FHN-in modul tipli xəstəxanasında nə baş verir? – “Büdcə kəsirdir”

Tanınmış təhsil eksperti Elçin Əfəndinin Facebook səhifəsindəki paylaşımı sosial medianın trendinə çevrilib və bir çox ölkə vətəndaşı buna münasibət bildirib.

Paylaşımda Fövqəladə Hallar Nazirliyinin modul tipli xəstəxanasında COVİD-19-la bağlı mübarizəyə cəlb olunmuş həkim və tibbi personalın əmək haqlarının verilmədiyi deyilir. 

Mövzunun aktuallığını nəzərə alaraq, bu xəbərin izinə düşmək qərarına gəldik və ekspertə şikayət məktubu göndərən, bu məsələnin ictimailəşməsini istəyən həkimlərin kimliyini araşdırdıq.

 

MÖVZU İLƏ BAĞLI:

Modul Tipli Hospitalın işçilərinin əməkhaqqı niyə verilmir? - FHN-dən açıqlama - VİDEO


İlk əlaqəni tibb bacısı Səbinə Paşayeva ilə yaratdıq.

O, saytımıza açıqlamasında faktı təsdiq edərək bildirdi ki, Fövqəladə Hallar Nazirliyinin modul tipli xəstəxanasında bir çox haqsızlıqlar var:

“Bizə geyimlər verilmirdi, məcburən öz uniformalarımızda çalışırdıq. Bu xəstəxanada çox oyunlardan çıxırdılar. Xüsusi geyimlərimizin olmaması bizim üçün çox təhlükəli idi.

Dekabr ayında bizim maaşlar aşağı salındı. Müqavilədə yazılan maaşları ala bilmədik. Tibb bacıları üçün əmək haqqı 1500 manat yazılmışdı, 1200 manata endirdilər.

Tək mənim yox, hamının maaşı aşağı salındı. Axırıncı dəfə də biz keçən ilin 25 dekabr tarixində maaş almışıq. Dekabr ayından isə 5 günümüzü kəsiblər. Yanvar ayının 23-də bizə məlumat verdilər ki, işdən azad olunursunuz. Tək mən yox, 600 nəfərə yaxın işçini oradan çıxardılar.

Müqaviləmizin bitməyinə iki gün qalmış dedilər ki, işdən azad olunacaqsınız. Hesab edirəm ki, işdən azad olunmağımızla bağlı bizə əvvəlcədən məlumat verməli idilər. Bizə ərizələrimizi təkid və məcburi şəkildə yazdırdılar”.

Sözügedən xəstəxanada xəstə baxıcısı olan Mehparə İmanova da yuxarıda adı çəkilən aqibətlə üzləşdiyini dedi:

 

“Mənim də 1102 manat əmək haqqım 700 manata endirildi. Müqavilə ilə bizim 8 saatlıq iş rejimimiz və 1 saat nahar fasiləmiz olmalı idi, lakin istirahətsiz və fasiləsiz  işləyirdik. Yanvar ayının 25-də əmək haqqı almalıydıq, lakin bir aydan çoxdur ki, ödənişlərimizi ala bilmirik”.


Tibbi Ərazi Bölmələri İdarə Birliyindən Bizim.Media-ya söylədilər ki, koronaviruslu xəstələri müalicə edən həkimlərin maaşlarının verilməsinə Fövqaladə Hallar Nazirliyi cavabdehdir.

Çünki modul tipli xəstəxana FHN-in nəzarətindədir. 

Fövqaladə Hallar Nazirliyindən isə bildirdilər ki, büdcə məsələlərinə görə maaşlar gecikir, daha ətraflı məlumatı sorğunuza cavab olaraq bildiriləcək.

Gülşanə Mustafayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kredit götürmək istəyənlərin DİQQƏTİNƏ: Faizlər qalxa bilər

Kredit götürmək istəyənlərin DİQQƏTİNƏ: Faizlər qalxa bilər

Yaz gəldi, allergiyanız "oyandı"? - Qarşısını alan GÖYƏRTİ

Yaz gəldi, allergiyanız "oyandı"? - Qarşısını alan GÖYƏRTİ

Tikinti şirkətləri sakinləri gecə yuxusuna həsrət qoyub - VİDEO

Tikinti şirkətləri sakinləri gecə yuxusuna həsrət qoyub - VİDEO

İtaliyada xaos: Tovuzquşular şəhəri "işğal edib"

İtaliyada xaos: Tovuzquşular şəhəri "işğal edib"

Tualet kağızına görə boşanmaq istəyən cütlük - TƏFƏRRÜAT

Tualet kağızına görə boşanmaq istəyən cütlük - TƏFƏRRÜAT

Daşkəsənə yazda QAR YAĞDI - VİDEO

Daşkəsənə yazda QAR YAĞDI - VİDEO

Pulu ən yaxşı idarə edən 4 bürc: Maliyyə ustaları

Pulu ən yaxşı idarə edən 4 bürc: Maliyyə ustaları

Bakıda binanın liftlərinin detalları oğurlandı: Həmin hissələrin satışı ölkədə yoxdur - VİDEO

Bakıda binanın liftlərinin detalları oğurlandı: Həmin hissələrin satışı ölkədə yoxdur - VİDEO

İsrail əsgəri Livanda Məryəm ananın heykəlini təhqir etdi - FOTO

İsrail əsgəri Livanda Məryəm ananın heykəlini təhqir etdi - FOTO

Kuryerlərin haqqının azaldılması narazılığa səbəb olub - VİDEO

Kuryerlərin haqqının azaldılması narazılığa səbəb olub - VİDEO

Tramp ABŞ-İran memorandumunun imzalanması üçün VAXT təyin etdi

Tramp ABŞ-İran memorandumunun imzalanması üçün VAXT təyin etdi

Corcinanın 153 minlik çantası gündəm oldu - FOTO

Corcinanın 153 minlik çantası gündəm oldu - FOTO

“Yaxşı insanların ölümü də faydalı olur” - Asif həkimin qardaşı/VİDEO

“Yaxşı insanların ölümü də faydalı olur” - Asif həkimin qardaşı/VİDEO

Erməni tərcüməçi dünyasını dəyişdi: Türkiyə ilə danışıqlarda iştirak edirmiş...

Erməni tərcüməçi dünyasını dəyişdi: Türkiyə ilə danışıqlarda iştirak edirmiş...

Aygün Kazımova günlər sonra ilk dəfə SƏHNƏYƏ ÇIXDI - VİDEO

Aygün Kazımova günlər sonra ilk dəfə SƏHNƏYƏ ÇIXDI - VİDEO

Netanyahu ordunu hazırlıq vəziyyətinə gətirmək barədə ƏMR VERİB

Netanyahu ordunu hazırlıq vəziyyətinə gətirmək barədə ƏMR VERİB

Zaxarova xarici ölkələrə çağırış etdi: Diplomatlarınızı Kiyevdən çıxarın - VİDEO

Zaxarova xarici ölkələrə çağırış etdi: Diplomatlarınızı Kiyevdən çıxarın - VİDEO

Bu il ali təhsil müəssisələrinə neçə plan yeri ayrılacaq? - RƏSMİ/VİDEO

Bu il ali təhsil müəssisələrinə neçə plan yeri ayrılacaq? - RƏSMİ/VİDEO

Alça yedikdən sonra mütləq bunları edin - XƏBƏRDARLIQ

Alça yedikdən sonra mütləq bunları edin - XƏBƏRDARLIQ

Hörmüz boğazında qalan gəmilərin sayı AÇIQLANIB

Hörmüz boğazında qalan gəmilərin sayı AÇIQLANIB

Qəbiristanlıq yaxınlığında tapılan azyaşlının anası erkən evliliyin qurbanı olub: Dəhşətli faktlar - VİDEO

Qəbiristanlıq yaxınlığında tapılan azyaşlının anası erkən evliliyin qurbanı olub: Dəhşətli faktlar - VİDEO

Bosfor boğazında MANEƏ: gəmilərin hərəkəti dayandırıldı

Bosfor boğazında MANEƏ: gəmilərin hərəkəti dayandırıldı

Sabahdan dəfnə yarpağı yandırın: həyatınız dəyişəcək

Sabahdan dəfnə yarpağı yandırın: həyatınız dəyişəcək

“Arsenal” Arteta ilə danışıqlara başladı

“Arsenal” Arteta ilə danışıqlara başladı

End of content

No more pages to load

RADİO