"Aşıq Şəmşir Mədəniyyət Ocağı" qəhrəmanları unutmur...- FOTO

Azərbaycan Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Aşıq Şəmşir Mədəniyyət Ocağı" İctimai Birliyi "Uşaq və yeniyetmələrdə yaradıcı düşüncə tərzinin düzgün formalaşıdırlması və inkişaf etdirilməsi" layihəsi çərçivəsində növbəti tədbirini keçirib.

Bu dəfəki tədbir Azərbaycanın Milli Qəhrəmanı Şahlar Şükürovun xatirəsinə həsr olunub. "Qəhrəmanlar unudulmur" adlı mərasim elə şəhid adını daşıyan 35 saylı Kəlbəcər rayon tam orta məktəbində baş tutub.

Tədbirdə Filologiya üzrə Fəlsəfə doktoru,əməkdar jurnalist Adil Cəmil, yazıçı-publisist Hidayət Elvüsal, tanınmış şairlər- Zakir Fəxri, Mirsəyyaf Zamanlı, Milli qəhrəmanın bacısı Elmira Şükürova, Kəlbəcər Təhsil şöbəsinin əməkdaşları, ictimaiyyət nümayəndələri, ziyalılar və müəllim-şagird kollektivi iştirak edib.

Öncə Azərbaycanın Dövlət Himni səsləndirilib.

Tədbiri giriş sözü ilə "Aşıq Şəmşir"Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov açıb.O, layihə haqqında məlumat verərək bildirib ki,sabahın həqiqi Azərbaycan vətəndaşları olacaq böyüməkdə olan gənc nəslin istedad və yaradıcı qabiliyətlərini üzə çıxarıb düzgün axara istiqamətləndirmək hər birimizin borcudur. Bu gün dünyada gedən bir çox aldadıcı və sapdırıcı proseslər istedadlı uşaqları, yeniyetmələri öz zərərli təsiri altına sala bilir. Onların vətən,torpaq,doğma xalq düşüncəsindən uzaqlaşması, kosmopolit təfəkkür tərzinə yönələrək milli-tarixi kimliyinə arxa çevirməsi, mənsub olduğu xalqın taleyüklü probleminə göz yumub manqurtcasına laqeyd qalması dini radikalizməmeylin güclənməsi və bəzi antiazərbaycan təbliğat vasitələrinin hədəfidir. Ölkə prezidenti İlham Əliyevin həyata keçirdiyi genişmiqyaslı uğurlu siyasi-ideoloji fəaliyyət də uşaq və yeniyetmələrin, xüsusəndə yaradıcı istedada malik yeni nəslin düzgun istiqamətdə inkişaf etdirilməsi məsələsini daim diqqət önündə saxlayır. Layihənin əsas məqsədi uşaq və yeniyetmələrdə yaradıcı düşüncə tərzinin düzgün formalaşdırılması və inkişaf etdirilməsi üçün elmi və mədəni kütləvi tədbirlər  planı həyata keçirməkdir. Bugünki tədbirdə  də şagirdlər Milli qəhrəman Şahlar Şükürovun timsalında Azərbaycançılıq, vətənpərvərlik, milli-tarixi yaddaş, müstəqil dövlətçilik düşüncəsini əks etdirən uşaq rəsim sərgisi, uşaq musiqi ifaçılığı, bədii qiraət, şeir və səhnəçiklər göstərməklə və öz istedadlarını nümayiş etdirəcəklər.
   
Filologiya elimləri üzrə fəlsəfə doktoru, əməkdar jurnalist şair Adil Cəmil qeyd etdi ki, Azərbaycan xalqının erməni qaniçənləri ilə apardığı mübarizənin şərəf dolu səhifələri, qəhrəman övladlarımızın döyüş sücaətləri ilə bağlı tədbirlər həyata keçirilməsi olduqca vacib məsələdir. Bu tipli tədbirlərin bir istiqaməti də Milli Qəhramanlarımızın, igidlik göstərən mərd oğullarımızın həyat yolunun gənc nəsilə aşılanmasından ibarətdir.Milli qəhramanın bacısı Elmira Şükürova və tədbirə dəvət edilən digər qonaqlar--tanınmış şair Zakir Fəxri,Mirsəyyaf Zamanlı,İsmayıl Mərcanlı da doğum günü qeyd edilən Milli Qəhrəman Şahlar Şükürovun şərəfli həyat yolu haqqında tədbir iştirakçılarına məlumat veriblər.Həmçinin,Kəlbəcərin Millət vəkili Cavid Qurbanovun və tədbrin təşkilataçısı olan "Aşıq Şəmşir"Mədəniyyət Ocağı" İctimai Birliyinin bu qəbildən olan fəaliyyətini yüksək qiymətləndiriblər.
   
Daha sonra Milli qəhrəmanın adını daşıyan 35 saylı Kəlbəcər rayon tam orta məktəbinin şagirdləri Vətənpərvərlik ruhunda olan şeirləri və kompazisiyaları çox təsrili şəkildə ifa ediblər.Əsgər geyimində olan şagirdlər Aprel döyüşlərində qazandığımız hərbi uğurları öz qəhrəmanlıq mahnıları ilə mərasim iştirakçıları qarşısında mükəmmməl şəkildə nümayiş etdiriblər..Həmçinin,şagirdlərin vətənpərvərlik ruhunda çəkdikləri rəsmlər qonaqlar tərəfindən maraqla qarşılanıb.Tədbrin sonunda "Aşıq Şəmşir"Mədəniyyət Ocağı" İctimai Birliyi tərəfindən xüsusi istetedaı ilə fərqlənən şagird və müəllimlər sertfikatla təltif olunublar.

Xatırladaq ki, Şükürov Şahlar Əvəz oğlu 17 may 1952-ci ildə Kəlbəcər rayonunun Zülfüqarlı kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Xalq Təsərrüfatı İnstituna daxil olub. 1972-ci ildə təhsilini başa vuraraq, ordu sıralarına yollanıb. Ordudan təxris olunduqdan sonra Bakıda İslah Əmək müəssisələrinin birində işləyib. Daha sonra fəaliyyətini Ucar rayon daxili işlər Şöbəsində davam etdirib. 1986-cı ildə Rastov Ali Polis Akademiyasını bitirib. 1987-ci ildə Zərdab rayon DİŞ-də əməliyyat işləri üzrə rəis müavini vəzifəsinə təyin edilib. Polis mayoru rütbəsinə qədər yüksələn Ş.Şahlar 1990-cı ildə Tərtər-Kəlbəcər yolu ilə hərəkət edən maşın karvanı Ağdərə ərazisindən keçərkən düşmənin qəfil hücumu ilə qarşılaşır. Qeyri-bərabər döyüşdə qəhrəmanlıq nümayiş etdirərək, həlak olur. Bu qanlı hadisədə erməni cəlladları Klassik Aşıq Şerinin Ustadı Aşıq Şəmşirin qızı Çimnaz xanımı da qətlə yetirirlər.Azərbaycan Respublikasının Prezidentinin 264 saylı fərmanı ilə polis  mayoru Şükürov Şahlar Əvəz oğluna ölümundən sonra "Aərbaycan Milli Qəhrəmanı" adı verilib.Ailəli  idi. İki övladı yadigar qalıb. Kəlbəcər rayonunun Zülfüqarlı kəndində dəfn edilib. Zərdab rayonunda isə adına küçə var. 
  
Şahlar Şükürov kimi qəhramanlar hər zaman Azərbaycan gəncinə bir nümunədir.Azərbaycan dövləti bu gün öz qəhramanlarının xatirəsini əziz tutur, onların yaxınlarının bütün problemlərini yüksək səviyyədə həll edir.










© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakının bu ərazisində evlərin qiyməti BAHALAŞACAQ - AÇIQLAMA

Bakının bu ərazisində evlərin qiyməti BAHALAŞACAQ - AÇIQLAMA

Güləşçimiz Avropa çempionu oldu

Güləşçimiz Avropa çempionu oldu

Tramp Pakistana səfəri ləğv etməklə İRANA HÜCUMA hazırlaşır?

Tramp Pakistana səfəri ləğv etməklə İRANA HÜCUMA hazırlaşır?

Tanınmış müğənni onunla şəkil çəkdirmək istəyənləri səhnədən QOVDU - VİDEO

Tanınmış müğənni onunla şəkil çəkdirmək istəyənləri səhnədən QOVDU - VİDEO

Rus oliqarxın 500 milyonluq superyaxtası Hörmüzdən keçdi...

Rus oliqarxın 500 milyonluq superyaxtası Hörmüzdən keçdi...

Livana hücumlarda ölənlərin SAYI - Bu vaxta qədər...

Livana hücumlarda ölənlərin SAYI - Bu vaxta qədər...

Azərbaycan XİN Ukrayna ilə imzalanan saziş haqqında MƏLUMAT yaydı - FOTO

Azərbaycan XİN Ukrayna ilə imzalanan saziş haqqında MƏLUMAT yaydı - FOTO

Tramp son anda Uitkoff və Kuşnerin Pakistan səfərini LƏĞV ETDİ

Tramp son anda Uitkoff və Kuşnerin Pakistan səfərini LƏĞV ETDİ

Dahi sənətkarın işığına toplaşanlar: Musiqi və elm vəhdətdə - FOTOLAR

Dahi sənətkarın işığına toplaşanlar: Musiqi və elm vəhdətdə - FOTOLAR

İlham Əliyevin hesabında Zelenskinin Azərbaycana səfəri ilə bağlı VİDEOÇARX paylaşıldı

İlham Əliyevin hesabında Zelenskinin Azərbaycana səfəri ilə bağlı VİDEOÇARX paylaşıldı

"Neftçi" - "Qarabağ" matçının hakim təyinatları BƏLLİ OLDU

"Neftçi" - "Qarabağ" matçının hakim təyinatları BƏLLİ OLDU

Dünyada PORTAĞAL QITLIĞI yaşana bilər - Təhlükəli xəstəlik səbəbindən

Dünyada PORTAĞAL QITLIĞI yaşana bilər - Təhlükəli xəstəlik səbəbindən

Türkiyədə dronların idarə edilməsi üzrə MƏRKƏZLƏR yaradılır

Türkiyədə dronların idarə edilməsi üzrə MƏRKƏZLƏR yaradılır

BU məşhur İÇKİLƏR ağız xərçəngi yaradır

BU məşhur İÇKİLƏR ağız xərçəngi yaradır

Sibiqa Azərbaycanın Ukraynaya etdiyi YARDIMIN DƏYƏRİNİ açıqladı - FOTO

Sibiqa Azərbaycanın Ukraynaya etdiyi YARDIMIN DƏYƏRİNİ açıqladı - FOTO

İşğaldan azad edilmiş torpaqlarda ilk olimpiada QALİBİ

İşğaldan azad edilmiş torpaqlarda ilk olimpiada QALİBİ

İranın ABŞ hərbi bazalarına vurduğu maddi zərər MİLYARDLARLA DOLLARDIR

İranın ABŞ hərbi bazalarına vurduğu maddi zərər MİLYARDLARLA DOLLARDIR

Zelenski Rusiyanın gecə hücumundan sonra Qərbə səsləndi: "Sərt addımlar atın"

Zelenski Rusiyanın gecə hücumundan sonra Qərbə səsləndi: "Sərt addımlar atın"

Azərbaycan Ukraynaya 5 sərnişin avtobusu verdi - FOTO

Azərbaycan Ukraynaya 5 sərnişin avtobusu verdi - FOTO

Əməkdar artist futbol azarkeşi imiş

Əməkdar artist futbol azarkeşi imiş

Trampdan sonra kim prezident olacaq? - ADLAR

Trampdan sonra kim prezident olacaq? - ADLAR

Dünyada VAR, Bakıda YOXDUR – Metroda qoruyucu baryerlər quraşdırıla bilərmi?

Dünyada VAR, Bakıda YOXDUR – Metroda qoruyucu baryerlər quraşdırıla bilərmi?

İranda yanvar etirazlarının iştirakçısı EDAM EDİLİB

İranda yanvar etirazlarının iştirakçısı EDAM EDİLİB

Əraqçi İranın etibar etdiyi ölkəni AÇIQLAYIB

Əraqçi İranın etibar etdiyi ölkəni AÇIQLAYIB

End of content

No more pages to load

RADİO