Bakıda ödəmə terminalı oğurlandı - ANBAAN GÖRÜNTÜLƏR - VİDEO

Binəqədi rayonu ərazisində yerləşən marketlərdən birində quraşdırılan içərisində 3953 manat pul vəsaiti olan “E-manat” ödəmə terminalı naməlum şəxslər tərəfindən oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, hadisə barədə ərazi üzrə Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 6-cı Polis Bölməsinə (PB) məlumat daxil olan kimi cinayəti törədən şəxslərin axtarışlarına başlanılıb.

Qısa zamanda “isti” izlərlə həyata keçirilən əməliyyat nəticəsində ödəmə terminalını oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuşlar Məmməd Kazımov və Emil Həmzəyev saxlanılıblar.  

Araşdırma zamanı müəyyən edilib k, bu şəxslər oğurluğa M.Kazımovun idarə etdiyi “VAZ-21011” markalı avtomobillə gediblər.

Hadisədən əvvəl onlar avtomobilin dövlət qeydiyyat nişanı dəyişdirmək üçün Sabunçu rayonunda başqa bir “Chevrolet” markalı nəqliyyat vasitəsinin nömrələrini oğurlayıblar.

Daha sonra idarə etdikləri avtomobilə həmin dövlət qeydiyyat nişanlarını bağlayaraq Binəqədi rayonunda qeyd edilən oğurluq hadisəsini törədiblər.

M.Kazımov və E.Həmzəyev ödəmə terminalını Masazır qəsəbəsi ərazisində yerləşən qəbirstanlığın ərazisində qıraraq içərisində olan pulu ələ keçiriblər.

E.Həmzəyev hadisədən sonra oğurlanan pulun bir qismi ilə özünə məxsus “Khazar” markalı avtomobilin kredit borcunu ödəyib.

Qeyd edək ki, saxlanılan şəxslərin marketdən ödəmə terminalını oğurladığı anlar müşahidə kameraları vasitəsi ilə anbaan qeydə alınıb.

Bu şəxslərin ətraflarında araşdırma aparılan zaman onların elə həmin gün Nəsimi rayonunda yerləşən mağazalardan birindən 400 manat oğurladıqları məlum olub.

Faktla bağlı 6-cı Polis Bölməsində saxlanılan şəxslər barəsində toplanan materiallar Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.

M.Kazımov və E.Həmzəyevin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis idarə, şöbə, habelə DİN-in “102” Zəng Mərkəzi  ilə əlaqə saxlayaraq məlumat verə bilərlər.

Bizim.Media
 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tikinti şirkətləri sakinləri gecə yuxusuna həsrət qoyub - VİDEO

Tikinti şirkətləri sakinləri gecə yuxusuna həsrət qoyub - VİDEO

İtaliyada xaos: Tovuzquşular şəhəri "işğal edib"

İtaliyada xaos: Tovuzquşular şəhəri "işğal edib"

Tualet kağızına görə boşanmaq istəyən cütlük - TƏFƏRRÜAT

Tualet kağızına görə boşanmaq istəyən cütlük - TƏFƏRRÜAT

Daşkəsənə yazda QAR YAĞDI - VİDEO

Daşkəsənə yazda QAR YAĞDI - VİDEO

Pulu ən yaxşı idarə edən 4 bürc: Maliyyə ustaları

Pulu ən yaxşı idarə edən 4 bürc: Maliyyə ustaları

Bakıda binanın liftlərinin detalları oğurlandı: Həmin hissələrin satışı ölkədə yoxdur - VİDEO

Bakıda binanın liftlərinin detalları oğurlandı: Həmin hissələrin satışı ölkədə yoxdur - VİDEO

İsrail əsgəri Livanda Məryəm ananın heykəlini təhqir etdi - FOTO

İsrail əsgəri Livanda Məryəm ananın heykəlini təhqir etdi - FOTO

Kuryerlərin haqqının azaldılması narazılığa səbəb olub - VİDEO

Kuryerlərin haqqının azaldılması narazılığa səbəb olub - VİDEO

Tramp ABŞ-İran memorandumunun imzalanması üçün VAXT təyin etdi

Tramp ABŞ-İran memorandumunun imzalanması üçün VAXT təyin etdi

Corcinanın 153 minlik çantası gündəm oldu - FOTO

Corcinanın 153 minlik çantası gündəm oldu - FOTO

“Yaxşı insanların ölümü də faydalı olur” - Asif həkimin qardaşı/VİDEO

“Yaxşı insanların ölümü də faydalı olur” - Asif həkimin qardaşı/VİDEO

Erməni tərcüməçi dünyasını dəyişdi: Türkiyə ilə danışıqlarda iştirak edirmiş...

Erməni tərcüməçi dünyasını dəyişdi: Türkiyə ilə danışıqlarda iştirak edirmiş...

Aygün Kazımova günlər sonra ilk dəfə SƏHNƏYƏ ÇIXDI - VİDEO

Aygün Kazımova günlər sonra ilk dəfə SƏHNƏYƏ ÇIXDI - VİDEO

Netanyahu ordunu hazırlıq vəziyyətinə gətirmək barədə ƏMR VERİB

Netanyahu ordunu hazırlıq vəziyyətinə gətirmək barədə ƏMR VERİB

Zaxarova xarici ölkələrə çağırış etdi: Diplomatlarınızı Kiyevdən çıxarın - VİDEO

Zaxarova xarici ölkələrə çağırış etdi: Diplomatlarınızı Kiyevdən çıxarın - VİDEO

Bu il ali təhsil müəssisələrinə neçə plan yeri ayrılacaq? - RƏSMİ/VİDEO

Bu il ali təhsil müəssisələrinə neçə plan yeri ayrılacaq? - RƏSMİ/VİDEO

Alça yedikdən sonra mütləq bunları edin - XƏBƏRDARLIQ

Alça yedikdən sonra mütləq bunları edin - XƏBƏRDARLIQ

Hörmüz boğazında qalan gəmilərin sayı AÇIQLANIB

Hörmüz boğazında qalan gəmilərin sayı AÇIQLANIB

Qəbiristanlıq yaxınlığında tapılan azyaşlının anası erkən evliliyin qurbanı olub: Dəhşətli faktlar - VİDEO

Qəbiristanlıq yaxınlığında tapılan azyaşlının anası erkən evliliyin qurbanı olub: Dəhşətli faktlar - VİDEO

Bosfor boğazında MANEƏ: gəmilərin hərəkəti dayandırıldı

Bosfor boğazında MANEƏ: gəmilərin hərəkəti dayandırıldı

Sabahdan dəfnə yarpağı yandırın: həyatınız dəyişəcək

Sabahdan dəfnə yarpağı yandırın: həyatınız dəyişəcək

“Arsenal” Arteta ilə danışıqlara başladı

“Arsenal” Arteta ilə danışıqlara başladı

Rəsmi Bakıdan Parisə CAVAB: İddiaları qətiyyətlə rədd edirik

Rəsmi Bakıdan Parisə CAVAB: İddiaları qətiyyətlə rədd edirik

Netanyahu: Trampla hər gün danışıram...

Netanyahu: Trampla hər gün danışıram...

End of content

No more pages to load

RADİO