Salyan rayonunun Kürsəngi kəndində ümumi sahəsi 324 m² olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsində 1 otağın döşəməsi 20 m² sahədə yanıb.
Bizim.Media FHN-in saytına istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bizim.Media