Cəlillabadda narkotik vasitə satan şəxslər müəyyən edilərək saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, narkotik vasitə ilə tutulmuş Ü.Cavadovun ətrafında Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən aparılmış tədbirlərlə onun qardaşı Elxanın şəhər ərazisindəki evində gizlətdiyi 1 kiloqram 537 qramdan artıq heroin, 15 qrama yaxın tiryək və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.
Araşdırma aparılır.
Bizim.Media