Bakıda küçədə azyaşlı uşaq tapılıb.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Azərbaycan Uşaqları İctimai Birliyinin sədri Kəmalə Ağazadə yayıb.
O, Facebook səhifəsində belə yazıb:
“Bir az öncə Xətai rayonu, Naximov tərəfdə təxminən 4 yaşlı qızcığazı polis əməkdaşları aşkarlayıb və sığınacağımıza gətirib. Uşaq polislərə adını Nərgiz deyib. Dediyinə görə anası qoyub küçədə və maşına minib gedib”.
Kəmalə Ağazadə “Tanıyan varmı?” deyə hər kəsə səslənib və maksimum paylaşmağı xahiş edib.
Bizim.Media
