Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 220 yeni yoluxma faktı qeydə alınıb, 145 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Bizim.Media-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.
İndiyədək ümumilikdə 233644 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 228157 nəfər müalicə olunaraq sağalıb, 3206 nəfər vəfat edib, aktiv xəstə sayı 2281 nəfərdir.
Bizim.Media