Azərbaycanın igid, cəsur oğulları, qeyrətli qızları həmişə vətənpərvər olmuş, yadelli işğalçılara qarşı qəhrəmancasına mübarizə apararaq Vətənini düşmən ayağına verməmişlər. Mərd, mübariz oğul və qızlarımız öz doğma vətənlərini həmişə hərarətlə sevmiş, onun qədrini bilmiş, vətən naminə canlarını qurban verməkdən çəkinməmişlər. Bu gün milli vətənpərvərlik Vətənin göz bəbəyi kimi qorunmasında təzahür edir və bunu bugünkü gənclərimiz bütün məsuliyyəti ilə dərk edirlər.
Ümummilli lider gənclərin vətənpərvər ruhda böyüməsinə xüsusi diqqət yetirərək deyirdi: “Hamımızın ümumi vəzifəmiz xalqımızda vətənpərvərlik, Vətən torpağına, millətə sədaqət, Vətən uğrunda şəhidliyə hazır olmaq hisslərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdir”x9d. Yaxud bir başqa müdrik kəlamında Heydər Əliyev vurğulayırdı: “Vətən yolunda şəhid olanlar ölmürlər, xalqın qəlbində, ürəyində əbədi yaşayırlar. Biz onların qəhrəmanlığı, şəhidliyi ilə fəxr edirik. Bu, bizim millətimizin iftixarıdır”x9d
Vətənpərvərlik anlayışına geniş mənada tərif vermək olar. Qədim yunan filosofu Sokrata görə, vətənpərvərlik döyüşdə vuruşub böyük qəhrəmanlıq göstərməklə bitmir. Hər bir insanın üzərinə düşən vəzifəni ədalətlə, vicdanla yerinə yetirmək də vətənpərvərlikdir. Vətənpərvərlik ”“ Vətənə olan ülvi məhəbbətdir. Vətənpərvərlik hissi insanın daxilində olan bir hissdir. Əgər bu hiss sənin daxilində yaranmayıbsa, o zaman nə vətənini, nə torpağını, nə valideynlərini sevə bilməzsən. Vətənpərvərəm deməklə iş bitmir. Hər bir insan vətənpərvərliyini əməlləri ilə, gördüyü işlərlə sübut etməlidir. Vətənpərvərlik məsələsi cəmiyyətdə daim aktual olmuş, bu gün də aktual olaraq qalır. Millətin vətənpərvərliyi onun tamlığının, bütövlüyünün təməli desək, bəlkə də, səhv etmərik. Bir xalqın, millətin vətənpərvərlik şüuru onun digər xalqlar və millətlər tərəfindən qəbul edilməsi, tanınması, hörmətlə qarşılanması, ən əsası isə o xalqın yaratdığı dövlətin bütövlüyü, varlığı, suverenliyi ilə ölçülür.xa0
Azərbaycan xalqı öz vətənini göz bəbəyi kimi qorumaqda tarixən qəhrəmanlıq göstərmiş. Ərazi bütövlüyümüzün bərpa olunması, torpaqlarımızın işğaldan azad olunması uğrunda Azərbaycanın igid oğulları hər zaman qəhrəmanlıq şücəti göstərmiş. Ordumuzun döyüş bölgəsində əldə etdiyi böyük qalibiyyət xa0azad olunmuş Azərbaycan torpağı "Lələ təpə" yüksəkliyi tariximizin şanlı səhifələrindən biri kimi müasir Azərbaycan tarixinə yazıldı. Füzuli rayonu ərazisində yerləşən bu strateji yüksəklik Dağlıq Qarabağ və digər işğal altında olan torpaqlarımız rayon, kənd və yaşayış məntəqələrimizə gedən yolu xa0tam nəzarətdə saxlamağa imkan verir, xa0bu isə düşmənin tam hədəfdə olmasına göstəricidir. Silahlı Qüvvələrin Ali Baş komandanı xa0İlham Əliyev vurğulayır: Bizim ordumuz düşmənə də, düşmənin havadarlarına da göstərdi ki, istənilən vaxtda Azərbaycan öz ərazi bütövlüyünü bərpa edə bilər...xa0
Bu, qalibiyyət Azərbaycan Əsgəri, Azərbaycan xalqının qalibiyyəti idi. YAŞASIN AZƏRBAYCAN ƏSGƏRİ! Dalğalansın üçrəngli şanlı bayrağımız!!!
Gülnar Əmiraslanova