“Şuşanı paytaxt elan etmək vədi Paşinyana baha başa gələcək” - Tural Gəncəliyev

Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azəbaycanlı İcmasının rəhbəri Tural Gəncəliyev Erməni İcmasına ünvanladığı sonuncu sülh mesajı haqqında Bizim.Media-nın suallarını cavablandırıb.

- Təxminən iyun ayında erməni icmasına məhz erməni dilində sülh mesajı ilə müraciət etmişdiniz. Amma onların reaksiyası hərbi təxribatlarla nəticələndi, müharibə başladı. İndiki sülh mesajınıza necə, sağlam cavab veriləcəyinə inanırsınız?

- Qarabağın erməni icmasına etdiyimiz sonuncu müraciətə də heç bir məntiqli cavab gəlməyib. Düşünürəm ki, onların bu görməzdən gələn davranışları və saymamazlığına torpaqlarımıza qayıtdıqdan sonra son qoyulacaq. Çünki orada qalmaq istəyən ermənilər Azərbaycanın Konstitusiyasına və qanunlarına uyğun yaşamalı olacaqlar. Kim ki, Dağlıq Qarabağda bizim qanunlarımızla yaşamaq istəməyəcək, çıxıb gedə bilər.

- Bu sülh mesajınızda ermənilərə ünvanladığınız əsas fikir nədir?

- Sonuncu sülh mesajımda onu dedim ki, erməni icması silahı yerə qoymalı, Azərbaycan Ordusunun tərəfinə keçməlidir. Onlar bunu etməsələr legitim hərbi hədəfə çeviriləcəklər. Həmçinin sülh mesajımda onu da vurğuladım ki, bizim təklifimizlə razılaşsalar onların iqtisadi, siyasi, sosial və digər hüquqları bərpa ediləcək. Azərbaycan Respublikasının vətəndaşları kimi tam və bərabər hüquqlu vətəndaş olmaq istəyirlərsə bizim çağırışlarımıza cavab verməlidirlər.

- Erməni xalqı özlərinin cinayətkar xunta rejimi başçılarını məsuliyyətə necə cəlb edəcək?

- Azərbaycan hökuməti və Ordusu qarşısında çökmüş Paşinyan ikinci zərbəni elə Ermənistan xalqının özündən alacaq. Ona görə ki, o, xalqı aldadıb, onlara boş-boş vədlər verib. Və ən nəhayət, Ermənistan xalqını aldadaraq onları müharibəyə sürükləyib. Şuşanı paytaxt elan etmək kimi vədləri Paşinyana baha başa gələcək. Beynəlxalq hüquq normları, beynəlxlaq müqavilələr imkan verir ki, Paşinyan və onun kimi hakimiyyət başçıları cinayət məsuliyyətinə cəlb edilsin.

-Qarabağa qayıtdıqdan sonra erməni icması ilə birgə yaşayışımızı necə görürsünüz?

-Erməni icması Dağlıq Qarabağda yaşamaq istəyəcəksə Azərbaycanın Ali Baş Komandanı, Prezident İlham Əliyevin mərhəmətinə, humanistliyinə sığınmalıdırlar. Və onlar Qarabağ Azərbaycandır! fikirlərini beyinlərinə həkk etməlidirlər. Ondan sonra bizim Konstitusiyamıza və qanunlarımıza uyğun şəkildə orada olan sakinlərlə bir yerdə yaşayışımız mümkün ola bilər. Ancaq mən əminəmki, beyinləri nifrətlə dolmuş ermənilərin əksəriyyəti çıxıb gediblər. Onlar bu kin-küdurətlə çətin ki, bizimlə yaşasınlar. Çünki görürlər ki, Azərbaycan öz ərazi bütovlüyünü bərpa edir, onlar da bunu həzm edə bilmirlər.

Gülşanə Mustafayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“O dərman daim yanımızda olmalıdır, 2 aydır verilmir” - VİDEO

“O dərman daim yanımızda olmalıdır, 2 aydır verilmir” - VİDEO

Azərbaycan neftini idxal edən ikinci ÖLKƏ - RƏQƏMLƏR

Azərbaycan neftini idxal edən ikinci ÖLKƏ - RƏQƏMLƏR

Başlıbel qətliamından 33 il ötür

Başlıbel qətliamından 33 il ötür

Maraqlı ARAŞDIRMA: Sizi iş yerindəki stressdən nə xilas edir?

Maraqlı ARAŞDIRMA: Sizi iş yerindəki stressdən nə xilas edir?

Əl Şaraa Ərdoğanla görüşüb bunları müzakirə etdi - FOTO

Əl Şaraa Ərdoğanla görüşüb bunları müzakirə etdi - FOTO

700 milyon qazancla rekord qırdı

700 milyon qazancla rekord qırdı

Zelenski Lukaşenkonu oğurlamaqla HƏDƏLƏDİ - Maduronu xatırladaraq...

Zelenski Lukaşenkonu oğurlamaqla HƏDƏLƏDİ - Maduronu xatırladaraq...

“Bavariya” “Qalatasaray”ın qapıçısını transfer etmək istəyir

“Bavariya” “Qalatasaray”ın qapıçısını transfer etmək istəyir

Davamlı balıq yemək istəyi nəyin simptomudur?

Davamlı balıq yemək istəyi nəyin simptomudur?

Röya Ayxanın 2 minlik libası DİQQƏT ÇƏKDİ - VİDEO

Röya Ayxanın 2 minlik libası DİQQƏT ÇƏKDİ - VİDEO

Azərbaycanda heyvan satışı bazarları ilə bağlı yeni qadağa

Azərbaycanda heyvan satışı bazarları ilə bağlı yeni qadağa

“Zirə” – “Neftçi” matçında bərabərlik - VİDEO

“Zirə” – “Neftçi” matçında bərabərlik - VİDEO

SON DƏQİQƏ:ABŞ və İran arasında imzalanan müqavilənin BƏZİ TƏFƏRRÜATLARI

SON DƏQİQƏ:ABŞ və İran arasında imzalanan müqavilənin BƏZİ TƏFƏRRÜATLARI

"ABŞ uranı əldə etmək üçün İrana gizlicə girəcək..."

"ABŞ uranı əldə etmək üçün İrana gizlicə girəcək..."

Birinci xanımlar Antalya Forumunda - FOTO

Birinci xanımlar Antalya Forumunda - FOTO

Bakıda kəsilmiş ağacların yerinə yeniləri əkildi - FOTO

Bakıda kəsilmiş ağacların yerinə yeniləri əkildi - FOTO

İranın İTKİLƏRİ: 10 mülki aviasiya təyyarəsi məhv edilib

İranın İTKİLƏRİ: 10 mülki aviasiya təyyarəsi məhv edilib

Zelenski: "Bu, Ukraynaya qarşı müharibəsini daha da ağırlaşdırır"

Zelenski: "Bu, Ukraynaya qarşı müharibəsini daha da ağırlaşdırır"

“Abşeron Lions” yarımfinalda!

“Abşeron Lions” yarımfinalda!

Hülya Avşarın qızı iş adamı ilə ailə qurur

Hülya Avşarın qızı iş adamı ilə ailə qurur

Sabah bu muzeylərə giriş PULSUZ olacaq

Sabah bu muzeylərə giriş PULSUZ olacaq

Hörmüz boğazı açıldı, bu məhsulun qiyməti kəskin UCUZLAŞDI

Hörmüz boğazı açıldı, bu məhsulun qiyməti kəskin UCUZLAŞDI

Bakının mərkəzində tarixi binaya MÜDAXİLƏ EDİLİB? - VİDEO

Bakının mərkəzində tarixi binaya MÜDAXİLƏ EDİLİB? - VİDEO

İlk kruiz gəmisi Hörmüz boğazından yola düşüb

İlk kruiz gəmisi Hörmüz boğazından yola düşüb

End of content

No more pages to load

RADİO