"Əgər tamaşada lazım gəlsə, zümzümə də edərəm. Amma sırf müğənni kimi fəaliyyəti göstərmərəm. Aktrisayam, sənətimi sevirəm, ona vurğunam.
Mənim ailəmdə də qısqanclıqlar olub. Amma qarşıma işimlə bağlı qadağalar qoymayıb. O bilir ki, aktrisanın həyat yoldaşıdır, sıradan bir qadının yox".
Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Vəfa Zeynalova "MTV Azərbaycan"a açıqlamasında deyib.
Aktrisa filmlərdəki açıq-saçıq səhnələrdən bəhs edib:
"Açıq-saçıq obraz ssenari baxımından öz yerini tutursa, əsaslıdırsa, film üçün əsasdırsa, onu oynayaram. Mənim üçün maraqlı deyil kim nə danışır".
Bizim.Media