs Albaniyadan ekstradisiya edildi

Kapadokiyada qaya uçqunu nəticəsində ölənlərin sayı artdı - FOTO

Kapadokiyada qaya uçqunu nəticəsində ölənlərin sayı artdı - FOTO

Daha bir tiktoker cəzalandırıldı - FOTO

Daha bir tiktoker cəzalandırıldı - FOTO

Üç ölkənin nümayəndə heyətləri Oleşkidə bir araya gəldi

Üç ölkənin nümayəndə heyətləri Oleşkidə bir araya gəldi

Azərbaycan itkinlərin taleyi və minatəmizləmə məsələsini BMT-də QALDIRDI

Azərbaycan itkinlərin taleyi və minatəmizləmə məsələsini BMT-də QALDIRDI

Ceyranbatan məktəbində şagirdlərin zəhərlənməsinin səbəbi BİLİNDİ

Ceyranbatan məktəbində şagirdlərin zəhərlənməsinin səbəbi BİLİNDİ

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olundu - FOTO

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olundu - FOTO

Taksi sürücülərinin NƏZƏRİNƏ: Dekabrın 3-də imtahan var

Taksi sürücülərinin NƏZƏRİNƏ: Dekabrın 3-də imtahan var

Dörd bürc üçün yeni imkanlar AÇIQLACAQ: Vacib qərarlar günüdür

Dörd bürc üçün yeni imkanlar AÇIQLACAQ: Vacib qərarlar günüdür

Üç bölgədə sabah QAZ OLMAYACAQ

Üç bölgədə sabah QAZ OLMAYACAQ

Azərbaycanda inzibati bölgülər dəyişdirilir? – “Rayon” sözü “oymaq”, “el” ilə əvəzlənə bilər

Azərbaycanda inzibati bölgülər dəyişdirilir? – “Rayon” sözü “oymaq”, “el” ilə əvəzlənə bilər

Ermənistanda yeni Konstitusiya layihəsi BU TARİXDƏ açıqlanacaq

Ermənistanda yeni Konstitusiya layihəsi BU TARİXDƏ açıqlanacaq

"Bəzi xanımlar məni qısqanırlar"

"Bəzi xanımlar məni qısqanırlar"

"Böyük Dəbilqə": Daha bir cüdoçumuz qızıl medal qazandı

"Böyük Dəbilqə": Daha bir cüdoçumuz qızıl medal qazandı

Dünyaca məşhur aktyor Kiyevə gəldi, metroda gecələdi - FOTO/VİDEO

Dünyaca məşhur aktyor Kiyevə gəldi, metroda gecələdi - FOTO/VİDEO

Bakının 2 rayonunda QAZ OLMAYACAQ

Bakının 2 rayonunda QAZ OLMAYACAQ

Türkiyədə Cümhuriyyət Bayramı belə qeyd edildi - VİDEO

Türkiyədə Cümhuriyyət Bayramı belə qeyd edildi - VİDEO

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb - FOTO

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb - FOTO

Qadın cüdoçumuzdan “Böyük Dəbilqə” turnirində TARİXİ NƏTİCƏ

Qadın cüdoçumuzdan “Böyük Dəbilqə” turnirində TARİXİ NƏTİCƏ

End of content

No more pages to load

RADİO