Bürclər bu günə nə vəd edir?

Qoç - fəaliyyət planını diqqətlə götür-qoy edin. Düşünülməmiş addımlar atmayın.

Təhlil və fikirləşmək üçün yetərincə vaxt olduğu halda səbrsiz davranmayın. Bütün niyyət və planları dərhal reallaşdırmaq xülyadır. Buna rəğmən, niyyətlərinizi unutmayın. Tələsməyin, planlarınız bir qədər sonra gerçəkləşə bilər.

Günün ikinci yarısında ailə üzvləri ilə münasibətlərdə fikir ayrılıqları yarana bilər. Mövqeyinizdən geri çəkilməyin, yolunuzu müdafiə edin.

Haqlı olduğunuzu yaxın ətrafınızdakı insanlar az sonra anlayacaqlar.

Buğa - planları reallaşdırmaq mümkündür. Amma bunun üçün əvvəlki dönəmlərlə müqayisədə daha çox səy göstərmək gərəkdir. Yolunuzda sədlər və maneələr yaranarsa, geri çəkilməyin. Ruhdan düşməyin, təslim olmayın. İdeyalarınızı dərhal olmasa da, həyata keçirmək mümkündür. İradəli və qətiyyətli insanlar sizi dəstəkləməyə hazırdır.

Günün ikinci yarısı səfər və ya səyahət üçün əlverişli deyil. Ləngimə, təxirəsalma, xoşagəlməz hadisələr olacaq. Kiçik, amma çoxsaylı itkilər olacaq.

Axşam saatlarını ailədə keçirin.

Əkizlər - emosional fon stabil deyil. Səbrli və təmkinli olun, təxribatlara uymayın. Düşünülmüş qərarlar qəbul edin.

Peşəkar fəaliyyət müstəvisində yeniliklərə başlamaq üçün uğurlu zamandır. Biznes və ya kommersiya ilə məşğulsunuzsa, qarşınızda yeni imkanlar yaranır.

Anlaşma, sövdələşmə, uzunmüddətli əməkdaşlıqla bağlı razılaşma üçün əlverişli zamandır.

Sizi, gerçəkdən də, maraqlandıran işlərlə məşğul olun. Amma həddən ziyadə əmək sərf etdiyiniz sifariş və ya layihənin nəticəsi böyük olmaya bilər.

Axşam qəfil vizit olacaq.

Xərçəng - istənilən formatda işgüzar danışıqlar və müzakirələr üçün əlverişli zamandır. İlk dəfə gördüyünüz insanla ünsiyyətdə belə, dürüst tonu seçin. Belədə qarşılıqlı anlaşmaya nail olacaqsınız. Bəzi məsələlər yarımçıq qalsa da, əndişələnməyin. Yekun cavab əlverişli olacaq.

Gəlir istisna deyil.

Səfər, şəraitin dəyişməsi üçün münasib gündür. Harasa yollanmaq istəmirsinizsə, yaşam arealında yeniliklər edin.

Axşam saatları ailəvi tədbir, dostlarla istirahət üçün yaxşıdır.

Şir - əvvəllər yol verdiyiniz yanlışlıq və ya buraxdığınız səhvin fəsadlarının aradan qaldırılması imkanı yaranıb. Daha əlverişli və maraqlı yaşam mərhələsinə hazır olun.

Həmfikir, müttəfiq, tərəfdaş axtarışları üçün yaxşı gündür. Yalnız işgüzar maraqlarınız yox, həyata baxışlarınızda da dəyişikliklər ola bilər.

Peşəkar fəaliyyət perspektivlərinizə təsir edən insanla fikir ayrılıqlarını aradan qaldırın.

Faydalı məlumatın alınması, tanıdığınız insanla bağlı yeni bilgilərin əldə edilməsi mümkündür. Gələcəklə bağlı yeni ambisioz planlar var. Axşam saatlarında normal istirahət edin.

Qız - maddi durumunuz və rifahınızın qayğısına qalın. Çoxdankı arzularınızdan birini reallaşdırın. Qəfil təklif ala bilərsiniz. Əvvəlcə şübhəli olacaq, təklif qəbul edib-etməmək barədə düşünəcəksiniz. Lakin sonradan "hə" deyəcəksiniz və bu, dürüst qərar olacaq.

Yeni tərəfdaşlarla əməkdaşlığa başlayaraq gəlirləri artırmaq olar.

Rəğbət bəslədiyiniz insanlarla münasibətlərdə diqqətli olun. Sərinləşmiş təmasların bərpası istisna deyil.

Səbrli olun.

Tərəzi - yeni iş, layihə və ya təşəbbüs üçün yaxşı gündür. Can atdığınız sahə sizin üçün yeni olsa da, nəyi necə edəcəyinizi müəyyənləşdirin. Daha təcrübəli insanlar sizə həvəslə qulaq asırlar. Onların reaksiyasını izləyin.

Yeni işgüzar münasibətlərin başlanması ehtimalı azdır. Mövcud təmasların sxem və formatında dəyişikliklərə ehtiyac var.

Axşam saatlarında dəvət aldığınız toplantıya qatılın. Yeni tanışlıqlar istisna deyil.

Əqrəb - yeni imkanlar yaranır. Ətrafınızdakı insanların nə deməyindən asılı olmayaraq onlardan bəhrələnməyə çalışın. Eksperimentlər aparmaq, yeni yollar aramaq, risk etmək olar. Özünüzü sınayın. Köhnə borcun qaytarılması və ya qiymətli hədiyyənin alınması mümkündür.

Yaxın ətrafınızdakı insanlarla münasibətlərdə zarafatı unutmayın.

Zarafatlardan inciməyin, nöqsanlarınıza gülməyi bacarın.

Oxatan - bu gün yaşanacaq hadisələrin əksəriyyətini sonradan gülümsəyərək xatırlayacaqsınız. ilk baxışdan olaylar əlverişsiz təsir bağışlayır. Günün emosional fonu münasib deyil. Əvvəlki günlərdə sizi sevindirə biləcək hadisələrə indi laqeyd yanaşırsınız. Sövdələşmə, anlaşma və müqavilələrdə tələsməyin. Səbrli olsanız, daha sərfəli şərtlərə nail ola bilərsiniz.

Günün ikinci yarısında başlayacağınız işləri tezliklə başa vurmaq çətindir. Müttəfiq və dostların yardımlarına ehtiyac var.

Axşam saatları gəzinti və səfər üçün əlverişlidir.

Oğlaq - çətin məsələlərə asanlıqla cavab tapmağınız yaxın ətrafınızdakı insanları təəccübləndirə bilər. Kiminsə sizi aldatmağa, fırıldağının qurbanına çevirməyə çalışdığını düşünməyin. Yaşamınızda bu gün baş verən hadisələrin tam əksəriyyəti düşündüyünüzdən də sadədir.

İşgüzar danışıqlarda əhəmiyyətli irəliləyiş olacaq.

Səhhətinizə fikir verin. Ciddi ağrılar və ya problemlər olmayacaq. Axşam saatlarında normal istirahət etməyə çalışın.

Dolça - çətin işin başa vurulması, sizi çoxdan narahat edən suala cavab tapılması mümkündür. Bir qədər nəfəs dərmək, dincəlmək olar. Qüvvələri bərpa etmək üçün əlverişli zamandır.

Tənbəllik etməyin. İşləri əvəzləmək olar.

Xoş görüşlər az olmayacaq. Çoxdan bəri görmək istədiyiniz insanla qarşılaşacaqsınız. Qonaqlar əliboş gəlməyəcəklər.

Balıqlar - şəxsi problemlərin həlli, daxili təbəddülatların keçilməsi zamanıdır. Yaxın ətrafınızdakı insanlar əhvalınızın və nikbinliyinizin səbəblərini anlamaya bilərlər. İş isə gərəksiz qayğılar və həyəcanlardan qurtulmağınızdır.

Ünsiyyətdə aqressiv olmayın. Tərəfdaşlar və həmkarlarla münasibətlərdə yersiz emosiyalara yol verməyin.

Səhhətinizdə kiçik problemlər olsa da, narahatlığa əsas yoxdur. Müalicə effektivdir.

Alış-verişdə bədxərclik etməyin.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

KİV: “Ukraynanın növbəti prezidenti Zalujnı olacaq”

KİV: “Ukraynanın növbəti prezidenti Zalujnı olacaq”

Yeni Zelandiya 2026-cı ili belə qarşıladı – VİDEO

Yeni Zelandiya 2026-cı ili belə qarşıladı – VİDEO

Tək şifrə işlədənlərin DİQQƏTİNƏ - Sosial hesablar bir neçə saniyədə necə sındırılır?

Tək şifrə işlədənlərin DİQQƏTİNƏ - Sosial hesablar bir neçə saniyədə necə sındırılır?

Leyla Əliyevanın təşəbbüsü ilə Bakı Zooloji Parkında uşaqlar üçün bayram tədbiri – FOTO

Leyla Əliyevanın təşəbbüsü ilə Bakı Zooloji Parkında uşaqlar üçün bayram tədbiri – FOTO

88 yaşlı Hollivud ulduzunun sağlamlıq SİRRİ

88 yaşlı Hollivud ulduzunun sağlamlıq SİRRİ

Rusiya MN Putinin iqamətgahına hücum edən dronun görüntülərini yaydı – VİDEO

Rusiya MN Putinin iqamətgahına hücum edən dronun görüntülərini yaydı – VİDEO

16 ildən sonra İLK DƏFƏ

16 ildən sonra İLK DƏFƏ

Lerikdə dərəyə aşan maşının sürücüsü sükan arxasında yuxulayıbmış – DETALLAR

Lerikdə dərəyə aşan maşının sürücüsü sükan arxasında yuxulayıbmış – DETALLAR

Qusarın mərkəzi meydanında möhtəşəm Yeni il yolkası – FOTO/VİDEO

Qusarın mərkəzi meydanında möhtəşəm Yeni il yolkası – FOTO/VİDEO

Azərbaycanda təhsillə bağlı YENİ QƏRAR verilə bilər – Əgər bu olsa…

Azərbaycanda təhsillə bağlı YENİ QƏRAR verilə bilər – Əgər bu olsa…

Nəriman Həsənzadə xəstəxanadan EVƏ BURAXILDI

Nəriman Həsənzadə xəstəxanadan EVƏ BURAXILDI

Bu 20 telefon modeli olanlar “Votsap”la vidalaşsın

Bu 20 telefon modeli olanlar “Votsap”la vidalaşsın

Alyona Əliyevadan paylaşım – FOTO

Alyona Əliyevadan paylaşım – FOTO

Yanvarın maaşından bu qədər VERGİ TUTULACAQ

Yanvarın maaşından bu qədər VERGİ TUTULACAQ

XƏBƏRDARLIQ – Qar yağacaq, yolar buz bağlayacaq

XƏBƏRDARLIQ – Qar yağacaq, yolar buz bağlayacaq

Ucarda AĞIR QƏZA – Xəsarət alanlar var – FOTO

Ucarda AĞIR QƏZA – Xəsarət alanlar var – FOTO

Leyla və Arzu Əliyevalar Milli Onkologiya Mərkəzində - VİDEO

Leyla və Arzu Əliyevalar Milli Onkologiya Mərkəzində - VİDEO

Ukraynanın Putinin iqamətgahına hücumuna Lukaşenkoda REAKSİYA

Ukraynanın Putinin iqamətgahına hücumuna Lukaşenkoda REAKSİYA

DİN-dən ƏMƏLİYYAT – 9 nəfər SAXLANILDI

DİN-dən ƏMƏLİYYAT – 9 nəfər SAXLANILDI

Yeni ili ilk bu ölkələr QARŞILAYACAQ – SİYAHI

Yeni ili ilk bu ölkələr QARŞILAYACAQ – SİYAHI

2025-ci il Azərbaycanın siyasi həyatında hansı mühüm hadisələrlə yadda qaldı? – VİDEO

2025-ci il Azərbaycanın siyasi həyatında hansı mühüm hadisələrlə yadda qaldı? – VİDEO

Elektrik enerjisi ilə bağlı YENİ MODEL – Pulsuz əldə etmək mümkün olacaq

Elektrik enerjisi ilə bağlı YENİ MODEL – Pulsuz əldə etmək mümkün olacaq

Bu ölkədə 50 min nəfər Yeni ili qatarda QARŞILAYACAQ

Bu ölkədə 50 min nəfər Yeni ili qatarda QARŞILAYACAQ

Yeni ilin ilk gününün HAVA PROQNOZU

Yeni ilin ilk gününün HAVA PROQNOZU

End of content

No more pages to load

RADİO