"Əgər bir nazir öz işinə məsuliyyətlə yanaşırsa..."

Yaxşıya yaxşı, pisə pis deməkdən çəkinməməliyik. Bəlkə də bəzən pisə pis deməyə bilərik. Amma yaxşıya mütləq yaxşı deməkdə xəsislik etməmək işin faydasınadır.

Nazirlər haqqında yazıram. Sadəcə gördükləri işlər, yanaşma tərzləri diqqətimi çəkdiyi üçün. Nəzərə alaq ki, adi icra başçıları ən nəzakətli tənqidi belə top-tüfənglə qarşılamaqdaykən nazirlərimizin (təbii ki, hamısının deyil) aşağıda təsvir edəcəyim yanaşması şəxsən mənim üçün çox xoşdur. Sadə bir vətəndaş olaraq konkret sahəyə məsul olan yüksək çinli məmurların bu yanaşması Azərbaycanın sabahına ümidləri doğrudan da artırır.

Ötən il bir yazımda da qeyd etmişdim, Azərbaycanın 1-ci Xanımı hörmətli Mehriban Əliyevanın başçılıq etdiyi 1-ci Avropa Oyunları Təşkilat Komitəsində əsas vəzifə sahibi gənclər və idman naziri Azad Rəhimov idi. Oyunların möhtəşəmliyi, dünyaya səs salacaq səviyyədə təşkili 1-ci Xanımın, eləcə də cənab nazirin və təbii ki, bütövlükdə o komandanın ən uğurlu işlərindən biri kimi tarixə düşdü. Bu oyunların keçirilməsinə məsul olanlar heç şübhəsiz Azərbaycanın üzünü ağ etməyi bacarmışdılar. Ona görə də 1-ci Xanımla bərabər nazir Azad Rəhimovun da əməyini elə o günlərdə ayrıca qeyd etmişdim.

Ondan sonrakı dövrdə bəzi başqa nazirlər də diqqətimi çəkdi. Düşündüm ki, onların da əməyini, yanaşmasını başqalarına örnək olması üçün qeyd etmək lazımdır.

Son bir neçə ayda diqqətimi çəkənlər birbaşa özümün də toxunduğum məsələlərə çevik reaksiya verib problemlərin həllinə səy göstərənlərdir.

Bir müddət öncə Azərbaycan Sərhəd Qoşunlarının N saylı hissəsində bir əsgər ölümü olmuşdu. Sadəcə araşdırma aparıldığı üçün Dövlət Sərhəd Xidməti (DSX) açıqlamanı bir az gecikdirmişdi. Anlaşılandır. Çiy bir xəbər yaymaqdansa, bir az sonra daha dəqiq xəbər yaymaq ən doğru yanaşmadır. Di gəl ki, Xidmətin bu yanaşması bəzi fürsətçilərin Azərbaycanda guya əsgər ölümlərinin gizlədilməsilə bağlı kampaniya aparmasına səbəb olmuşdu. Dərhal məsələylə maraqlanmış, olayın gerçəyini aşkara çıxarıb bir yazı yazmışdım ki, kimsə əsgər ölümünü gizlətmək fikrində deyil.

Çox qısa bir müddət sonra DSX-dən zəng gəldi, yazıya görə təşəkkür etdilər. Ev ünvanımı da soruşdular. Səbəbini öyrənmək istədim, dedilər ki, mənə təşəkkür məktubu yazmaq istəyirlər. Buna gərək olmadığını deyib, vətəndaş vəzifəmi yerinə yetirdiyimi qeyd etdim. Lakin buna baxmayaraq bir həftə sonra Xidmətdən rəsmi məktub yazaraq mənə təşəkkür elan etdilər. Heç zaman yazdıqlarıma görə təşəkkür gözləməsəm də bu məktub mənim üçün dövlətimin bir qurumunun vətəndaşların qaldırdığı problemlərə diqqətinin bariz örnəyi oldu.

Təxminən 2 ay öncə mənim elimdə ”“ Xaçmazın Dədəli kəndində ev quşlarının tələf olmasıyla sonuclanan yoluxucu xəstəlik yayılmışdı. Bu haqda xəbəri alan kimi kənd təsərrüfatı naziri Heydər Əsədova və Dövlət Baytarlıq Xidmətinə bir müraciət etdim. Heç gözlətmədən bir gün sonra reaksiya verdilər, həmin həftə` ərzində kəndə heyət göndərildi. Problem yerində araşdırıldı, tədbirlər görüldü, sakinlərlə seminar keçirildi və məsələnin aktuallığı nəzərə alınaraq bir neçə TV kanalında işıqlandırıldı. Bu çevik və məsuliyyətli yanaşma həmkəndlilərimin dövlətə inamını bir daha möhkənləndirdi və vətəndaşın güvəni artmış oldu. Bunu da yazmış oldum.

2016-cı ilin Novruz bayramından sonra isə Mədəniyyət və Turizm Nazirliyinin bir yazıma çevik reaksiyasına sevindim. Bu möhtəşəm el bayramının daha səmərəli təşkililə bağlı bəzi təkliflərimi qələmə aldığım yazıda şəxsən nazir Əbülfəs Qarayevin diqqətini məsələyə cəlb etmək istəmişdim. Nəzakətli bir dildə qələmə alınan yazıyla bağlı şəxsimə zəng edən nazirlik görəvlisi qaldırılan məsələlərin cənab nazirə məruzə edildiyini, müvafiq tədbirlərin görüləcəyi haqda tapşırıqların verildiyini deyincə bir daha əmin oldum ki, bu qurumun rəhbəri də normal, işin xeyrinə olan təkliflərə açıq insandır. Zatən onunla bağlı həmişə müsbət düşüncələrim olub, bu dəfə isə düşüncələrim daha da möhkəmlənmiş oldu.

Bəlkə də kimlər üçünsə bu yazdıqlarım ciddi əhəmiyyət kəsb etmir. Amma, inanın ki, istər nazir olsun, istər ən adi məmur, gördüyü işə mütləq qiymət vermək lazımdır. Əgər bir nazir öz işinə məsuliyyətlə yanaşırsa, ona təşəkkürdə xəsislik etməməliyik məncə. Bu yazını da elə adını çəkdiyim nazirlərimizə bir təşəkkür borcumu ödəmək üçün yazdım. Sağ olsunlar ki, vətəndaşın mövqeyinə çevik reaksiya verir, qaldırdığı problemlərin həlli üçün çalışırlar.

Azər Həsrət, Mətbuat Şurası İdarə Heyətinin üzvü
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları artırıb

Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları artırıb

Manqalı yandırarkən xəsarət alan oğlan ölüb

Manqalı yandırarkən xəsarət alan oğlan ölüb

Akif İslamzadənin vəziyyəti açıqlandı

Akif İslamzadənin vəziyyəti açıqlandı

SABAHIN HAVASI: Bakıda 29 dərəcə isti olacaq

SABAHIN HAVASI: Bakıda 29 dərəcə isti olacaq

Nərgiz Məhəmmədi girov müqabilində azadlığa buraxılıb

Nərgiz Məhəmmədi girov müqabilində azadlığa buraxılıb

Ağdamda 4 hərbçinin faciəli şəkildə öldüyü HADİSƏNİN TƏFƏRRÜATI

Ağdamda 4 hərbçinin faciəli şəkildə öldüyü HADİSƏNİN TƏFƏRRÜATI

Marketdən kosmetik ləvazimatları oğurlayan kişi saxlanılıb

Marketdən kosmetik ləvazimatları oğurlayan kişi saxlanılıb

"Qarabağ" Bədavi ilə bağlı yekun qərar verib

"Qarabağ" Bədavi ilə bağlı yekun qərar verib

Günortalar yatmaq ömrü qısaldır - Alimlərdən şok nəticə

Günortalar yatmaq ömrü qısaldır - Alimlərdən şok nəticə

"TikTok"da söyüş söyən 3 dost HƏBS OLUNDU

"TikTok"da söyüş söyən 3 dost HƏBS OLUNDU

37 yaşlı qadın 4-cü mərtəbədən yıxılaraq ölüb

37 yaşlı qadın 4-cü mərtəbədən yıxılaraq ölüb

Fransada hantavirusa ilk yoluxma halı qeydə alınıb

Fransada hantavirusa ilk yoluxma halı qeydə alınıb

U-15 Liqasında Çempion mükafatlandırıldı -FOTO

U-15 Liqasında Çempion mükafatlandırıldı -FOTO

İran XİN: Trampın Çinə səfəri ikitərfəli xarakter daşıyır

İran XİN: Trampın Çinə səfəri ikitərfəli xarakter daşıyır

Aygün Kazımovanın arxiv videosu yayıldı

Aygün Kazımovanın arxiv videosu yayıldı

Sahibini gözləməkdən yorulmuş it görün nə etdi? - VİDEO

Sahibini gözləməkdən yorulmuş it görün nə etdi? - VİDEO

Paltarları rəngi solmadan necə yumaq olar?

Paltarları rəngi solmadan necə yumaq olar?

Bakı-Xankəndi velosiped yarışında 2-ci mərhələyə start verilib – FOTO

Bakı-Xankəndi velosiped yarışında 2-ci mərhələyə start verilib – FOTO

Bakıda motosiklet qəza törətdi, ölən var - VİDEO

Bakıda motosiklet qəza törətdi, ölən var - VİDEO

Bank işçiləri ilə bağlı qərar: İyundan imtahanlara cəlb olunacaqlar

Bank işçiləri ilə bağlı qərar: İyundan imtahanlara cəlb olunacaqlar

Uşaqların ağzına açar qoymaqla sağaldan kişi sosial mediada viral oldu - VİDEO

Uşaqların ağzına açar qoymaqla sağaldan kişi sosial mediada viral oldu - VİDEO

Zaqatalada evin həyətindən meyit tapıldı

Zaqatalada evin həyətindən meyit tapıldı

"Eurovision 2026" təhlükə altındadır – iştirakçılara xəbərdarlıq edildi

"Eurovision 2026" təhlükə altındadır – iştirakçılara xəbərdarlıq edildi

Mayın sonundan başlayacaq TƏHLÜKƏ – Kimlər risk altındadır?

Mayın sonundan başlayacaq TƏHLÜKƏ – Kimlər risk altındadır?

End of content

No more pages to load

RADİO