Razi Nurullayev QƏZƏBLƏNDİ – “Uşaq pulu ilə bağlı fikirlərim kontekstdən çıxarılıb”

“Bəzi mətbuat ağını çıxarır. Müsahibə verirsən, içini seçib, kontekstən çıxarıb verir. Sənə kim ixtiyar verib? Uşaq pulu haqqında dediklərimi kontekstdən çıxarıb verməklə yaxşı mətbuat olursan? Sensasiya dalınca qaçmağın və müsahibənin içindən özbaşına seçim edib verməyin də ciddi məsuliyyəti var və bunu mütləq bilməyiniz vacibdir”. 

Bizim.Media xəbər verir ki, bunu millət vəkili Razi Nurullayev uşaq pulu ilə bağlı bir gün əvvəl mediaya verdiyi açıqlamaya reaksiya bildirərkən qeyd edib:

“Məndən çox uşaq pulu haqqında danışan olub? Sual verirsiniz ki, uşaq pulu məsələsi parlamentdə müzakirə olunacaq, yaxud bu məsələni qaldıracaqsınız? Deyirəm ki, əsas büdcə vəsaitləri Qarabağa ayrılır. Ona görə də, uşaq pulu məsələsini qaldırmaq problemi həll etməyəcək. Hər kəs bilir ki, indiki zamanda uşaq pulunu Milli Məclisdə qaldırmaq məsələnin həlli olmayacaq. Uşaq pulu haqqında danışan şəxslərə də populizmlə məşğul olursan deyirlər. 

Mən də hə zaman demişəm ki, bu məsələnin həllini istəyirik və az qala da hökumətin gündəminə sala bilmişdik. 44 günlük müharibə vəziyyəti dəyişdi. İndi Qarabağın bərpasına, qaçqın və köçkünlərin evlərinə qayıtmasına və minaların təmizlənməsinə külli miqdarda pul tələb olunur. Belə bir məsələ müzakirə olunan zaman uşaq pulu məsələsini qaldırmaq etik sayılmaz. Hər şeyin yeri və zamanı var”.

Razi Nurullayevin sözlərinə görə bu məsələyə mərhələ ilə yanaşmaq və nəyəsə nail olmaq mümkündür:

“Birinci növbədə 1-3 yaşlı uşaqlara pulsuz yemək verilməsi ilə başlayaq və bu məsələni tez-tez gündəmə gətirirəm. Hesab edirəm ki, bu təxirəsalınmadan həll edilməlidir. Çünki, uşağın formalaşması bu illərdə başlayır və bizim əksər ailələrin uşaqları vitamin çatışmamazlığı ucbatından düzgün inkişaf edə bilmirlər. Elə savadsızlığın, zehin zəifliyinin, bəstəboyluğun və digər problemlərin də səbəbi budur.

Büdcə vəsaitləri artan kimi 1-3, sonra 3-6, 6-12 və sairə üzrə mərhələlərlə digər sosial müavinətləri dayandırıb birdəfəlik uşaq pulu vermək lazımdır və bunun üçün də əlimizdən gələni edəcəyik. Hansı mətbuat orqanı mətbuat etikasından kənara çıxırsa, ona da münasibətimiz analoji olacaq.
Mən elə buradan rəhbərlik etdiyim Milli Cəbhə Partiyası - MCP hüquq şöbəsinə deyirəm ki, bu məsələni hüququ müstəvidə çözsünlər. Eyni zamanda, Medianın İnkişafı Agentliyi xahiş edirəm ki, bu məsələ ilə bağlı araşdırma aparıb lazımi tədbir görün. Rəsmi müraciətimiz də olacaq” .

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları artırıb

Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları artırıb

Manqalı yandırarkən xəsarət alan oğlan ölüb

Manqalı yandırarkən xəsarət alan oğlan ölüb

Akif İslamzadənin vəziyyəti açıqlandı

Akif İslamzadənin vəziyyəti açıqlandı

SABAHIN HAVASI: Bakıda 29 dərəcə isti olacaq

SABAHIN HAVASI: Bakıda 29 dərəcə isti olacaq

Nərgiz Məhəmmədi girov müqabilində azadlığa buraxılıb

Nərgiz Məhəmmədi girov müqabilində azadlığa buraxılıb

Ağdamda 4 hərbçinin faciəli şəkildə öldüyü HADİSƏNİN TƏFƏRRÜATI

Ağdamda 4 hərbçinin faciəli şəkildə öldüyü HADİSƏNİN TƏFƏRRÜATI

Marketdən kosmetik ləvazimatları oğurlayan kişi saxlanılıb

Marketdən kosmetik ləvazimatları oğurlayan kişi saxlanılıb

"Qarabağ" Bədavi ilə bağlı yekun qərar verib

"Qarabağ" Bədavi ilə bağlı yekun qərar verib

Günortalar yatmaq ömrü qısaldır - Alimlərdən şok nəticə

Günortalar yatmaq ömrü qısaldır - Alimlərdən şok nəticə

"TikTok"da söyüş söyən 3 dost HƏBS OLUNDU

"TikTok"da söyüş söyən 3 dost HƏBS OLUNDU

37 yaşlı qadın 4-cü mərtəbədən yıxılaraq ölüb

37 yaşlı qadın 4-cü mərtəbədən yıxılaraq ölüb

Fransada hantavirusa ilk yoluxma halı qeydə alınıb

Fransada hantavirusa ilk yoluxma halı qeydə alınıb

U-15 Liqasında Çempion mükafatlandırıldı -FOTO

U-15 Liqasında Çempion mükafatlandırıldı -FOTO

İran XİN: Trampın Çinə səfəri ikitərfəli xarakter daşıyır

İran XİN: Trampın Çinə səfəri ikitərfəli xarakter daşıyır

Aygün Kazımovanın arxiv videosu yayıldı

Aygün Kazımovanın arxiv videosu yayıldı

Sahibini gözləməkdən yorulmuş it görün nə etdi? - VİDEO

Sahibini gözləməkdən yorulmuş it görün nə etdi? - VİDEO

Paltarları rəngi solmadan necə yumaq olar?

Paltarları rəngi solmadan necə yumaq olar?

Bakı-Xankəndi velosiped yarışında 2-ci mərhələyə start verilib – FOTO

Bakı-Xankəndi velosiped yarışında 2-ci mərhələyə start verilib – FOTO

Bakıda motosiklet qəza törətdi, ölən var - VİDEO

Bakıda motosiklet qəza törətdi, ölən var - VİDEO

Bank işçiləri ilə bağlı qərar: İyundan imtahanlara cəlb olunacaqlar

Bank işçiləri ilə bağlı qərar: İyundan imtahanlara cəlb olunacaqlar

Uşaqların ağzına açar qoymaqla sağaldan kişi sosial mediada viral oldu - VİDEO

Uşaqların ağzına açar qoymaqla sağaldan kişi sosial mediada viral oldu - VİDEO

Zaqatalada evin həyətindən meyit tapıldı

Zaqatalada evin həyətindən meyit tapıldı

"Eurovision 2026" təhlükə altındadır – iştirakçılara xəbərdarlıq edildi

"Eurovision 2026" təhlükə altındadır – iştirakçılara xəbərdarlıq edildi

Mayın sonundan başlayacaq TƏHLÜKƏ – Kimlər risk altındadır?

Mayın sonundan başlayacaq TƏHLÜKƏ – Kimlər risk altındadır?

End of content

No more pages to load

RADİO