“Hərbi əməliyyatlar hər an yenidən başlaya bilər”x9d -MN rəsmisi

Vaqif Dərgahlı: “Düşmən silah-sursatını, hərbi texnikasını yaşayış məntəqələrində yerləşdirir”x9d 

Son günlər, o cümlədən ötən gecə cəbhə xəttində baş verənlər erməni barbarlığının əlamətidir. Düşmən açıq şəkildə ancaq yaşayış məntəqələrinə atəş açır, evləri, məktəbləri hədəfə alır. 

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik-leytenantı Vaqif Dərgahlı bunu musavat.com-a açıqlamasında bildirdi. 

Erməni ordusunun BM-21 reaktiv yaylım atəş sistemlərindən də istifadə etdiyini vurğulayan xidmət rəhbəri bildirdi ki, düşmən ölkə bu silahlardan istifadə etməklə bütün beynəlxalq hüquq normalarını pozur: “Şükürlər olsun ki, həmin silahlardan yaralananlar olmadı. Ancaq bu silahlar dünyada qadağan olunub. Dünya ictimaiyyəti bu məsələyə münasibətini bildirməlidir, ancaq hələ ki, susur”x9d. 

V.Dərgahlı qeyd etdi ki, düşmənin cəbhəboyu aktivləşməsi, həmçinin təmas xəttinə əlavə hərbi texnika və canlı qüvvənin daşınması kimi faktlar ordumuzun nəzarəti altındadır. 

MN sözçüsü erməni ordusunun hücuma keçmək üçün fürsət gəzdiyini də istisna etmədi: “Düşməndən hər şey gözləmək olar. Hərbi əməliyyatlar hər an yenidən başlaya bilər. Biz bunun tərəfdarıyıq ki, atəşkəsə əməl edilsin. Amma təbii ki, düşmənin təxribatlarının qarşılığında cavab atəşi açmağa məcburuq”x9d. 

V.Dərgahlı erməni tərəfinin guya Azərbaycanın mülki obyektləri hədəfə alması barədə iddialarını da cavablandırdı: “Düşmən silah-sursatını, hərbi texnikasını yaşayış məntəqələrində yerləşdirir. Biz də onların atəşinə cavab verəndə iddia edirlər ki, guya Azərbaycan mülki obyektləri, yaşayış məntəqələrini atəşə tutur. Biz dəfələrlə bəyan etmişik, onların yalnız hərbi obyektlərinə zərbələr endiririk”x9d.   
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xankəndidə avtobuslar fəaliyyətə başlayır

Xankəndidə avtobuslar fəaliyyətə başlayır

Süni intellekt Avropada müharibənin başlama tarixini SÖYLƏDİ - İlk zərər çəkəcək ölkələr

Süni intellekt Avropada müharibənin başlama tarixini SÖYLƏDİ - İlk zərər çəkəcək ölkələr

Dağlardan yığıb bazarda kilosunu 20 manata satırlar - FOTO

Dağlardan yığıb bazarda kilosunu 20 manata satırlar - FOTO

“İmarət” stadionunun tikintisinə başlanıldı - VİDEO

“İmarət” stadionunun tikintisinə başlanıldı - VİDEO

DİQQƏT: Bu marşrut avtobuslarının hərəkət istiqaməti DƏYİŞDİRİLİR

DİQQƏT: Bu marşrut avtobuslarının hərəkət istiqaməti DƏYİŞDİRİLİR

"Bu iynələrə görə komaya düşən, xəstəliklər tapanlar var..."

"Bu iynələrə görə komaya düşən, xəstəliklər tapanlar var..."

Abşeronda 17 nəfər saxlanılıb - DİN-dən MƏLUMAT

Abşeronda 17 nəfər saxlanılıb - DİN-dən MƏLUMAT

Gədəbəydə oğlanın evin həyətində meyiti tapıldı

Gədəbəydə oğlanın evin həyətində meyiti tapıldı

Ordumuzun "ən yaxşı snayper"ləri SEÇİLDİ - FOTO

Ordumuzun "ən yaxşı snayper"ləri SEÇİLDİ - FOTO

Azər Qəribin oğlunun 230 min manat BORCU YARANDI

Azər Qəribin oğlunun 230 min manat BORCU YARANDI

"Sənətkarlar üçün qəbiristanlıq yaradılsın" - VİDEO

"Sənətkarlar üçün qəbiristanlıq yaradılsın" - VİDEO

İstirahət günlərinin havası ilə bağlı XƏBƏRDARLIQ

İstirahət günlərinin havası ilə bağlı XƏBƏRDARLIQ

Çexiyanın Baş naziri Azərbaycana səfər edəcək - TARİX

Çexiyanın Baş naziri Azərbaycana səfər edəcək - TARİX

Qobustanda həlak olan işçi ilə bağlı: "Bu insanın işi deyildi, santexnik idi" - VİDEO

Qobustanda həlak olan işçi ilə bağlı: "Bu insanın işi deyildi, santexnik idi" - VİDEO

Ucarda çaqqalın sakinlərə xəsarət yetirməsinin TƏFƏRRÜATI

Ucarda çaqqalın sakinlərə xəsarət yetirməsinin TƏFƏRRÜATI

Piqott ABŞ Dövlət Departamentinin yeni sözçüsü OLDU

Piqott ABŞ Dövlət Departamentinin yeni sözçüsü OLDU

SAXAL-dan Livan əhalisinə ÇAĞIRIŞ: "Evlərinizi tərk edin!"

SAXAL-dan Livan əhalisinə ÇAĞIRIŞ: "Evlərinizi tərk edin!"

Dövlət orqanlarında işləmək istəyənlərin NƏZƏRİNƏ

Dövlət orqanlarında işləmək istəyənlərin NƏZƏRİNƏ

Eldəniz Məmmədov baba oldu

Eldəniz Məmmədov baba oldu

Bakıda məktəbli yoldaşına xəsarət yetirdi - ARAŞDIRMA BAŞLADI

Bakıda məktəbli yoldaşına xəsarət yetirdi - ARAŞDIRMA BAŞLADI

Əməkdar artistə elə sual verdilər ki, udquna-udquna qaldı

Əməkdar artistə elə sual verdilər ki, udquna-udquna qaldı

ABŞ silahlı qüvvələri NOBEL mükafatına layiqdir...

ABŞ silahlı qüvvələri NOBEL mükafatına layiqdir...

Vətəndaş Qəbulu Mərkəzində may ayının QƏBUL CƏDVƏLİ

Vətəndaş Qəbulu Mərkəzində may ayının QƏBUL CƏDVƏLİ

Əraqçi danışıqlar üçün Pakistana səfər edəcək

Əraqçi danışıqlar üçün Pakistana səfər edəcək

End of content

No more pages to load

RADİO