Ali Məhkəmədə iki qardaşı qətlə yetirməkdə təqsirləndirilən Zaur Tərlanovun barəsində olan məhkəmə qərarından verilən kassasiya şikayəti üzrə məhkəmə başa çatıb.
Bizim.Media xəbər verir ki, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib.
Qərara əsasən, Z. Tərlanov barəsində ömürlük azadlıqdan məhrumetmə ilə bağlı hökm qüvvədə saxlanılıb.
Bizim.Media