Sevinc Fətəliyeva: “Mehriban Əliyeva insan hüquq və azadlıqlarının müdafiəsində yaxından iştirak edir”x9d
Bunu Moderator.az -a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, Yeni Azərbaycan Partiyasının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.
Onun sözlərinə görə, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevanın 28 May - Respublika Günü münasibəti ilə yeni amnistiya aktının qəbul olunması üçün Parlamentə müraciəti böyük humanist addımdır.
“Ölkənin birinci xanımı Mehriban xanım Əliyeva bu məsələ ilə bağlı artıq 4-cü dəfədir ki, Milli Məclisə müraciət edir və bu bir daha onun cəmiyyətdə insanpərvərlik və humanizm ideyalarının möhkəmlənməsi, eyni zamanda milli həmrəyliyin, birliyin yaranmasına əvəzsiz xidmətinin bariz göstəricisidir”x9d, - deyə millət vəkili vurğulayıb.
Azərbaycanın birinci xanımının müraciətini müdrik siyasi addım hesab edən S. Fətəliyeva əlavə edib ki, bu təşəbbüsün dövlətimizin bir daha nə qədər demokratik dəyərlərə söykənməsini göstərdiyini vurğulayıb. O deyib ki, Amnistiya aktının təxminən 10 min şəxsə şamil ediləcəyi gözlənilir. “O cümlədən 3500 məhkumun azadlıqdan məhrumetmə yerlərindən azad edilməsi nəzərdə tutulur”x9d- S. Fətəliyeva əlavə edib.
Millət vəkili onu da vurğulayıb ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın cəmiyyətimizin inkişafı üçün apardığı işlər ölkə vətəndaşlarının həyatın bütün sahələrində fəallığını daha da artırır və onlarda böyük ruh yükəskliyi yaradır:
“Məhz bunun nəticəsidir ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın irəli sürdüyü digər təşəbbüslər, təkliflər, ideyalar, həyata keçirdiyi layihələr kimi bu təşəbbüs də cəmiyyətdə çox böyük ruh yüksəkliyi ilə qarşılanıb.”x9d