Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə nazirliyin rəsmi Facebook səhifəsinin adından vətəndaşa xoşagəlməz rəy yazılması ilə bağlı iddiaya açıqlama verib.
Bizim.Media-ya DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, sosial şəbəkələrdə yayılan foto montajdır.
Qeyd edək ki, sosial şəbəkələrdə DİN-in rəsmi hesabından vətəndaşa “bir öz vidinə bax, sonra nəsə yaz” yazılması iddiası ilə foto paylaşılıb.
Bizim.Media
