Dələduz “general” azadlığa çıxdı – Bakıda

Nərimanov Rayon Məhkəməsində beynəlxalq təşkilatda işlədiyini deyən saxta general-mayor Firdovsi Ələkbərovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Bizim.Media xəbər verir ki, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmə onun barəsində irəli sürülən Cinayət Məcəlləsinin 320.1-ci (saxta sənəd hazırlama və satma) maddəsisinin sübuta yetirilmədiyi qənaətinə gəlib.

Hökmə əsasən, bu maddə üzrə ona bəraət verilib və F.Ələkbərova 1 il 1 ay 14 gün azadlığın məhdudlaşdırılması cəzası təyin edib. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi onun şikayətini qismən təmin edib və 2 min manat cərimə edilib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumata əsasən, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Nərimanov Rayon Polis İdarəsi əməkdaşları tərəfindən birgə həyata keçirilən əməliyyat tədbiri nəticəsində insanların etibarından sui-istifadə edərək dələduzluq yolu ilə onları aldadan şəxs saxlanılıb.

Belə ki, paytaxt sakini, əvvəllər dəfələrlə məhkum olunmuş F.Ələkbərov general formasında özünü İnsan Hüquqlarının Müdafiəsi üzrə Beynəlxalq Komitə adlı (İnternational Human Rights Defence Committee) beynəlxalq təşkilatın Paris Departamenitinin Mərkəzi Asiya Layihəsi üzrə rəhbəri kimi təqdim edib təşkilat tərəfindən ona general rütbəsi verildiyini deyərək insanları buna inandırıb.

Daha sonra o, ayrı-ayrı zərərçəkənləri təşkilatın Azərbaycan nümayəndəliyində rəhbər vəzifələrə təyin etdirəcəyini, onlara general, polkovnik və digər rütbələr, həmçinin diplomatik pasport, eləcə də təşkilatın nişanının veriləcəyini deyərək onları aldadıb.

Bu üsulla F.Ələkbərov zərərçəkənlər İ.Ağayevdən 24976 manat, T.Musayevdən 3000 manat və E.Axundzadədən 6000 manat pulu dələduzluq yolu olaraq ələ keçirib.

Əvəzində isə zərərçəkmiş şəxslərə həmin təşkilatın adından qanunsuz hazırlanmış saxta diplomatik pasport, saxta vəsiqə və digər saxta sənədlər satıb.

F.Ələkbərovun Nəsimi rayonunda yerləşən ofisinə baxış zamanı təşkilatın adından qanunsuz hazırlanmış özünə aid saxta diplomatik pasport, saxta xidməti vəsiqə, müxtəlif saxta sənədlər, iki dəst general forması və digər madi sübutlar aşkar edilərək götürülüb.

Qeyd edək ki, F.Ələkbərov zərərçəkənlərdə inam yaratmaq məqsədi ilə müxtəlif sosial şəbəkələrdə səhifələr yaradaraq general formasında şəkillərini də paylaşıb.

Faktla bağlı Baş İdarədə F.Ələkbərov barəsində Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq) və 320.1 (saxta sənəd hazırlama və satma) maddələri ilə cinayət işi başlanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Daşkəsənə yazda QAR YAĞDI - VİDEO

Daşkəsənə yazda QAR YAĞDI - VİDEO

Pulu ən yaxşı idarə edən 4 bürc: Maliyyə ustaları

Pulu ən yaxşı idarə edən 4 bürc: Maliyyə ustaları

Bakıda binanın liftlərinin detalları oğurlandı: Həmin hissələrin satışı ölkədə yoxdur - VİDEO

Bakıda binanın liftlərinin detalları oğurlandı: Həmin hissələrin satışı ölkədə yoxdur - VİDEO

İsrail əsgəri Livanda Məryəm ananın heykəlini təhqir etdi - FOTO

İsrail əsgəri Livanda Məryəm ananın heykəlini təhqir etdi - FOTO

Kuryerlərin haqqının azaldılması narazılığa səbəb olub - VİDEO

Kuryerlərin haqqının azaldılması narazılığa səbəb olub - VİDEO

Tramp ABŞ-İran memorandumunun imzalanması üçün VAXT təyin etdi

Tramp ABŞ-İran memorandumunun imzalanması üçün VAXT təyin etdi

Corcinanın 153 minlik çantası gündəm oldu - FOTO

Corcinanın 153 minlik çantası gündəm oldu - FOTO

“Yaxşı insanların ölümü də faydalı olur” - Asif həkimin qardaşı/VİDEO

“Yaxşı insanların ölümü də faydalı olur” - Asif həkimin qardaşı/VİDEO

Erməni tərcüməçi dünyasını dəyişdi: Türkiyə ilə danışıqlarda iştirak edirmiş...

Erməni tərcüməçi dünyasını dəyişdi: Türkiyə ilə danışıqlarda iştirak edirmiş...

Aygün Kazımova günlər sonra ilk dəfə SƏHNƏYƏ ÇIXDI - VİDEO

Aygün Kazımova günlər sonra ilk dəfə SƏHNƏYƏ ÇIXDI - VİDEO

Netanyahu ordunu hazırlıq vəziyyətinə gətirmək barədə ƏMR VERİB

Netanyahu ordunu hazırlıq vəziyyətinə gətirmək barədə ƏMR VERİB

Zaxarova xarici ölkələrə çağırış etdi: Diplomatlarınızı Kiyevdən çıxarın - VİDEO

Zaxarova xarici ölkələrə çağırış etdi: Diplomatlarınızı Kiyevdən çıxarın - VİDEO

Bu il ali təhsil müəssisələrinə neçə plan yeri ayrılacaq? - RƏSMİ/VİDEO

Bu il ali təhsil müəssisələrinə neçə plan yeri ayrılacaq? - RƏSMİ/VİDEO

Alça yedikdən sonra mütləq bunları edin - XƏBƏRDARLIQ

Alça yedikdən sonra mütləq bunları edin - XƏBƏRDARLIQ

Hörmüz boğazında qalan gəmilərin sayı AÇIQLANIB

Hörmüz boğazında qalan gəmilərin sayı AÇIQLANIB

Qəbiristanlıq yaxınlığında tapılan azyaşlının anası erkən evliliyin qurbanı olub: Dəhşətli faktlar - VİDEO

Qəbiristanlıq yaxınlığında tapılan azyaşlının anası erkən evliliyin qurbanı olub: Dəhşətli faktlar - VİDEO

Bosfor boğazında MANEƏ: gəmilərin hərəkəti dayandırıldı

Bosfor boğazında MANEƏ: gəmilərin hərəkəti dayandırıldı

Sabahdan dəfnə yarpağı yandırın: həyatınız dəyişəcək

Sabahdan dəfnə yarpağı yandırın: həyatınız dəyişəcək

“Arsenal” Arteta ilə danışıqlara başladı

“Arsenal” Arteta ilə danışıqlara başladı

Rəsmi Bakıdan Parisə CAVAB: İddiaları qətiyyətlə rədd edirik

Rəsmi Bakıdan Parisə CAVAB: İddiaları qətiyyətlə rədd edirik

Netanyahu: Trampla hər gün danışıram...

Netanyahu: Trampla hər gün danışıram...

Sarkozi elektron qolbaqdan da AZAD EDİLDİ

Sarkozi elektron qolbaqdan da AZAD EDİLDİ

“Liverpul”un qapıçısı “Yuventus”a keçir

“Liverpul”un qapıçısı “Yuventus”a keçir

Həm xərçəngə qalib gəldi, həm də ölkə birincisi oldu

Həm xərçəngə qalib gəldi, həm də ölkə birincisi oldu

End of content

No more pages to load

RADİO