“Azərbaycanda intihar xəbərlərinə senzura qoyulmalıdır” - Psixoloqdan HƏYƏCAN SİQNALI

“Azərbaycanda intihar xəbərlərinin tirajlanmasına mütləq şəkildə senzura qoyulmalıdır. Bu gün bir informasiya xəbəri, ortalama 60 informasiya cəhdi yaradır. Avropada və ABŞ-da artıq intihar xəbərlərinə senzura tətbiq olunur.

Bir çox ölkələrdə isə intihar məlumatları ələnir. Bir intihar xəbərinin yaratdığı 60 intihar cəhdinin 25 faizinin uğursuz sonluqla, yəni intiharla nəticələndiyini düşünsək, bu çox ciddi bir rəqəmdir”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında “HUMEL” psixologiya mərkəzinin rəhbəri, psixoloq Tariyel Faziloğlu son günlər ölkədə yeniyetmələr arasında artan intiharlara münasibət bildirərkən deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

“Valideynlər uşaqlarını necə qatilə çevirir?” - FAKTLAR


Onun sözlərinə görə, maksimum dərəcədə intihar xəbərləri azaldılmalı və ya xüsusi redaktə altında verilməlidir:

“Buna versiya sindromu deyilir. Bu gün ortalama günlük 7-8 intihar hadisəsi baş verir. Sadə bir nümunə çəkim. Yanvar ayında qazinin xəstəxanada intihar etməsi xəbəri tirajlandı, ardınca intihar dalğası başladı.

2016-cı ildə psixoloq Dəyanət Rzayev intihar etmişdi. Bu hadisədən sonra baş verən intiharların sayı çox sürətlə yüksəldi. Bir ayda intihar xəbərləri 80-ə çatdı və intihar olayları bir neçə ay davam etdi”. 


Psixoloq yeniyetmələrin intihar etmə səbəblərindən danışıb:

“İntiharın 3 səbəbi var. Birinci psixoloji, ikinci sosial, üçüncü isə ailədaxili səbəblərdir. Azərbaycanda hazırda ciddi şəkildə ailədaxili münasibətlər zədələnmiş durumdadır. Ailədaxilində ünsiyyət minimum səviyyədədir.
 

Yeniyetməlik insan dönəminin ən emosional dönəmidir. Yeniyetmələr ən çox ünsiyyətə ehtiyacları olduğu halda daha çox sosial şəbəkələrdə, virtual aləmdə olurlar və daxili yalnızlıq, tənhalıq hissi güclənir. Bu da daxili aqressiyanı yüksəldir.


Yeniyetmələr pandemiya dövründə yetəri qədər boşluqdadırlar. Səbəb məşğul ola, özlərini ifadə edə biləcəkləri platformalarının olmamasıdır. Nəticə etibarilə bu insanlar aqressiya ilə yüklənirlər. Bununla yanaşı ailədə abituriyentliklə bağlı uşaqlara müəyyən basqılar da var ki, onlar ciddi şəkildə zehni yükləməyə məruz qalırlar.

Zehni yükləmə, özlərini ifadə edə bilməmə, enerjilərini ata bilməmələri və sosial ehtiyaclarını ödəmək üçün mühitin olmaması yeniyetmələrin psixoloji durumunu gərginləşdirir.
 

Üstəgəl bu gün bu ehtiyacları qarşılayacaq məktəb mühitinin olmaması durumu bir qədər də ağırlaşdırır.


Beləliklə, onlar daha çox ailə içi və ailə münaqişələrinin tam mərkəzində olurlar. Yeniyetmələrin hormonal aktivliyi dönəmində özünütəsdiq, bəyənilmə, sosial statusu uğrunda mübarizə şəklindəki psixoloji gərginliklər üst-üstə gəldikdə indiki dönəmdə maksimum onların affekt duruma düşmələri riski çoxalır”.  

Azərbaycanda psixoloji maarifləndirmənin çox zəif olduğunu vurğulayan psixoloq ilk növbədə KİV-də bu məsələyə önəm verilməsini vacib sayıb:

“Son zamanlar Azərbaycanda intihar dalğasının işə düşməsi yeniyetmələrdə intiharı bir alternativ olaraq seçmələrinə səbəb olur. Bu da nəticə etibarilə son dönəmdəki hadisələri təsdiqləyir.
 

Əgər ciddi şəkildə kompleks tədbirlər görülməsə, təəssüf ki, getdikcə intiharların sayı çoxalacaq. İlk növbədə Azərbaycanda psixoloji maarifləndirmə işi aparılmalıdır. İnsanlar intihar siqnallarını tuta bilməlidirlər.


İkincisi, insanlar valideyn-övlad münasibətlərində psixoloji baryerləri bilməlidirlər. Belə olsa, övladlarının travmalarını vaxtında önləyə bilərlər və aqressiya siqnallarından tez xəbər tuta bilərlər. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin bu yöndə fəaliyyəti ümumiyyətlə yoxdur. Televiziyalarda şou proqramlara psixoloqlar çağırılır.

Amma psixoloq mövzuya öz reaksiyasını verməmiş, qonaqlar fərqli fikirlər deyirlər və psixoloq problemə girmədən o adamların suallarını cavablandırmaq məcburiyyətində qalır.
 

Beləliklə, problem həll olunmur. Sırf Azərbaycanda peşəkar psixoloji verilişlər, layihələr və təlimlər olmalıdır”. 


Qeyd edək ki, ötən gün Qaradağ rayonunun Lökbatan qəsəbəsində 16 yaşlı Quliyeva Mətanət Elşən qızı və onun rəfiqəsi, adı hələlik məlum olmayan 17 yaşlı qız birgə intihar ediblər. Onlar 9 mərtəbəli binanın damından özlərini atıblar. 

Bir gün əvvəl isə Ağsu rayon sakini 15 yaşlı Pərvanə Salahzadə intihar edib.

O, yaşadığı evin həyətində yerləşən çinar ağacından özünü asıb.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Keniya Rusiya üçün döyüşən hərbçilərinin sayını açıqladı: 19-u həlak olub

Keniya Rusiya üçün döyüşən hərbçilərinin sayını açıqladı: 19-u həlak olub

Hantavirus İsrailə də çatdı: İLK YOLUXMA təsdiqləndi

Hantavirus İsrailə də çatdı: İLK YOLUXMA təsdiqləndi

Sertifikasiyada bu müəllimlərin nəticələri ləğv olunacaq - QAYDA

Sertifikasiyada bu müəllimlərin nəticələri ləğv olunacaq - QAYDA

Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilən tədbir keçirildi - FOTOLAR

Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilən tədbir keçirildi - FOTOLAR

Prezident onları da mükafatlandırdı - FOTO

Prezident onları da mükafatlandırdı - FOTO

"Altıncı hissi" olan BÜRCLƏR

"Altıncı hissi" olan BÜRCLƏR

Bakı məktəblərində şagirdlərdən müəllimlərə qarşı utancverici davranış - VİDEO

Bakı məktəblərində şagirdlərdən müəllimlərə qarşı utancverici davranış - VİDEO

Hüseyn Əsgərli yeni vəzifəyə təyin olundu

Hüseyn Əsgərli yeni vəzifəyə təyin olundu

Erməni səfir Rusiya XİN-ə çağırıldı - Zelenskiyə görə...

Erməni səfir Rusiya XİN-ə çağırıldı - Zelenskiyə görə...

Prezident mükafatına layiq görülən Təyyar Bayramov: “Daha da əzmlə çalışmağa stimul verir…” - ÖZƏL

Prezident mükafatına layiq görülən Təyyar Bayramov: “Daha da əzmlə çalışmağa stimul verir…” - ÖZƏL

Zelenskidən Rusiyanın atəşkəs təklifinə REAKSİYA: "Qəribə və qeyri-adekvat..." - VİDEO

Zelenskidən Rusiyanın atəşkəs təklifinə REAKSİYA: "Qəribə və qeyri-adekvat..." - VİDEO

Baqai: İran Amerikanın təkliflərini araşdırır

Baqai: İran Amerikanın təkliflərini araşdırır

Bu gün Livanda daha 15 nəfər öldürüldü...

Bu gün Livanda daha 15 nəfər öldürüldü...

Pezeşkian: "Hər kəs artıq lampalarını söndürsün"

Pezeşkian: "Hər kəs artıq lampalarını söndürsün"

Zelenski: 9 mayda Moskvada olmağı tövsiyə etmirəm!

Zelenski: 9 mayda Moskvada olmağı tövsiyə etmirəm!

Azərbaycanla Ukrayna arasında Anlaşma Memorandumu imzalandı - FOTO

Azərbaycanla Ukrayna arasında Anlaşma Memorandumu imzalandı - FOTO

Balakəndəki ilk kanat yolu yenidən qurulur - FOTO

Balakəndəki ilk kanat yolu yenidən qurulur - FOTO

Prezidentin fərmanı ilə ləğv edilən qurumların rəhbərləri KİMLƏR İDİ?

Prezidentin fərmanı ilə ləğv edilən qurumların rəhbərləri KİMLƏR İDİ?

“Qarabağnamə” Balakəndə sənətsevərlərə təqdim olunub - FOTO

“Qarabağnamə” Balakəndə sənətsevərlərə təqdim olunub - FOTO

Nazir və deputatın mübarizəsi gündəm oldu: MARAQLI görüntülər - VİDEO

Nazir və deputatın mübarizəsi gündəm oldu: MARAQLI görüntülər - VİDEO

Əməkdar artistin bacısının evi qarət olundu

Əməkdar artistin bacısının evi qarət olundu

Türkiyə millisinin üzvü İtaliya klubuna keçir

Türkiyə millisinin üzvü İtaliya klubuna keçir

Naftalanda yeniyetməni parkda zibil qabına atıb, videosunu tiktok-da yaydılar

Naftalanda yeniyetməni parkda zibil qabına atıb, videosunu tiktok-da yaydılar

Meteohəssas insanlara XƏBƏRDARLIQ

Meteohəssas insanlara XƏBƏRDARLIQ

End of content

No more pages to load

RADİO