Beynəlxalq Muzeylər Şurasının Azərbaycan Milli Komitəsi rəyasət heyətinin toplantısı keçirilib



İyunun 22-də Milli İncəsənət Muzeyində Beynəlxalq Muzeylər Şurası (İCOM) Azərbaycan Milli Komitəsi rəyasət heyətinin toplantısı keçirilib.

Mərasimdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva Azərbaycan ilə UNESCO arasında qarşılıqlı əməkdaşlıqdan söz açıb. Bildirib ki, İCOM muzey və muzey mütəxəssislərinin 1946-cı ildə yaradılmış beynəlxalq təşkilatıdır. İCOM UNESCO-nun tərəfdaşıdır və Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurasında məşvərətçi statusuna malikdir. Azərbaycanda muzey işinin müasir tələblər baxımından yenidən qurulması istiqamətində görülmüş işlərdən danışan nazir müavini son illərdə Prezident İlham Əliyev tərəfindən bu sahənin inkişafına təkan verən 15-dən çox sərəncamın imzalandığını diqqətə çatdırıb. Qeyd olunub ki, Azərbaycanda 250 muzey fəaliyyət göstərir və bunların 219-u Mədəniyyət və Turizm Nazirliyinin tabeliyindədir. Nazirlik İCOM Azərbaycan Milli Komitəsinin fəaliyyətinə hər zaman dəstək olub və bundan sonra da köməyini əsirgəməyəcək. Göstərilən diqqət sayəsində muzeylərimizin beynəlxalq əlaqələri son dövrdə daha genişlənib: “Sevindirici haldır ki, regionlarda fəaliyyət göstərən 32 muzey də artıq İCOM-un üzvüdür. Muzey işçilərinin əsas məqsədi milli irsimizi qorumaq və təbliğ etməkdir. Heydər Əliyev Fondu mədəni irsin qorunmasına, muzeylərin fəaliyyətinə, bərpasına xüsusi diqqət yetirir. Fondun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə son illərdə fəaliyyətə başlayan Daş Salnamə Muzeyi, Müasir İncəsənət Muzeyi və digərləri xalqımızın tarixinin qorunmasına və təbliğinə xidmət edir”x9d.

İCOM Azərbaycan Milli Komitəsinin fəaliyyətini yüksək qiymətləndirən Sevda Məmmədəliyeva toplantının işinə uğurlar arzulayıb.

İCOM Azərbaycan Milli Komitəsinin sədri Röya Tağıyeva qurumun 3 illik fəaliyyətinə dair hesabatı iştirakçıların nəzərinə çatdırıb. Bildirilib ki, 1993-cü ildən İCOM Azərbaycan Milli Komitəsi Beynəlxalq Muzeylər Şurasına üzv qəbul edilib. Hazırda milli komitənin respublikanın 38 muzey və 7 digər müəssisəsindən 61 fərdi və 3 kollektiv üzvü vardır. Milli komitə yarandığı gündən muzeylərimizin beynəlxalq arenaya çıxması, dünya muzeylərinin təcrübəsindən bəhrələnməsi, mədəni irsin qorunub saxlanılması, dünyaya tanıdılması və mədəni dəyərlərin qeyri-qanuni ticarətinə qarşı mübarizə aparılması sahəsində mütəmadi iş aparıb, konfranslar, seminarlar təşkil edib. Hesabat ili ərzində milli komitə tərəfindən muzey sahəsində bir çox layihələr hazırlanıb və maraqla qarşılanıb.

Daha sonra növbəti 6 il müddətində İCOM Azərbaycan Milli Komitəsinə yeni sədrin seçilməsi müzakirə olunub. Rəyasət heyətinin yekdil qərarı ilə Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova komitənin sədri vəzifəsinə təsdiq edilib. Toplantı müzakirələrlə davam edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İran heyəti ABŞ nümayəndələri ilə şəkil çəkdirməkdən imtina etdi - VİDEO

İran heyəti ABŞ nümayəndələri ilə şəkil çəkdirməkdən imtina etdi - VİDEO

Axtarışda olan şəxs BƏƏ-də tutularaq Azərbaycana GƏTİRİLDİ

Axtarışda olan şəxs BƏƏ-də tutularaq Azərbaycana GƏTİRİLDİ

Pakistan XİN başçısı ABŞ-İran razılaşmalarının TƏFƏRRÜATINI AÇIQLADI

Pakistan XİN başçısı ABŞ-İran razılaşmalarının TƏFƏRRÜATINI AÇIQLADI

Tramp Hörmüz boğazı ilə bağlı iranlılara xəbərdarlıq etdi

Tramp Hörmüz boğazı ilə bağlı iranlılara xəbərdarlıq etdi

Vens: Son bir neçə saat ərzində İranla danışıqlarda irəliləyiş əldə etdik

Vens: Son bir neçə saat ərzində İranla danışıqlarda irəliləyiş əldə etdik

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Qəbələdə qəhrəman zabit Kənan Mustafayevin xatirəsi anıldı - FOTO

Qəbələdə qəhrəman zabit Kənan Mustafayevin xatirəsi anıldı - FOTO

“Chevrolet” əvvəl “Opel”ə, daha sonra işıq dirəyinə çırpıldı - FOTO

“Chevrolet” əvvəl “Opel”ə, daha sonra işıq dirəyinə çırpıldı - FOTO

Şəkidə Əməkdar mədəniyyət işçisi vəfat etdi - FOTO

Şəkidə Əməkdar mədəniyyət işçisi vəfat etdi - FOTO

Britaniyanın XİN rəhbəri Baş nazirə səsləndi: İstefa verməlisən!

Britaniyanın XİN rəhbəri Baş nazirə səsləndi: İstefa verməlisən!

Ramanada tarixi quyular zibilliyə çevrilib? - Sakinlərdən ŞİKAYƏT - VİDEO

Ramanada tarixi quyular zibilliyə çevrilib? - Sakinlərdən ŞİKAYƏT - VİDEO

Avtomobil aptekçası yayda: Qızdıqda zəhərə çevrilən 6 dərman növü

Avtomobil aptekçası yayda: Qızdıqda zəhərə çevrilən 6 dərman növü

Almaniya "Taliban"la gizli razılığa gəldi: Əfqan cinayətkarlar kütləvi şəkildə deportasiya olunacaq

Almaniya "Taliban"la gizli razılığa gəldi: Əfqan cinayətkarlar kütləvi şəkildə deportasiya olunacaq

Anar Ələkbərov Oğuzda şəhid ailəsinin qonağı oldu - FOTO

Anar Ələkbərov Oğuzda şəhid ailəsinin qonağı oldu - FOTO

DÇ-2026: İspaniya və Belçika milliləri növbəti oyunlarına çıxacaqlar

DÇ-2026: İspaniya və Belçika milliləri növbəti oyunlarına çıxacaqlar

Bu yay rusiyalılar dəniz sahilində dincəlməyəcək - DRONLARDAN QORXUYA DÜŞÜBLƏR?

Bu yay rusiyalılar dəniz sahilində dincəlməyəcək - DRONLARDAN QORXUYA DÜŞÜBLƏR?

İstanbulda qaydanı pozan taksi sürücüləri dronlarla İZLƏNƏCƏK

İstanbulda qaydanı pozan taksi sürücüləri dronlarla İZLƏNƏCƏK

Masazırda motosiklet sürücülərinə qarşı reyd - 45 nəfər SAXLANILDI

Masazırda motosiklet sürücülərinə qarşı reyd - 45 nəfər SAXLANILDI

İsveçrədə ABŞ və İran arasında yüksək səviyyəli danışıqlar başladı - FOTO - VİDEO

İsveçrədə ABŞ və İran arasında yüksək səviyyəli danışıqlar başladı - FOTO - VİDEO

Uşakov: "Rusiya razılaşmaların icrasını yox, qələbə gözləyir"

Uşakov: "Rusiya razılaşmaların icrasını yox, qələbə gözləyir"

Kerç bərə keçidinin fəaliyyəti tamamilə dayandırıldı - Ukrayrna PUA-sının FƏSADLARI

Kerç bərə keçidinin fəaliyyəti tamamilə dayandırıldı - Ukrayrna PUA-sının FƏSADLARI

Dəhşətli hadisə: Sərxoş oğlan uşaq düşərgəsinə hücum edərək 13 məktəblini yaraladı

Dəhşətli hadisə: Sərxoş oğlan uşaq düşərgəsinə hücum edərək 13 məktəblini yaraladı

Futbolçuların məşhur xanımları: Corcina Rodriqes

Futbolçuların məşhur xanımları: Corcina Rodriqes

ABŞ blokadasının ləğvindən sonra ilk nəhəng konteyner gəmisi İrana daxil oldu

ABŞ blokadasının ləğvindən sonra ilk nəhəng konteyner gəmisi İrana daxil oldu

End of content

No more pages to load

RADİO