Bürclər bu günə nə vəd edir?

Qoç - günün ilk yarısında tələskənliyə yol verməyin. Ünsiyyət çevrənizi süni şəkildə genişləndirməyin. Yeni obyektlər maraq oyada bilər. Aktiv olun, mənafelərinizin qulaqardına vurulmasına imkan verməyin.

Günün ikinci yarısında emosiyalara qapılmayın. İşlərinizin naminə layiq olmayan adamı tərifləməyn. Səfər və ya ezamiyyətə yollanmaq zərurəti yaranıbsa, yaxşı hazırlaşın.

Axşam saatlarında normal istirahət edin.

Buğa - yaxın ətrafınızdakı insanların əhvalından hali olun. Münaqişələri tez çözməyə çalışın. Kollektiv fəaliyyətdə xeyir var. Yaradıcılıq planlarını nəzərdən keçirin. Bəzi niyyətlərin təftişə ehtiyacı var. Romantik hisslərə qapılmayın.

İş yerində qayda yaradın, nizama nail olun. İşlərin həddən artıq olması sizdə stress yaratmasın. Hisslərinizi cilovlaya bilməsəniz, bəzi işlər yarımçıq qala bilər.

Günün ikinci yarısında yüksək enerji potensialınızdan yararlanaraq irəliləməyə can atın. İstənilən şəraitdə maraqlarınızı təmin edin.

Əkizlər - yaşam arealınızın genişləndirilməyə ehtiyacı var. İmkanlar və şanslar artır. Uzaq səfər sizi rutinlikdən ayıra bilər. Yaşamınızdakı digər məqamlarla bağlı stimula ehtiyacınız var.

Günün ikinci yarısıda yaxınlarınız və qohumlarınızın fikirlərini, mövqelərini nəzərə alın. Potensialınızı reallaşdırmağın yeni, fərqli yollarını arayın.

Mühüm işlərdən birinin öhdəsindən gələ bilmədiyinizi anlasanız, bacardığınız işi tamamlamağa tələsin. Yaradıcılıq üçün obyekt arayın. Ruhdan düşməyin.

Xərçəng - yaxın ətrafınızdakı insanların dediklərinə diqqətlə qulaq asın, amma bildiyiniz kimi hərəkət edin. Sizi maraqlandıran məsələ ilə bağlı söhbəti başa vurun. Tərəfdaş və ya şərikin razılığını almadan birgə işə başlamaq mümkün deyil.

Günün ikinci yarısında maraqlarla məqsədləri təftiş etmək olar.

Sizə təbəddülatlı təsir bağışlayan işlərdə tələsməyin. İntuisiyanız sizi aldatmayacaq. Ən mühüm işi seçib dürüst qərar qəbul edin. Maksimal uğur əldə edə biləcəyiniz sahələri müəyyənləşdirin.

Axşam saatlarında normal istirahət etməyə çalışın.

Şir - baş verənləri diqqətlə mşahidə edin. İnkişaf edən mövzunu dəqiqləşdirin, münaqişələrin qarşısını alın. Maraqlarınızın tam təminatı üçün yollar arayın. İmkanlarınız genişlənəcək. İşlərdə gecikmələrə və axsamalara yol verməyin.

Şəxsi maraqlarla fəaliyyətinizin tələblərini uyğunlaşdırmağa çalşıın.

Günün ikinci yarısında aktiv olun. Hansısa iş alınmazsa, qapını çırpıb getməyin. Axşam saatları sizdən fəhm və şərtlərin sayıq dəyərləndirilməsini tələb edir. Mümkün qədər çox yeni informasiya əldə etməyə can atın. Gün faydalar vəd edir.

Qız - yaxın gələcəklə bağlı planlaşdırma və proqnozlaşdırma üçün pis gün deyil. Vurnuxmaya qatılmayın. Mövcud situasiyanın nüanslarını anlamaqda sizə yardımçı ola biləcək insanlarla təmaslarda xeyir var. Yeni ideyalar formalaşacaq.

Günün ikinci yarısında resurslarınzı dəqiq qiymətləndirin, az sonra baş verə biləcək hadisələrdən heç olmasa birini təxminləməyə cəhd göstərin.

Gəlirləri artırmağın yollarını düşünün. Xırdalıqlara və detallara xüsusi fikir verin.

Axşam saatlarında yaxınlarınızla söhbət əsnasında gələcəyi müzakirə edin. Problemlərin həll yollarını birlikdə arayın.

Tərəzi - günün ilk yarısı paradoks, ya da tam əksinə - hansısa sirrin cavabını, tapmacanın açmasını, xəbərdarlığı vəd edir. İntuisiyanızın səsinə qulaq asın. Yarımçıq işi mütləq şəkildə başa vurun. Harasa yollanmalısınızsa, yola çıxın.

Dəyər verdiyiniz insanla münasibətlərdə fəaliyyət modelini dəyişmək olar.

Günün ikinci yarısında təfərrüatlarını tam müəyyənləşdirmədiyiniz yeniliyə başlamayın. Romantik hisslərdə sizə gərginlik vəd edən sədlər olacaq.

Ailə həyatında qarşılıqlı anlaşma olduqca mühüm amildir. Övladınız varsa, ona vaxt ayırmağı unutmayın.

Əqrəb - hisslərlə emosiyaların qəfil "partlayışı" zamanıdır. Aldığınız informasiya, eşitdiyiniz sözlər təəccüb, stress yarada bilər. İşlərinizdə irəliləməyə, yeni zirvələr fəth etməyə çalışın.

Xoş gün olsa da, bilavasitə iştirakınızı tələb edən ailə və məişət qayğıları olacaq. Ailə üzvləri, yaxınlarınızla münasibətlərinizi gərginləşdirməyin. Əks təqdirdə səs-küylü mübahisə ola bilər.

Axşam saatlarında qonaq getməyin. Vaxtınızı sakit ortamda keçirin.

Oxatan - kollektivin, yaxud da tərəfdaşların maraqlarını nəzərə alın. Hansısa iş dərhal alınmazsa, tələsməyin. Bir qədər durun, situasiyanı təhlil edin. Yeni şanslar və imkanlar yaranacaq. Çətinliklər, əsəblərin tarıma çəkilməsi də olacaq.

Günün ikinci yarısı diqqəti real işə cəmləməyə mane olan gərəksiz illüziyalarla vidalaşmaq üçün yaxşı zamandır. Yeni istiqamətdə ilk addımı atın.

Tərəddüd etməyin, amma fəaliyyətin nə cür mənfəət vəd etdiyini də anlamağa çalışın.

Axşam saatlarında şəxsi münasibətlərdə xoş anlar olacaq. Dostlarla vaxt keçirin, əylənin.

Oğlaq - gəlir mənbələrini artırmaq, yeni işlə məşğul olmaq üçün münasib zamandır. Amma bunun üçün emosiyaları unudaraq istənilən situasiyada liderliyi bacarmaq gərəkdir. Dəyər verdiyiniz, önəmli saydığınız əlaqələr və ya münasibətlərlə bağlı durum kəskinləşir. Ehtiyatlı olun, avantüralara qapılmayın.

Günün ikinci yarısında tələsməyin. Sağlam məntiq, hər şeyi ölçüb-biçmək bacarığı mümkün variantlar arasında ən yaxşısını seçməyə imkan verəcək.

Peşəkar fəaliyyət müstəvisində formalaşan çətinlikləri aradan qaldırın.

Gəlir şanslarını dəyərləndirin.

Dolça - macəra aramayın. Enerjinizi dürüst istiqamətə yönəldin, çətin situasiyada pərişan qalmayın. Bütün qapılar açıqdır. Amma tərəfdaş və ya şəriki yeni layihəyə cəlb etmək asan deyil. Arqumentlərdən yararlanın, təzyiqə, pressinqə əl atmayın. Şəxsi münasibətlərdə dramatik müzakirələr zamanıdır.

Günün ikinci yarısında heç bir səbəb olmadan mübahisə, münaqişə yaratmayın. Kompromisə meylli olun. İmkanlarınızı yeniləyə biləcək dəyişikliklərə fikir verin.

Axşam saatları gərgin dövrdür. Yanlışlığa yol verərək travma, stress riskini artırmayın.

Balıqlar - qayğılar və problemlər çox olsa da, nəticələr sizi sevindirəcək. Çətin işlərin nizamlanmasında intuisiyanıza güvənə bilərsiniz. Mövcud problemlərin qəfil, orijinal həllərini tapın. Uzun müddət bir yerdə qalmayın, aktiv olun.

Yazışma, informasiya axtarışı üçün münasib zamandır. Yaxşı məsləhət ala biləcəksiniz.

Günün ikinci yarısında nə qədər çox kiçik iş görsəniz, əhvalınız bir o qədər yaxşı olacaq.

Hisslərin yenilənməsi, əyləncə və ya alış-veriş üçün xərclərin artması istisna deyil. Axşam saatlarında səhhətinizin qayğısına qalın.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kredit götürmək istəyənlərin DİQQƏTİNƏ: Faizlər qalxa bilər

Kredit götürmək istəyənlərin DİQQƏTİNƏ: Faizlər qalxa bilər

Yaz gəldi, allergiyanız "oyandı"? - Qarşısını alan GÖYƏRTİ

Yaz gəldi, allergiyanız "oyandı"? - Qarşısını alan GÖYƏRTİ

Tikinti şirkətləri sakinləri gecə yuxusuna həsrət qoyub - VİDEO

Tikinti şirkətləri sakinləri gecə yuxusuna həsrət qoyub - VİDEO

İtaliyada xaos: Tovuzquşular şəhəri "işğal edib"

İtaliyada xaos: Tovuzquşular şəhəri "işğal edib"

Tualet kağızına görə boşanmaq istəyən cütlük - TƏFƏRRÜAT

Tualet kağızına görə boşanmaq istəyən cütlük - TƏFƏRRÜAT

Daşkəsənə yazda QAR YAĞDI - VİDEO

Daşkəsənə yazda QAR YAĞDI - VİDEO

Pulu ən yaxşı idarə edən 4 bürc: Maliyyə ustaları

Pulu ən yaxşı idarə edən 4 bürc: Maliyyə ustaları

Bakıda binanın liftlərinin detalları oğurlandı: Həmin hissələrin satışı ölkədə yoxdur - VİDEO

Bakıda binanın liftlərinin detalları oğurlandı: Həmin hissələrin satışı ölkədə yoxdur - VİDEO

İsrail əsgəri Livanda Məryəm ananın heykəlini təhqir etdi - FOTO

İsrail əsgəri Livanda Məryəm ananın heykəlini təhqir etdi - FOTO

Kuryerlərin haqqının azaldılması narazılığa səbəb olub - VİDEO

Kuryerlərin haqqının azaldılması narazılığa səbəb olub - VİDEO

Tramp ABŞ-İran memorandumunun imzalanması üçün VAXT təyin etdi

Tramp ABŞ-İran memorandumunun imzalanması üçün VAXT təyin etdi

Corcinanın 153 minlik çantası gündəm oldu - FOTO

Corcinanın 153 minlik çantası gündəm oldu - FOTO

“Yaxşı insanların ölümü də faydalı olur” - Asif həkimin qardaşı/VİDEO

“Yaxşı insanların ölümü də faydalı olur” - Asif həkimin qardaşı/VİDEO

Erməni tərcüməçi dünyasını dəyişdi: Türkiyə ilə danışıqlarda iştirak edirmiş...

Erməni tərcüməçi dünyasını dəyişdi: Türkiyə ilə danışıqlarda iştirak edirmiş...

Aygün Kazımova günlər sonra ilk dəfə SƏHNƏYƏ ÇIXDI - VİDEO

Aygün Kazımova günlər sonra ilk dəfə SƏHNƏYƏ ÇIXDI - VİDEO

Netanyahu ordunu hazırlıq vəziyyətinə gətirmək barədə ƏMR VERİB

Netanyahu ordunu hazırlıq vəziyyətinə gətirmək barədə ƏMR VERİB

Zaxarova xarici ölkələrə çağırış etdi: Diplomatlarınızı Kiyevdən çıxarın - VİDEO

Zaxarova xarici ölkələrə çağırış etdi: Diplomatlarınızı Kiyevdən çıxarın - VİDEO

Bu il ali təhsil müəssisələrinə neçə plan yeri ayrılacaq? - RƏSMİ/VİDEO

Bu il ali təhsil müəssisələrinə neçə plan yeri ayrılacaq? - RƏSMİ/VİDEO

Alça yedikdən sonra mütləq bunları edin - XƏBƏRDARLIQ

Alça yedikdən sonra mütləq bunları edin - XƏBƏRDARLIQ

Hörmüz boğazında qalan gəmilərin sayı AÇIQLANIB

Hörmüz boğazında qalan gəmilərin sayı AÇIQLANIB

Qəbiristanlıq yaxınlığında tapılan azyaşlının anası erkən evliliyin qurbanı olub: Dəhşətli faktlar - VİDEO

Qəbiristanlıq yaxınlığında tapılan azyaşlının anası erkən evliliyin qurbanı olub: Dəhşətli faktlar - VİDEO

Bosfor boğazında MANEƏ: gəmilərin hərəkəti dayandırıldı

Bosfor boğazında MANEƏ: gəmilərin hərəkəti dayandırıldı

Sabahdan dəfnə yarpağı yandırın: həyatınız dəyişəcək

Sabahdan dəfnə yarpağı yandırın: həyatınız dəyişəcək

“Arsenal” Arteta ilə danışıqlara başladı

“Arsenal” Arteta ilə danışıqlara başladı

End of content

No more pages to load

RADİO