Magistratura imtahanının nəticələri açıqlandı

Bu li təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına fevralın 28-də keçirilmiş qəbul imtahanının nəticələri açıqlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Bildirilir ki, bakalavrlar imtahanın nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

İmtahanda iştirakı nəzərdə tutulan 19885 bakalavrdan 256 nəfəri imtahana gəlməyib. 3 nəfər qaydaları pozduğu üçün imtahandan xaric olunub və nəticələri ləğv olunub.

İmtahanda ən yüksək nəticə toplanılması mümkün olan 100 baldan 96 bal olub. Xatırladaq ki, ötən il də ən yüksək göstərici 96 bal olub.

Bakalavrların imtahan nəticələrinə əsasən bu il median göstəricisi 47.57 bal olub. Bu o deməkdir ki, imtahan iştirakçılarının yarısı (9810 nəfərdən çox) bu göstəricidən daha yuxarı, qalan yarısı isə daha aşağı bal toplayıb.

Median göstəricisinin 48 bala yaxın olması imtahanda təqdim olunan test tapşırıqlarının bakalavrların bilik səviyyəsinə uyğun olmasını deməyə əsas verir.

Qəbul imtahanındakı nəticələri müsabiqə şərtlərini ödəyən bakalavrlar ixtisaslaşma seçiminə buraxılırlar.

Müsabiqə şərtləri müxtəlif ixtisas qruplarına uyğun olaraq 30, 40, 45, 50 baldır.

İxtisaslaşma seçimi “Magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi cədvəli” ilə tənzimlənir (həmin cədvəl “Magistr” jurnalının növbəti sayında dərc ediləcəkdir).

İmtahan nəticələri ilə əlaqədar Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 3-4 mart tarixlərində DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər.

Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.

Bir bakalavrın ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Daşkəsənə yazda QAR YAĞDI - VİDEO

Daşkəsənə yazda QAR YAĞDI - VİDEO

Pulu ən yaxşı idarə edən 4 bürc: Maliyyə ustaları

Pulu ən yaxşı idarə edən 4 bürc: Maliyyə ustaları

Bakıda binanın liftlərinin detalları oğurlandı: Həmin hissələrin satışı ölkədə yoxdur - VİDEO

Bakıda binanın liftlərinin detalları oğurlandı: Həmin hissələrin satışı ölkədə yoxdur - VİDEO

İsrail əsgəri Livanda Məryəm ananın heykəlini təhqir etdi - FOTO

İsrail əsgəri Livanda Məryəm ananın heykəlini təhqir etdi - FOTO

Kuryerlərin haqqının azaldılması narazılığa səbəb olub - VİDEO

Kuryerlərin haqqının azaldılması narazılığa səbəb olub - VİDEO

Tramp ABŞ-İran memorandumunun imzalanması üçün VAXT təyin etdi

Tramp ABŞ-İran memorandumunun imzalanması üçün VAXT təyin etdi

Corcinanın 153 minlik çantası gündəm oldu - FOTO

Corcinanın 153 minlik çantası gündəm oldu - FOTO

“Yaxşı insanların ölümü də faydalı olur” - Asif həkimin qardaşı/VİDEO

“Yaxşı insanların ölümü də faydalı olur” - Asif həkimin qardaşı/VİDEO

Erməni tərcüməçi dünyasını dəyişdi: Türkiyə ilə danışıqlarda iştirak edirmiş...

Erməni tərcüməçi dünyasını dəyişdi: Türkiyə ilə danışıqlarda iştirak edirmiş...

Aygün Kazımova günlər sonra ilk dəfə SƏHNƏYƏ ÇIXDI - VİDEO

Aygün Kazımova günlər sonra ilk dəfə SƏHNƏYƏ ÇIXDI - VİDEO

Netanyahu ordunu hazırlıq vəziyyətinə gətirmək barədə ƏMR VERİB

Netanyahu ordunu hazırlıq vəziyyətinə gətirmək barədə ƏMR VERİB

Zaxarova xarici ölkələrə çağırış etdi: Diplomatlarınızı Kiyevdən çıxarın - VİDEO

Zaxarova xarici ölkələrə çağırış etdi: Diplomatlarınızı Kiyevdən çıxarın - VİDEO

Bu il ali təhsil müəssisələrinə neçə plan yeri ayrılacaq? - RƏSMİ/VİDEO

Bu il ali təhsil müəssisələrinə neçə plan yeri ayrılacaq? - RƏSMİ/VİDEO

Alça yedikdən sonra mütləq bunları edin - XƏBƏRDARLIQ

Alça yedikdən sonra mütləq bunları edin - XƏBƏRDARLIQ

Hörmüz boğazında qalan gəmilərin sayı AÇIQLANIB

Hörmüz boğazında qalan gəmilərin sayı AÇIQLANIB

Qəbiristanlıq yaxınlığında tapılan azyaşlının anası erkən evliliyin qurbanı olub: Dəhşətli faktlar - VİDEO

Qəbiristanlıq yaxınlığında tapılan azyaşlının anası erkən evliliyin qurbanı olub: Dəhşətli faktlar - VİDEO

Bosfor boğazında MANEƏ: gəmilərin hərəkəti dayandırıldı

Bosfor boğazında MANEƏ: gəmilərin hərəkəti dayandırıldı

Sabahdan dəfnə yarpağı yandırın: həyatınız dəyişəcək

Sabahdan dəfnə yarpağı yandırın: həyatınız dəyişəcək

“Arsenal” Arteta ilə danışıqlara başladı

“Arsenal” Arteta ilə danışıqlara başladı

Rəsmi Bakıdan Parisə CAVAB: İddiaları qətiyyətlə rədd edirik

Rəsmi Bakıdan Parisə CAVAB: İddiaları qətiyyətlə rədd edirik

Netanyahu: Trampla hər gün danışıram...

Netanyahu: Trampla hər gün danışıram...

Sarkozi elektron qolbaqdan da AZAD EDİLDİ

Sarkozi elektron qolbaqdan da AZAD EDİLDİ

“Liverpul”un qapıçısı “Yuventus”a keçir

“Liverpul”un qapıçısı “Yuventus”a keçir

Həm xərçəngə qalib gəldi, həm də ölkə birincisi oldu

Həm xərçəngə qalib gəldi, həm də ölkə birincisi oldu

End of content

No more pages to load

RADİO