Məhkəmə marixuana kolu yetişdirdiyi üçün ötən ay həbs olunan İtaliya millisi və Juventus-un sabiq futbolçusu Luici Sartor barədə qərar verib.
Bizim.Media xəbər verir ki, 46 yaşlı veteran müdafiəçi 1 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmə qərarını dəyişməsə, Sartor keçmiş sevgilisinə qarşı pis rəftara görə 2015-ci ildə aldığı 9 aylıq şərti həbs cəzasını da çəkməli olacaq.
Qeyd edək ki, futbolçu karyerası ərzində yalnız İtaliya klublarının formasını geyinmiş Luici Sartor Juventus-la yanaşı, İnter və Roma kimi məşhur komandalarda da çıxış edib. O, yığmada 2 oyun keçirib. (goal.az)
Bizim.Media
