Millət “1 sentyabr”x9d üçün yaman darıxıb”¦

Bəri başdan məni qınamayın. Digərlərini deyə bilmərəm, ancaq bəzən mənə elə gəlir ki, kiməsə nə dərəcədə qəribə görünsə də təhsilimizdə “xeyir- bərəkətin cəkilməsinin”x9d, dərsə, məktəbə, bütövlükdə təhsilə marağın azalmasının əsas “baiskarlarından”x9d birini də məhz dərs ilinin başlanğıcının 1sentyabrdan 15-nə çəkilməsində görürəm. Bu yandan da millət vəkili Fazil Mustafanın Milli Məclisdəki “Son illərdə qəbul olunan qərarların içində ən absurdu dərslərin iyun ayının 15-dək uzaldılmasıdır. İkinci absurd qərar dərslərin sentyabrın 15-də başlamasıdır.Uşaq bağçaları, orta məktəb və ali məktəblər üçün bu cür vaxt dəyişiminin hansısa faydası olduğunu düşünmürəm. Dərslər sentyabrın 1-də başlayar və mayın 31-də tamamlanarsa, həm təhsil alanlar, həm də müəllimlər rahat olar”x9d- açıqlaması mənə sanki son dərəcə dəyərli və ibrətamiz filmlərimizdən olan “Axırıncı aşırım”x9ddakı təxmini yadımda qalan bir dialoqu xatırlatdı:

- Hə, necəsən, qəmsəmol? Ağlın başıva gəldi? Sən hələ uşaqsan bala, aldadıb yolundan çıxarıblar səni. Eybi yoxdur, ağıllanarsan. Ə...,Rəşid tüfəngini ver ona... Tüfəngi götür, keç bizim tərəfə.

- Niyə dinmirsən...

- Mən satqın deyiləm Kərbəlayi.

- Bıy..., satqın niyə olursan. Əvvəl səhv eləmisən, indi başa düşürsən ki, yaxşı iş görməmisən. Mən də səni öldürmürəm bağışlayıram...

Yəqin çoxları xatırlamamış deyillər ki, Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarının icrası barədə Təhsil Naziri Mikayıl Cabbarovun ümumtəhsil məktəbində dərs məşğələlərinin sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatması barədə əmri həmin ərəfədə cəmiyyət tərəfindən heç də birmənalı qarşılanmamış, genış müzakirə və polemikalara yol açmışdı. Bununla belə müəyyən müddət keçməsinə baxmayaraq, xüsusilə son günlər sosial şəbəkələrdə dərs günlərinin başlanma və bitmə tarixlərinin dəyişdirilməsi ilə bağlı valideynlər tərəfindən geniş müzakirələr aparılır. Müzakirələrə müəllimlərdən, digər struktur nümayəndələrindən qoşulanlar da var. Hətta iş o yerə çatıb ki, Təhsil nazirinə, digər səlahiyyətli orqanlara müraciət üçün petisiyaya və imza toplama kompaniyasına başlanılıb. Çoxsaylı müraciətlərdə dərslərin əvvəlki kimi 1 sentyabr -25 may arasında keçirilməsi xahiş olunur.

İndi Kərbalayı İsmayılın sözü olmasın haçansa 10-15 il bundan qabaq havaların bir balaca qızmasından narahatçılıq keçirib, Misir Mərdanovun təxəyyülünün məhsulu olaraq bir səhvə yol vermişik, nə olar, heç olmasa indi də olsa səhvimizi düzəldək. Bir də ki, axı millət də, millətin vəkili də bundan narahatçılıq keçirir...

Lakin, Təhsil Nazirliyi nədənsə, "Bilik günü"nün təsis edilməsi və təhsil müəssisələrində iş rejiminin tənzimlənməsi barədə 2004 ”“cü il avqust qərarına və dəyişikliyin əsas məqsədinin şagirdlərin təlim yükünün azaldılması, proqram materiallarını səmərəli mənimsəmələri üçün əlverişli təhsil mühiti yaradılması arqumentinə əslanaraq öz mövqeyində israrlıdır. Belə ki, məktəblərdə dərs günlərinin miqdarının az olması fənlər üzrə mövcud təlim proqramlarının şagirdlər tərəfindən səmərəli mənimsənilməsində çətinliklər yaradır, xüsusilə yuxarı siniflərdə həftəlik tədris yükünün artmasına səbəb olur. Nazirliyin cavabında o da vurğulanıb ki, 1-14 iyun tarixləri yaz fəslinə təsadüf etdiyindən iyun ayında dərslərin keçilməsi hava şəraiti baxımından çətinlik törətməyəcək. Səbəb kimi gətirilən arqumentlər içərisində beynəlxalq təcrübəyə istinad edilməsi də özünə yer alıb.

Mənim mövqeyimə gəlincə, Təhsil Nazirliyinin əsaslandırdığı arqumentləri, məsələnin səmərəli həlli baxımından kifayət qədər yetərli hesab etmirəm. Əvvəla şagirdlərin təlim yükünün azaldılmasını dərs günlərinin sayının artırılması hesabına deyil, təhsil proqramlarındakı ikinci, üçüncü dərəcəli qəliz və lazımsız materialların sıxışdırılması yolu ilə də həll etmək olardı. Digər tərəfdən dərs ilini sentyabrın 15-dən 1-nə çəkməklə də zəruri hesab olanan iki həftə bərpa edilə bilərdi. Bir də ki, təhsilin səmərə və keyfiyyətinin yüksəldilməsini onun müddətinin uzadılması ilə həll etmək nəinki yeganə yol, həm də o qədər də uğurlu variant deyil. Müddət təhsilin keyfiyyəti üçün heç də həmişə əvəzedilməz meyar sayıla bilməz. Məsələn, bızim 6 yaşdan uşağı məktəbə gödərməyimizə rəğmən dünya təhsilninə nümunə sayılan Finlandiyada uşaqları məktəbə 7 yaşdan göndərirlər və s.

Digər tərəfdən əgər beynəlxalq təcrübəni əsas götürürüksə dünyanın müxtəlif ölkələrində dərs ilinin başlama və başa çatması tarixləri ənənəvi olaraq iqlimdən və dərs yükündən asılı olmayaraq müxtəlifdir. Deyək ki, Rusiyada ənənəvi olaraq 1 sentyabr “Bilik günü”x9ddür. Məktəblilərin tətilə yollandığı tarix isə mayın 25-dir. Gürcstanda dərs ili sentyabrın 10-dan sonra gələn ilk bazar etrəsi günü başlayır. Belçikada,Çexiyada,Macarıstanda, İsraildə, Estoniyada dərs ili sentyabrın 1-i başlayır və müvafiq olaraq iyunun əvvəlinə, ortalarına və axırlarına kimi davam edir. İranda vəTürkiyədə də dərslər sentyabrda başlayıb, iyun ayında başa çatır.

Və yaxud Yaponiyada məktəblər aprelin 6-da açılır. Tədris ilinin yekunu növbəti ilin mart ayına təsadüf edir. Koreyada isə dərslər martda başlayır və dekabara qədər davam edir. Malayziyada məktəblər yanvarda, Çilidə,Kosta-Rikada isə fevralın sonları, yaxud martın əvvəllərində açılır. ABŞ-da da “Bilik günü”x9dnün konkret tarixi yoxdur. Ştatlar və yerli qanunverici orqanlar bunun üçün fərqli tarixlər seçirlər. Bir çox məktəblərdə “Bilik günü”x9d sentybar ayının ilk bazar ertəsi yaxud cümə axşamına təsadüf edir və s.

Nazirliyin “hava şəraiti baxımından çətinlik törədilməyəcəyi”x9d arqumentinə gəlincə isə hesab edirəm ki, iqlimlə əlaqədar elə də əsaslı fərq olmasa belə, burada psixoloji-fizioloji faktorların rolu böyükdür. Çünki, tempraturdan asılı olmayaraq iyun ayı insanlarda istilərin hələ qabaqda olması, sentyabr ayı isə artıq istilərin arxada qalması kimi assosiasiya olunur. Buna görə də belə bir əhval-ruhiyyəyə əsasən istəsək də, istəməsək də bu reallıqla hesablaşmalıyıq ki, artıq may ayının ortalarından məktəblərdə dərsə davamiyyət azalır. Burda insana xas olan harmonal və digər prosesləri də nəzərə almaq lazımdır. Bir də ki,uzun illərin ənənə amili də var. 1 sentyabrın ilk dərs ilinin başlanğıcı, bilik günü kimi yaddaşlardan silinməsi üçün keçdiyimiz dövr kifayət etmir. Xeyli müddən öncə “Əlifba”x9d dərsliyimizi “Ana dili”x9d dərsliyi ilə əvəz ediyimizə baxmayaraq məktəblərimiz bu gün də “Ana dili”x9d deyil, “Əlifba”x9d bayramı”x9d keçirməkdə davam edirlər. Heç olmasa bu baxımdan da olsa digər ənənələrimizə hörmət və sayğı ilə yanaşdığımız kimi təhsil ənənələrimizi də qoruyub saxlamağa çalışmalıyıq və buna borcluyuq.

“1 senyabr”x9d ənənəsinin nə vaxtsa yenidən bərpa olunacağını, gec-tez belə bir addımın atıla biləcəyini istisna etmirəm .Niyə də etməyək . Əgər Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında yay vaxtının tətbiq edilməsi haqqında”x9d 17 mart 1997-ci il tarixli qərarına əsasən, respublika ərazisində hər il mart ayının son bazar günü əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçid tətbiq edilmsi, oktyabr ayının son bazar günü isə əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilməsinə nəhayət son qoyuldusa, deməli hazırda mövcud olan belə bir qərar da ləğv edilə bilər. Hər halda növbəti səhvlərə bir daha yol verməmək üçün heç olmasa keçmiş səhvlərin aradan qaldırılması da bir qazancdır. Necə ki, təhsilə deyil, daha çox kommersiya məqsədlərinə xidmət edən və valideynlərə məcburi sırınan “İş dəftərləri”x9dnin məcburi olmaması barədə gec də olsa qərara gəldik. Necə ki, şagirdin dərsə gəlməməsinə görə valideynin 100 manat məbləğində cərimələnməsi bar”™d”™ absurd qərarı ləğv etdik və s. Nəhayət unutmayaq ki, təhsil ümumdövlət işi olmaqla yanaşı həm də ümumxalq işidir, ümummillı məsələdir. İctimai rəyi nəzərə almaq isə Ölkə başçısı tərəfindən təsdiq olunmuş “İctimai iştirakçılıq haqqında”x9d Qanunun başlıca tələblərindən biridir.

Nadir Israfilov
Tanınmış təhsil eksperti
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

77 yaşlı Puqaçova əlində əsa ilə - Foto

77 yaşlı Puqaçova əlində əsa ilə - Foto

“Srvena Zvezda”nın legioneri "Qarabağ"ın transfer HƏDƏFİNDƏ

“Srvena Zvezda”nın legioneri "Qarabağ"ın transfer HƏDƏFİNDƏ

Zabrat-Məhəmmədi arasındakı gölü kimlər qurudur? - Video+Fotolar

Zabrat-Məhəmmədi arasındakı gölü kimlər qurudur? - Video+Fotolar

Binalarda kombi quraşdırılmasına bu hallarda icazə veriləcək - QƏRAR

Binalarda kombi quraşdırılmasına bu hallarda icazə veriləcək - QƏRAR

Tale Heydərovun pullarını mənimsəməkdə ittiham olunan şəxsin vəsatəti TƏMİN EDİLDİ

Tale Heydərovun pullarını mənimsəməkdə ittiham olunan şəxsin vəsatəti TƏMİN EDİLDİ

Əli Əsədov Gürcüstanın Azərbaycandakı səfiri ilə GÖRÜŞDÜ

Əli Əsədov Gürcüstanın Azərbaycandakı səfiri ilə GÖRÜŞDÜ

Maksimum bal toplayan Emilyanın uğur SİRRİ – VİDEO

Maksimum bal toplayan Emilyanın uğur SİRRİ – VİDEO

MİQ imtahanında iştirak üçün ödənişin məbləği TƏSDİQLƏNDİ

MİQ imtahanında iştirak üçün ödənişin məbləği TƏSDİQLƏNDİ

Su altında qalan tarixi şəhər marağa səbəb oldu – FOTO/VİDEO

Su altında qalan tarixi şəhər marağa səbəb oldu – FOTO/VİDEO

Yol infrastrukturuna zərər vuran sürücü saxlanıldı – VİDEO

Yol infrastrukturuna zərər vuran sürücü saxlanıldı – VİDEO

Zelenski Səudiyyə Ərəbistanına getdi – VİDEO

Zelenski Səudiyyə Ərəbistanına getdi – VİDEO

AZAL-dan Naxçıvana səfər planlaşdıran sərnişinlərə MÜRACİƏT

AZAL-dan Naxçıvana səfər planlaşdıran sərnişinlərə MÜRACİƏT

ADY-dən ÇAĞIRIŞ: “Təhlükəyə addım atma!” - FOTO

ADY-dən ÇAĞIRIŞ: “Təhlükəyə addım atma!” - FOTO

ABŞ-da sinaqoqa hücum etmək istəyən 18 yaşlı qız SAXLANILDI – FOTO

ABŞ-da sinaqoqa hücum etmək istəyən 18 yaşlı qız SAXLANILDI – FOTO

Alman maşınları sevənlərə BƏD XƏBƏR – 2027-ci ilə qədər...

Alman maşınları sevənlərə BƏD XƏBƏR – 2027-ci ilə qədər...

Roma Papası: “Cibimdə Livanda ölən müsəlman uşağın şəklini daşıyıram...” – VİDEO

Roma Papası: “Cibimdə Livanda ölən müsəlman uşağın şəklini daşıyıram...” – VİDEO

16 yaşında görmə qabiliyyətini itirən şəxs Macarıstanda nazir təyin OLUNACAQ – FOTO

16 yaşında görmə qabiliyyətini itirən şəxs Macarıstanda nazir təyin OLUNACAQ – FOTO

Arvadının qızıllarını satıb, sevgilisi ilə TOY ETDİ

Arvadının qızıllarını satıb, sevgilisi ilə TOY ETDİ

"Yazıb ki, uşaqlıqda oxuduğun "Bayatı şiraz"dan başqa nə etmisən?"

"Yazıb ki, uşaqlıqda oxuduğun "Bayatı şiraz"dan başqa nə etmisən?"

Qazaxıstandan Mingəçevirə gəldi, arvadına mesaj yazan qonşusunu öldürdü

Qazaxıstandan Mingəçevirə gəldi, arvadına mesaj yazan qonşusunu öldürdü

Hörmüzə doğru yola çıxmışdı – Meymunun hücumuna MƏRUZ QALDI

Hörmüzə doğru yola çıxmışdı – Meymunun hücumuna MƏRUZ QALDI

Ukrayna müharibəsində azərbaycanlı avtoritet öldürüldü - FOTO

Ukrayna müharibəsində azərbaycanlı avtoritet öldürüldü - FOTO

ABŞ hücum edərsə, bu ölkəni vuracağıq - İran

ABŞ hücum edərsə, bu ölkəni vuracağıq - İran

Bu region üzrə ən yüksək balı o topladı - FOTO

Bu region üzrə ən yüksək balı o topladı - FOTO

End of content

No more pages to load

RADİO