DİN əməkdaşlarının geyim formasına dair yeni qaydalar təsdiqlənib

Daxili İşlər Nazirliyinin (DİN) rəis və sıravi heyətinin geyim forması və fərqlənmə nişanları ilə təmin edilməsinə dair yeni Qaydaları və normaları təsdiq edib.
xa0
APA-nın məlumatına görə, bununla əlaqədar “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəis və sıravi heyətinin geyim formasının və fərqlənmə nişanlarının verilmə Qaydalarının, normalarının və istifadə müddətlərinin təsdiq edilməsi barədə”x9d Nazirlər Kabinetinin 2006-cı il 20 dekabr tarixli qərarı ləğv edilib.
xa0
Müəyyən edilib ki, DİN-nin dövlət büdcəsindən maliyyələşdirilən qurumlarının rəis və sıravi heyətinin geyim forması və fərqlənmə nişanları ilə təminatı dövlət büdcəsində DİN-nin saxlanılması üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilir. DİN-nin rəis və sıravi heyətinin geyim forması və fərqlənmə nişanları ilə təmin edilməsi Qaydalarına əsasən DİN-nin dövlət büdcəsindən maliyyələşməyən qurumlarının rəis və sıravi heyətinin geyim xa0forması və fərqlənmə nişanları ilə təminatı həmin qurumların vəsaiti hesabına DİN-nin dövlət büdcəsindən maliyyələşən qurumlarının rəis və sıravi heyətinin geyim forması və fərqlənmə nişanları ilə təmin edilməsi normalarına uyğun olaraq həyata keçirilir. DİN-nin rəis və sıravi heyətinin geyim forması və fərqlənmə nişanları ilə təmin edilməsi normaları əsasında tərkibində təchizat struktur bölmələri olan daxili işlər orqanlarında hesabat-sifarişlər hazırlanır. Daxili işlər orqanları tərəfindən təqdim olunan hesabat-sifarişlər araşdırılır, onların əsasında anbarlardakı əmlaklar da nəzərə alınmaqla, DİN-nin Təchizat İdarəsi xa0tərəfindən DİN-nin yekun təchizat sifarişi ilə bağlı növbəti il üçün proqnozu tərtib edilir. Geyim formaları və fərqlənmə nişanları alınıb müvafiq qaydada uçota götürüldükdən sonra, daxili işlər orqanlarının hər bir əməkdaşı üçün açılmış fərdi armatur vərəqəsi əsasında müvafiq məxaric sənədləri hazırlanır. Həmin məxaric sənədləri əsasında əməkdaş xidmət etdiyi daxili işlər orqanı tərəfindən geyim forması ilə təmin edilir.
xa0
Fərqlənmə nişanları - poqonlar, qol nişanları, kokardalar, qalstuk sıxacları, forma düymələri, emblemlər, ulduzlar, palıd yarpaqları, serjant lenti, furajka kəməri, “M”x9d hərfi və yaxa nişanları şəxsi heyətə geyim formaları ilə birlikdə verilir. Daxili işlər orqanlarının şəxsi heyətinin geyim formasının və digər inventar əmlakının qorunmasına və istifadə qaydalarına riayət olunmasına nəzarət DİN-nin Təchizat İdarəsi tərəfindən həyata keçirilir. DİN-nin əməkdaşına xüsusi rütbə verildikdə və ya onun xidmət sahəsi dəyişdirildikdə, həmin əməkdaşa verilmiş, lakin istifadə müddəti bitməmiş geyim forması verilmiş xüsusi rütbəsinə uyğundursa və ya dəyişilmiş xidmət sahəsində istifadə olunan geyim formasından xarici görünüşünə və rənginə görə fərqlənmirsə, əvvəllər verilmiş geyim formasından istifadə edilmə müddəti davam etdirilir və həmin əməkdaş verilmiş xüsusi rütbəsinə müvafiq poqon və fərqlənmə nişanları ilə təmin edilir. Əks halda, əməkdaş verilmiş xüsusi rütbəsinə və ya xidmət sahəsinə müvafiq geyim forması ilə təmin olunur. DİN-nin rəis və sıravi heyətinin əməkdaşları qeyri-standart bədən ölçülərinə malik olduqda, DİN-nin Nazirliyinin Təchizat İdarəsi tərəfindən verilmiş geyim forması orderi əsasında onlara həmin İdarənin tikiş emalatxanasında geyim formasının fərdi tikilişi sifariş olunur. Bu geyim formasının tikilməsinin dəyəri həmin ildə daxili işlər orqanlarının əməkdaşlarının qanunvericiliklə müəyyən edilmiş qaydada geyim forması ilə təmin olunması üçün müəyyən edilmiş qiymət əsasında tərtib etdiyi müvafiq sənədlərə uyğun olaraq Təchizat İdarəsi tərəfindən ödənilir. Geyim formasının və fərqlənmə nişanlarının istifadə müddəti bitdikdən sonra əməkdaşlar yeni geyim əmlakı ilə təmin olunurlar. Xidmətkeçmənin xüsusiyyətləri nəzərə alınmaqla, daxili işlər orqanlarının müvafiq struktur bölmələrinin xüsusi rütbəsi olan əməkdaşlarına geyim formasının əvəzinə DİN tərəfindən Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilmiş qaydada pul kompensasiyası ödənilir. Daxili işlər orqanlarından xaric edilmiş əməkdaşlardan istifadə müddəti bitməyən geyim əmlakının dəyəri icra qeydlərinə əsasən mübahisəsiz qaydada tutulur.
xa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yalçın Rəfiyev İƏT-in Ciddədə keçirilən fövqəladə iclasında iştirak etdi - FOTO

Yalçın Rəfiyev İƏT-in Ciddədə keçirilən fövqəladə iclasında iştirak etdi - FOTO

Polşada ərazisində nüvə silahı yerləşdirmək İSTƏMİR

Polşada ərazisində nüvə silahı yerləşdirmək İSTƏMİR

Bakıda yeni mənzil almaq istəyənlərə PİS XƏBƏR

Bakıda yeni mənzil almaq istəyənlərə PİS XƏBƏR

Dilarə Əliyevanın Bodrum tətili - FOTOLAR

Dilarə Əliyevanın Bodrum tətili - FOTOLAR

Azərbaycanlı kriminal avtoritet müəmmalı şəkildə öldü - FOTO

Azərbaycanlı kriminal avtoritet müəmmalı şəkildə öldü - FOTO

İranın səfiri Çexiya XİN-ə çağırıldı

İranın səfiri Çexiya XİN-ə çağırıldı

Yeni təmayül tədris modelli məktəblərin ali məktəbə qəbul nəticələri açıqlandı

Yeni təmayül tədris modelli məktəblərin ali məktəbə qəbul nəticələri açıqlandı

"Qarabağ" - "Tvente" oyunu 15 dəqiqə gec başladı - FOTO - CANLI

"Qarabağ" - "Tvente" oyunu 15 dəqiqə gec başladı - FOTO - CANLI

600-dən çox bal toplayan 30 abituriyent qəbul olunmadı

600-dən çox bal toplayan 30 abituriyent qəbul olunmadı

Qara dənizdə 15 azərbaycanlının olduğu gəmiyə dronla hücum edildi - VİDEO

Qara dənizdə 15 azərbaycanlının olduğu gəmiyə dronla hücum edildi - VİDEO

Bərdədə ağır qəzada xəsarət alanların durumu açıqlandı

Bərdədə ağır qəzada xəsarət alanların durumu açıqlandı

Millimiz dünya çempionatını 8 medalla başa vurdu

Millimiz dünya çempionatını 8 medalla başa vurdu

İmam Əlinin atı, Koroğlunun qalasının olduğu Səfərəliyev rayonu - Azərbaycanın harasındadır?

İmam Əlinin atı, Koroğlunun qalasının olduğu Səfərəliyev rayonu - Azərbaycanın harasındadır?

Sabah çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Sabah çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Qazaxıstan Qəzzaya qoşun göndərəcək

Qazaxıstan Qəzzaya qoşun göndərəcək

Çingiz Abdullayevdən Polad Bülbüloğluna dəstək - FOTO

Çingiz Abdullayevdən Polad Bülbüloğluna dəstək - FOTO

İcazəsiz Qarabağa keçmək istədi, həbs edildi

İcazəsiz Qarabağa keçmək istədi, həbs edildi

Oğlu birinci sinfə gedəcək, özü isə tələbə oldu

Oğlu birinci sinfə gedəcək, özü isə tələbə oldu

Buğda qiymətləri yüksəldi – Dünya narahatdır

Buğda qiymətləri yüksəldi – Dünya narahatdır

Ceyhun Bayramov Malayziyanın yeni səfirini qəbul etdi - FOTO

Ceyhun Bayramov Malayziyanın yeni səfirini qəbul etdi - FOTO

Hövsanda açıq ərazi YANIR

Hövsanda açıq ərazi YANIR

Sürücülərin NƏZƏRİNƏ: Bakının 5 küçəsində yollar bağlanır

Sürücülərin NƏZƏRİNƏ: Bakının 5 küçəsində yollar bağlanır

İslam Əməkdaşlıq Təşkilatının yeni Baş katibi seçildi

İslam Əməkdaşlıq Təşkilatının yeni Baş katibi seçildi

İsrail ordusu Livana hava zərbələri endirdi - VİDEO

İsrail ordusu Livana hava zərbələri endirdi - VİDEO

End of content

No more pages to load

RADİO