"Hər bir şagirdimizin psixoloji rifahı Təhsil nazirliyi üçün prioritetdir" - Emin Əmrullayev 

“Şagirdlərin akademik nailiyyətləri ilə yanaşı onların psixoloji sağlamlığı, təhlükəsizliyi və rifahı da vacib məsələdir”. 

Bizim.Media xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev sosial şəbəkə hesabında paylaşım edib.

 

MÖVZU İLƏ BAĞLI:

Təhsil naziri intihar edən qızlardan yazdı - FOTO


Nazir bildirib ki, ailədaxili münasibətlər, müəllimlərin, məktəb psixoloqlarının və məktəb rəhbərlərinin şagirdlərlə qurduğu ünsiyyət, məktəbdə öyrənmə mühitinin zənginliyi, öyrənənlərin dərsdənkənar məşğələlərə və könüllülük fəaliyyətinə cəlb edilməsi, eləcə də, şagirdlərarası münasibətlərin düzgün qurulmasını mühüm hesab edir.

 

“Məktəbdaxili qısnama (bullinq) halları ilə mübarizə, ənənəvi və sosial mediada yeniyetmələrlə bağlı həssas məqamların düzgün əks etdirilməsi və digər faktorların həyatımıza yaxından təsir etdiyinin şahidi oluruq".


Bu baxımdan bullinq və şagirdlərə qarşı zorakılıq hallarının müəyyən edilməsi, qeydiyyatın aparılması, hər bir halın araşdırılması və zəruri tədbirlərin görülməsi, proflaktika mexanizmləri də hazırlanıb və yaxın gələcəkdə məktəblərdə tətbiq ediləcək.

Antibullinqlə mübarizəyə dair 4000 müəllimə və 2000 nəfər məktəb rəhbərinə təlimlər keçirilib.

Eyni zamanda, ötən il “Təhsil müəssisələrində psixoloji xidmətin təşkili” qaydalarının təsdiq edilməsi, 226 məktəbdə 400.000-ə qədər şagirdi əhatə edən “Məktəblinin Dostu” layihəsi, müəllimlər üçün məktəb psixologiyası sahəsində ixtisasartırma təlimlərinin keçirilməsi, uşaq psixologiyası üzrə 800 nəfər psixoloq üçün təlimlərin keçirilməsi və hazırda da UNICEF-in dəstəyi ilə davam edən 300 nəfər psixoloq üçün cəbhəyanı bölgələrdə təlimlərin təşkili Təhsil Nazirliyi tərəfindən həyata keçirilmiş tədbirlərə nümunədir.

 

Məsələnin bir şəxsdən və ya qurumdan deyil, daha çox müxtəlif tərəflər arasında qurulan əməkdaşlıqdan asılı olduğuna inanır, məktəb, valideyn və geniş ictimaiyyətin bu məsələlərin həllində xüsusi rolu olduğunu qeyd etmək istəyirəm.


Hər bir şagirdimizin psixoloji rifahı, sağlamlığı və təhlükəsizliyi Təhsil nazirliyi üçün prioritetdir”, - deyə Emin Əmrullayev vurğulayıb. 

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Akif İslamzadə infarkt keçirdi - Xəstəxanadadır

Akif İslamzadə infarkt keçirdi - Xəstəxanadadır

Bu tarixdə qısa İŞ GÜNÜ olacaq

Bu tarixdə qısa İŞ GÜNÜ olacaq

Piyada gərək yolu keçəndə sürücü ilə göz təması qursun...

Piyada gərək yolu keçəndə sürücü ilə göz təması qursun...

“Real”ın məşqində dava düşdü

“Real”ın məşqində dava düşdü

Bakıda məşhur klinikada pasiyentin başına oyun açdılar - VİDEO

Bakıda məşhur klinikada pasiyentin başına oyun açdılar - VİDEO

Bakıda təbii kürü adı ilə görün nə satılır: Saxtanı necə müəyyən etmək olar? - VİDEO

Bakıda təbii kürü adı ilə görün nə satılır: Saxtanı necə müəyyən etmək olar? - VİDEO

Xoşqədəm Hidayətqızı əkiz övladlarının ad gününü QEYD ETDİ - VİDEO

Xoşqədəm Hidayətqızı əkiz övladlarının ad gününü QEYD ETDİ - VİDEO

Birinci Liqa: “Baku Sportinq” səfərdə qalib gəldi - VİDEO

Birinci Liqa: “Baku Sportinq” səfərdə qalib gəldi - VİDEO

Ukrayna atəşkəsə əməl ETMƏYƏCƏK

Ukrayna atəşkəsə əməl ETMƏYƏCƏK

Hörmüzdə vəziyyət yalnız bu şərtlə düzələcək: Əraqçi yenidən AÇIQLADI

Hörmüzdə vəziyyət yalnız bu şərtlə düzələcək: Əraqçi yenidən AÇIQLADI

İslam İnkişaf Bankı Azərbaycanda bu sahələrə maliyyə dəstəyini davam etdirəcək - FOTO

İslam İnkişaf Bankı Azərbaycanda bu sahələrə maliyyə dəstəyini davam etdirəcək - FOTO

Keniya Rusiya üçün döyüşən hərbçilərinin sayını açıqladı: 19-u həlak olub

Keniya Rusiya üçün döyüşən hərbçilərinin sayını açıqladı: 19-u həlak olub

Hantavirus İsrailə də çatdı: İLK YOLUXMA təsdiqləndi

Hantavirus İsrailə də çatdı: İLK YOLUXMA təsdiqləndi

Sertifikasiyada bu müəllimlərin nəticələri ləğv olunacaq - QAYDA

Sertifikasiyada bu müəllimlərin nəticələri ləğv olunacaq - QAYDA

Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilən tədbir keçirildi - FOTOLAR

Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilən tədbir keçirildi - FOTOLAR

Prezident onları da mükafatlandırdı - FOTO

Prezident onları da mükafatlandırdı - FOTO

"Altıncı hissi" olan BÜRCLƏR

"Altıncı hissi" olan BÜRCLƏR

Bakı məktəblərində şagirdlərdən müəllimlərə qarşı utancverici davranış - VİDEO

Bakı məktəblərində şagirdlərdən müəllimlərə qarşı utancverici davranış - VİDEO

Hüseyn Əsgərli yeni vəzifəyə təyin olundu

Hüseyn Əsgərli yeni vəzifəyə təyin olundu

Erməni səfir Rusiya XİN-ə çağırıldı - Zelenskiyə görə...

Erməni səfir Rusiya XİN-ə çağırıldı - Zelenskiyə görə...

Prezident mükafatına layiq görülən Təyyar Bayramov: “Daha da əzmlə çalışmağa stimul verir…” - ÖZƏL

Prezident mükafatına layiq görülən Təyyar Bayramov: “Daha da əzmlə çalışmağa stimul verir…” - ÖZƏL

Zelenskidən Rusiyanın atəşkəs təklifinə REAKSİYA: "Qəribə və qeyri-adekvat..." - VİDEO

Zelenskidən Rusiyanın atəşkəs təklifinə REAKSİYA: "Qəribə və qeyri-adekvat..." - VİDEO

Baqai: İran Amerikanın təkliflərini araşdırır

Baqai: İran Amerikanın təkliflərini araşdırır

Bu gün Livanda daha 15 nəfər öldürüldü...

Bu gün Livanda daha 15 nəfər öldürüldü...

End of content

No more pages to load

RADİO