Azərbaycan və Rusiya Daxili İşlər nazirliklərinin İşçi Qrupu toplandı ”“General Vilayət Eyvazov çıxış etdi

Oktyabrın 22-də Quba şəhərində sərhədyanı ərazilərdə daxili işlər orqanlarının və polisin qarşılıqlı fəaliyyətin əlaqələndirilməsi üzrə Azərbaycan Respublikası və Rusiya Federasiyası Daxili İşlər nazirliklərinin İxtisaslaşdırılmış İşçi Qrupunun növbəti iclası keçirilib.

Moderator.az DİN-ə istinadən xəbər verir ki, iclasda tədbir iştirakçıları sərhədyanı ərazilərdə ictimai təhlükəsizliyin təmini, ekstremizm və terrorçuluğun qarşısının alınması, transmilli mütəşəkkil cinayətkarlığın digər təhlükəli növləri ilə mübarizə sahələrində Azərbaycan Respublikası və Rusiya Federasiyası Daxili İşlər Nazirlikləri arasında əməkdaşlığın perspektivlərinə, həmçinin, cinayətkarlıqla mübarizənin prioritet istiqamətlərinə, o cümlədən İxtisaslaşdırılmış İşçi Qrupunun ötən ildəki fəaliyyətinin yekunlarına, onun 2017-2018-ci illər üçün Planının müzakirəsi və təsdiqinə, sərhədyanı ərazilərdə "Sərhəd-Sipər" kompleks əməliyyat-profilaktiki tədbirlərin təşkili və həyata keçirilməsinə, axtarışda olan şəxslər barədə məlumatların mübadiləsinə dair məsələləri müzakirə ediblər.

Görüşdə çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, respublika daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Vilayət Eyvazov indiki görüşün də Daxili İşlər nazirlikləri arasında əməkdaşlığın daha dərinləşdirilməsi kursunun, əvvəllər əldə olunmuş razılaşmaların dönmədən həyata keçirilməsinin əyani təsdiqi olduğunu vurğulayıb, ölkəmizdəki əlverişli kriminogen durum, cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmini sahələrində birgə əməkdaşlığın nəticələri barədə qonaqlara ətraflı məlumat verib, qarşıda duran vəzifələrdən danışıb.

Qeyd olunub ki, müasir təhdid və təhlükələrin qarşısının birgə alınması üçün tərəflər qarşılıqlı şəkildə razılaşdırılmış optimal qərarlar hazırlayaraq qəbul ediblər. Əməkdaşlıq üçün əsas baza, heç şübhəsiz ki, ictimai təhlükəsizliyin təmin olunmasında, eyni zamanda, beynəlxalq terrorçuluq və trasmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə dəqiq işbirliyi olub. Hər iki dövlətin Daxili İşlər nazirliklərinin sahələrarası xidmətlərinin sıx əlaqəli fəaliyyəti nəticəsində son illər böyük əks-səda doğurmuş minlərlə cinayəti açmaq, çoxsaylı dayanıqlı transmilli kriminal birlikləri zərəsizləşdirmək, bir sıra təhlükəli cinayətkarları yaxalayaraq ekstradisiya etmək mümkün olub. Təkcə 2015-ci ildə və cari ilin 9 ayında birgə səylərlə Rusiya Federasiyasının ərazisində axtarışda olan 87 nəfər tutulub. Rusiya tərəfindən dövlətlərarası axtarışa elan edilmiş 371 şəxsin yeri ölkəmizdə müəyyən olunub ki, onların da ekstradisiyasına lazımi köməklik göstərilib.xa0

Tərəflər sərhədyanı ərazilərdə cinayətkarlığın vəziyyətini müzakirə edib, insan hüquqlarına və milli qanunvericiliyin normalarına ciddi riayət olunmaqla əməliyyat şəraitinə daha əməli təsir göstərirlməsinin yolları, forma və metodları barədə geniş fikir mübadiləsi aparıblar. Kriminogen durumun inkişaf tendensiyaları, onun mənfi təzahürləri, axtarışın və itkin düşənlərin göstəriciləri təhlil edilərək mövcud beynəlxalq hüquqi baza və qəbul olunmuş sənədlər əsasında əməkdaşlığın gücləndirilməsinin zəruriliyi vurğulanıb.xa0

Görüşdə sərhədyanı ərazilərdə daxili işlər orqanlarının və polisin qarşılıqlı fəaliyyətin əlaqələndirilməsi üzrə Azərbaycan Respublikası və xa0Rusiya Federasiyası Daxili İşlər nazirliklərinin İxtisaslaşdırılmış İşçi Qrupunun fəaliyyətinə dair maraqlı fikir mübadiləsi aparılıb, bu qurumun işinin səmərəliyinin artırılmasına dair bir sıra konkret təkliflər irəli sürülüb. Ümumən, görülən işlər müsbət qiymətləndirilib, sərhədyanı zonaların ərazi və xətt polis orqanları arasında peşəkar əlaqələrin möhkəmləndirilməsinə yönəlmiş əlavə səylərin göstərilməsi tövsiyə olunub. xa0

Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Şimali Qafqaz Federal Dairəsi üzrə Baş İdarəsinin rəisi, polis general-mayoru Sergey Baçurin ikitərəfli əməkdaşlığa yüksək qiymət verərək onun daim yeni əməli məzmunla zənginləşdiyini, son illər belə səmərəli və faydalı işbirliyi sayəsində cinayətkarlıqla mübarizənin bir sıra sahələrində müsbət nəticələr əldə edildiyini vurğulayıb, peşəkar əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyətini xa0qeyd edib.xa0

Görüşdə Rusiya Federasiyası Dağıstan Respublikasının daxili işlər naziri, polis general-leytenantı Abduraşid Maqomedov, Azərbaycan və Dağıstan DİN-lərin aidiyyatı baş idarə və idarə rəisləri, hər iki ölkənin sərhədyanı bölgələrinin polis orqanlarının rəisləri və digər məsul şəxslər iştirak ediblər. xa0 xa0

Səmimi və işgüzar şəraitdə keçən iclasın nəticələrinə dair yekun sənədlər, o cümlədən müvafiq protokol imzalanıb.xa0

Rusiya Federasiyası DİN-in nümayəndə heyətinin üzvləri onlara göstərilən qonaqpərvərliyə və tədbirin yüksək səviyyədə təşkilinə görə azərbaycanlı həmkarlarına minnətdarlıqlarını bildiriblər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda hərbi xidmətə yollanan bəzi şəxslərə müavinət veriləcək - Qanun nə deyir? – VİDEO

Azərbaycanda hərbi xidmətə yollanan bəzi şəxslərə müavinət veriləcək - Qanun nə deyir? – VİDEO

Avropanı cənginə aldı, dünyaya yayılmağa başladı – Azərbaycana da yaxınlaşır?

Avropanı cənginə aldı, dünyaya yayılmağa başladı – Azərbaycana da yaxınlaşır?

“Ağcaqanad, qurbağa əlindən oturmaq olmur”– Video

“Ağcaqanad, qurbağa əlindən oturmaq olmur”– Video

Güclü zəlzələnin ANBAAN VİDEOSU

Güclü zəlzələnin ANBAAN VİDEOSU

ABŞ və İran razılığa gəldi – Növbəti görüşün yeri və vaxtı BƏLLİ OLDU

ABŞ və İran razılığa gəldi – Növbəti görüşün yeri və vaxtı BƏLLİ OLDU

İyul ayında var-dövlət içində üzəcək 3 bürc

İyul ayında var-dövlət içində üzəcək 3 bürc

Xalq şairinin oğlu vəfat etdi

Xalq şairinin oğlu vəfat etdi

Sodayla ağ saçlardan qurtulmağın yolu

Sodayla ağ saçlardan qurtulmağın yolu

“Kadir İnanır özü istəmişdi ki, mən onun həyat yoldaşı olum, ona 70 Azərbaycan mahnısı oxumuşam” - Məlahət Abbasovadan ETİRAF

“Kadir İnanır özü istəmişdi ki, mən onun həyat yoldaşı olum, ona 70 Azərbaycan mahnısı oxumuşam” - Məlahət Abbasovadan ETİRAF

Əhalinin NƏZƏRİNƏ – Saat 10.00-dan etibarən...

Əhalinin NƏZƏRİNƏ – Saat 10.00-dan etibarən...

Əli Xameneini necə xilas etməyə çalışıblar - İqamətgahı ilə bağlı TƏFƏRRÜAT

Əli Xameneini necə xilas etməyə çalışıblar - İqamətgahı ilə bağlı TƏFƏRRÜAT

Tezliklə yoxsulluğa son qoyacaq BÜRCLƏR

Tezliklə yoxsulluğa son qoyacaq BÜRCLƏR

Messi daha bir rekord qırdı

Messi daha bir rekord qırdı

Serbiya hərbi obyektlərin gizlədilməsində İranın təcrübəsindən istifadə edəcək

Serbiya hərbi obyektlərin gizlədilməsində İranın təcrübəsindən istifadə edəcək

Venesuelada zəlzələdə 60 min bina dağılıb

Venesuelada zəlzələdə 60 min bina dağılıb

Aygün Kazımovanın qeyri-adi səhnə obrazı - VİDEO

Aygün Kazımovanın qeyri-adi səhnə obrazı - VİDEO

Starmer 2028-ci ildə NATO-nun baş katibliyinə namizəd olacaq?

Starmer 2028-ci ildə NATO-nun baş katibliyinə namizəd olacaq?

Putin: "Rusiya ordusunun Sumıya çatmasına 10,5 km qalıb" - FOTO

Putin: "Rusiya ordusunun Sumıya çatmasına 10,5 km qalıb" - FOTO

Moskva regionunda yanacaq böhranı dərinləşir - Sərt limitlər tətbiq olunur - FOTO

Moskva regionunda yanacaq böhranı dərinləşir - Sərt limitlər tətbiq olunur - FOTO

Bazardüzündə sıldırımdan yıxılan alpinist belə xilas edildi - VİDEO

Bazardüzündə sıldırımdan yıxılan alpinist belə xilas edildi - VİDEO

Fars News: “İran üçün atom bombası əldə etmək zərurətə çevrilib”

Fars News: “İran üçün atom bombası əldə etmək zərurətə çevrilib”

ABŞ-da meşə yanğını: 3 yanğınsöndürən həlak oldu, 2-si yaralandı - VİDEO

ABŞ-da meşə yanğını: 3 yanğınsöndürən həlak oldu, 2-si yaralandı - VİDEO

Sumqayıtda minik avtomobili restorana çırpıldı - FOTO

Sumqayıtda minik avtomobili restorana çırpıldı - FOTO

Çin temperaturu 100 milyon dərəcə selsidən çox olan GÜNƏŞ YARADIR - FOTO

Çin temperaturu 100 milyon dərəcə selsidən çox olan GÜNƏŞ YARADIR - FOTO

End of content

No more pages to load

RADİO