Şuşa yadıma düşür...

Mən Şuşada doğulmamışam və orada böyüməmişəm. Ancaq Şuşada çox olmuşam. Universitet tələbəsi olarkən iki aya yaxın “Şuşa”x9d qəzetində təcrübə keçmişəm. Elə əslində Şuşanı da o zaman ətraflı tanıdım. Muzeylərindən, Cıdır düzündən, İsa bulağından yazılar yazdım və bu yerlərə qəlbən bağlandım.
xa0 xa0 xa0
Şuşa işğal ediləndə dözə bilmədim. Bir neçə dostumla Şuşanın yaxınlığına gedib, “Şuşikənd”x9ddən ağrılı bir halda o qədim və gözəl şəhərə boylandıq. Lakin Şuşaya bir köməklik göstərə bilmədik.
xa0 xa0 xa0
Şuşa haqqında ilk söhbəti qoca nənəmdən eşitmişdim. Nənəm həmişə atası Əhmədxan kişinin böyük həvəslə Şuşa xatirələrini danışdığını söyləyərdi (nənəmin atası Əhmədxan kişi yaxşı bənna olmuşdu və o, həm İranda, həm də Şuşada evlər tikmişdi). Əhmədxan kişi Şuşa xatirələrini danışarkən xoş bir avazla da oxuyarmış.
xa0 xa0 xa0 xa0
Bu, mənim Şuşa haqqında ilk bilgilərim idi. Sonralar öyrəndim ki, kəndimizin bəyi olmuş Cavad bəy, onun atası Əbdülsəməd bəy də əslən Şuşalı olmuşlar. Çar Rusiyasının işğalından sonra İbrahim xanın qohumlarının bir qismini Ordubada, bir qismini də bizim Zəngilana göndərib, orada yaşamağa məcbur etmişdilər. Əbdülsəməd bəyin şeirləri kənd camaatının dillər əzbəri olmuşdu. Onun həyat yoldaşı Şirinbəyim xanımın gözəl qarmon çalmağını isə qoca nənəm də görmüşdü və hərdən mənə bu haqda danışardı.
Şuşa şeir, musiqi beşiyi idi. O havanı udan insanlar mütləq zövqlü və musiqi mədəniyyətinə bağlı olurdular.Sonra orta məktəbdə 10-cu sinifdə oxuyanda məktəb yoldaşlarımızla Şuşaya getdik və bu gözəl şəhərlə tanış olduq.
xa0 xa0 xa0 xa0
Şuşanı növbəti dəfə 1982-ci ildə gördüm. “Şuşa”x9d qəzetində təcrübə keçməyə göndərilmişdim. Qəribə bir həvəslə bu gözəl şəhəri gəzirdim, seyr edirdim. Şuşanın hər qarışı mənə doğma gəlirdi. Sanki bu torpaqda böyümüşdüm və getdikcə bir həqiqətin şahidinə çevrilirdim: Şuşanın hər evi, hər guşəsi bir tarixdir, xalqımızın yaşayan tarixi.
xa0 xa0 xa0 xa0
Bir dəfə Şuşalı mühasib Mikayıl kişi bizi evinə qonaq aparmışdı. Oturub yenicə çay içmişdik ki, Mikayıl kişi dedi: “Bax, Sizin oturduğunuz bu ev müğənni Cabbar Qaryağdıoğlunundur”x9d.
xa0 xa0 xa0 xa0
Şuşada hər getdiyin evdə bir maraqlı tarix yaşayırdı. Üzeyir Hacıbəylinin, Ceyhun Hacıbəylinin, Əhməd Ağaoğlunun, Əbdürrəhim bəy Haqverdiyevin, Yusif Vəzir Çəmənzəminlinin, Bülbülün, Natəvanın nəfəsini yaşadan yerlər çox idi Şuşada.
xa0 xa0 xa0 xa0
Şuşa gözəl idi və çox gözəl idi. Ağsaçlı Fazil kişi bir gün bizi çox qəribə yerə qonaq apardı. Şuşanın lap yuxarı məhəlləsində - “Turbaza”x9d deyilən yerin arxasında hündür dağlar vardı. Axşam qaranlığı yenicə düşməyə başlayanda biz dayanıb oradan Şuşaya baxırdıq. Şuşa necə gözəl və əsrarəngiz görünürdü. Mən hələ də dünyanın heç yerində elə gözəl axşamlar görməmişdim.
xa0 xa0 xa0 xa0
Fazil kişi orada bizi bir sınağa da çəkdi. Yeməksiz, xörəksiz zoğal ilə zoğal arağı içdik. O axşam sərinindəki zoğalın da dadı və xoş əhvalı başqa idi.
Adətən səhər saat 8-10 radələrində Cıdır düzünə tələsirdik. Bu zamanlar qəribə, özü də qar kimi ağ rəngdə duman topaları adamı bürüyürdü. İnsan özünü sanki bir ağ libas geyinmiş kimi hiss edirdi. Az keçməmiş duman çəkilir, parlaq günəş şəfəqləri üstümüzə səpilirdi.
xa0 xa0 xa0 xa0xa0
Şuşa necə gözəl idi!
Bir dəfə Bakıdan tanınmış şair Tofiq Bayram redaksiyaya gəlmişdi. Axşam Baş redaktor Mütəllim müəllim redaksiya işçilərini və bizi də Cıdır düzünə istirahətə dəvət etdi. O Cıdır düzündəki Şuşa gecəsi necə gözəl idi. Bu gözəllikdən və təmiz havadan ilhama gələn Tofiq Bayram gəltanlı və bir az da xırıltılı xoş səsi ilə maraqlı şeirlər söyləyirdi. Və düşünürdüm ki, Şuşanın əsl mayası elə sözlə, musiqi ilə yoğrulmayıbmı? Vaqifin, Natəvanın, Nəvvabın, Zakirin söz sənəti bu yerlərdən qidalanmayıbmı?
xa0 xa0 xa0 xa0 xa0 xa0xa0
Sözlü, musiqili Şuşanı unutmaq çox çətindir.
xa0 xa0 xa0 xa0 xa0xa0
Yaşadığımız yerin ”“ “Turbaza”x9dnın yanından bir yol ”“ “İsa bulağı”x9dna çıxırdı. Yadımdadır ki, hər səhər, hələ günəş çıxmamışdan 105 yaşlı Mürsəl kişi əlində qaval piyada “İsa bulağı”x9dna gedirdi. Və ömrünün sonlarına qədər də Şuşanın o saf və təmiz havası ona oxumağa səs verdi, güc-qüvvət verdi.
xa0 xa0 xa0 xa0xa0
Şuşalılar çox səmimi, mehriban və mənə elə gəlirdi ki, həm də aristokrat insanlar idi. Başqa cür ola da bilməzdi. Axı Şuşa qədim mədəniyyət mərkəzi idi. “Qarabağ”x9d mehmanxanasının qarşısındakı parkda bir skamya vardı. Hamı deyirdi ki, bu skamyada Xan Şuşinski gəlib əyləşərmiş.
xa0 xa0 xa0 xa0 xa0xa0
Zaman keçir, dövr keçir, Şuşa xatirələrdə yaşayan bir şəhərə çevrilir. Şuşa haqqında yazmaq və xatirələri yada salmaq isə çox çətin olur.
S. Ağaoğlu qeyd edir ki, babamızdan (atamızdan) ”“ Əhməd bəy Ağaoğludan soruşduq ki, nə üçün Şuşa haqqında xatirələrini yazmırsan? İstanbulda ömrünün son illərini yaşayan Əhməd bəy oğluna belə cavab vermişdi: “O xatirələrə toxuna bilmirəm, mənim üçün çox ağır olur”x9d.Sankt-Peterburqda və Fransada Sorbona Universitetlərində oxumuş, Azərbaycan və Türkiyə Parlamentinin üzvü olmuş, “İrşad”x9d qəzetini açmış, “Difai”x9d təşkilatını yaradıb ermənilərin törətdikləri soyqırımın qarşısını almış, Atatürkün həm də silahdaşı olmuş qorxmaz və cəsur Ə. Ağaoğlu Şuşanı xatırlamağa bir qorxu hissi keçirirdi.
xa0 xa0 xa0 xa0xa0
Eyni kədərli “qorxunu”x9d Ceyhun Hacıbəylinin də yazılarında duyurdum.
Və bir gün özüm də Şuşadan yazmaq istəyəndə qəribə qorxu hisslərinə büründüm. Bu hisslərin insanı nə üçün əhatə etdiyini deyə bilməsəm də, bunun çox sıxıntılı olması qənaətindəyəm. Bilmirəm bu Vətən sevgisidir, yurd ağrısıdır (Şuşa elə hamımızın Vətəni deyilmi?), yoxsa itirdiyimiz və bu gün düşmən tapdağında qalan torpağın bizə verdiyi xəcalət hissidir? Deyə bilmirəm.
xa0 xa0 xa0 xa0
Amma Şuşa yadıma düşür! Çox yadıma düşür! Və Şuşanı unuda bilmirəm

Nəsiman Yaqublu, tanınmış tarixçi alim
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Elşən Türkiyədə seriala çəkilir – FOTO

Elşən Türkiyədə seriala çəkilir – FOTO

Onlayn formada xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ - VİDEO

Onlayn formada xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ - VİDEO

Halandın qeyri-adi qidalanma proqramı: Gündə 6 min kalori qəbul edir – FOTO

Halandın qeyri-adi qidalanma proqramı: Gündə 6 min kalori qəbul edir – FOTO

BÜRCLƏR bu günə nə deyir?

BÜRCLƏR bu günə nə deyir?

Ruzanna Məmmədova Avropa çempionu oldu

Ruzanna Məmmədova Avropa çempionu oldu

Puqaçova milyonluq mənzilini 1 dollara SATDI

Puqaçova milyonluq mənzilini 1 dollara SATDI

Azərbaycanlıların idarə etdiyi daha bir gəmi vuruldu - VİDEO

Azərbaycanlıların idarə etdiyi daha bir gəmi vuruldu - VİDEO

Şahbaz Şərifdən İrana diplomatik dəstək: “Hazırıq!”

Şahbaz Şərifdən İrana diplomatik dəstək: “Hazırıq!”

İngilis hakimlər niyə Argentinanın oyunlarına təyin olunmur?

İngilis hakimlər niyə Argentinanın oyunlarına təyin olunmur?

Qalibaf: “İran heç vaxt təslim olmayacaq!”

Qalibaf: “İran heç vaxt təslim olmayacaq!”

Azərbaycan Meksika ilə dostluq əlaqələrini möhkəmləndirir - FOTO

Azərbaycan Meksika ilə dostluq əlaqələrini möhkəmləndirir - FOTO

Əraqçi Hörmüz boğazının müzakirəsi üçün Omana gedir

Əraqçi Hörmüz boğazının müzakirəsi üçün Omana gedir

ABŞ İrana qarşı yeni sanksiyalar TƏTBİQ ETDİ

ABŞ İrana qarşı yeni sanksiyalar TƏTBİQ ETDİ

40 il 5 ulduzlu otellərdə pulsuz LÜKS HƏYAT yaşadı

40 il 5 ulduzlu otellərdə pulsuz LÜKS HƏYAT yaşadı

Vuçiç yenə istefa verəcəyi gündən DANIŞDI

Vuçiç yenə istefa verəcəyi gündən DANIŞDI

Turistlər bu ölkədə istidən ölürlər

Turistlər bu ölkədə istidən ölürlər

“Neftçi” Serbiya klubunu məğlub etdi - VİDEO

“Neftçi” Serbiya klubunu məğlub etdi - VİDEO

Ucarda yeniyetmə su arxında boğuldu

Ucarda yeniyetmə su arxında boğuldu

Venesuelada yenidən ZƏLZƏLƏ OLDU

Venesuelada yenidən ZƏLZƏLƏ OLDU

Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

Kapitan millidəki karyerasını başa vurdu

Kapitan millidəki karyerasını başa vurdu

Tramp: "Mənə sui-qəsd olarsa, İranı yer üzündən silin"

Tramp: "Mənə sui-qəsd olarsa, İranı yer üzündən silin"

İran ABŞ ilə danışıqlar xəbərini TƏKZİB ETDİ

İran ABŞ ilə danışıqlar xəbərini TƏKZİB ETDİ

ABŞ və İran arasında vasitəçilik edən Qətər nümayəndələri Tehrana getdi

ABŞ və İran arasında vasitəçilik edən Qətər nümayəndələri Tehrana getdi

End of content

No more pages to load

RADİO