"İƏT Modeli – 2023” proqramı öz işinə başladı – FOTO 

Artıq 10 ildən çoxdur Azərbaycanda hər il uğurla həyata keçirilən “İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Modeli - Beynəlxalq Münasibətlər Akademiyası” layihəsinə növbəti dəfə start verilib. 

Bizim.Media xəbər verir ki, İslam Əməkdaşlıq Gənclər Forumunun Bakıda yerləşən Avrasiya Regional Mərkəzi və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin birgə tərəfdaşlığı ilə həyata keçirilən layihənin 2023-cü il buraxılışı ilk mühazirə proqramı ilə öz işinə başlayıb. 

Proqramda iştirak üçün müsahibə əsasında Azərbaycanın bir sıra aparıcı ali məktəblərini təmsil edən və iştirak üçün müraciət etmiş yüzlərlə tələbə arasından xüsusi istedadı və xarici dil bacarıqları ilə fərqlənən 100-dən çox gənc seçilib. 

Qeyd edək ki, bu ilki sessiyalarda 10-dan çox əcnəbi tələbənin iştirak etmək  hüququ əldə edib.

İştirakçıların 2 ay ərzində hər həftə baş tutacaq mühazirələrdə və sonda təşkil olunacaq “İƏT Modeli XİN konfransı” simulyasiyasında iştirakı nəzərdə tutulub. 

Akademiyanın bu ilki buraxılışının Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) keçirilmiş açılış mərasimində layihənin koordinatoru Möminə Mehdi “İƏT Modeli” proqramının məqsəd və vəzifələri haqqında, eləcə də bununla bağlı, keçən illər ərzində əldə edilmiş təcrübəni özündə əks etdirən təqdimatla çıxış edib. 

Daha sonra İslam Əməkdaşlıq Gənclər Forumunun Avrasiya Regional Mərkəzinin (İƏGF-ARM) əməkdaşı Aydan Bağırlı layihənin tərəfdaşı kimi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə, eləcə də tədbirlərə təşkilati dəstək göstərən ADİU rəhbərliyinə Mərkəz adından təşəkkürünü bildirib, o cümlədən, İƏGF Avrasiya Regional Mərkəzinin fəaliyyəti, son illər Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində görülən işlər haqqında məlumat verib.
ADİU-nun Beynəlxalq əməkdaşlıq departamentinin direktoru Nərmin İbrahimova öz çıxışında təmsil etdiyi ali məktəblə İƏGF Avrasiya Regional Mərkəzi arasında əməkdaşlığa yüksək qiymət verib. 

İslam Əməkdaşlıq Gənclər Forumunun Baş Qərargahının nümayəndəsi Yunus Çolak İstanbuldan onlayn formatda Beynəlxalq İƏT Modeli haqda iştirakçıları məlumatlandırıb.

Qambiyalı tələbə Musa Sisey Mərkəzin konfranslarında əldə etdiyi təcrübə haqda öz fikirlərini iştirakçılarla bölüşüb.

Daha sonra Fələstin dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Nəssir Əbdül Kərim Əbdül Rəhim “Müsəlman dünyası və Fələstin məsələsi”, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə isə “Müasir zamanda ictimai diplomatiya” mövzusunda çıxış ediblər. Mühazirəçilər tələbələrin müxtəlif suallarını cavablandırıb.

Xatırladaq ki, İƏT Modeli proqramının əsas məqsədləri İƏT məkanında gənclərin beynəlxalq əməkdaşlığının güclənməsinə dəstək vermək, gənclərin və gənclər təşkilatlatları rəhbərlərinin və üzvlərinin diplomatiya, idarəetmə, kommunikasiya sahəsində yeni bilik və təcrübə əldə etməsinə yardım etməkdir.

2 ay ərzində keçirilən mühazirələrdən sonra tələbələr “İƏT Modeli XİN konfransı” adlanan simulyasiya oyunlarında iştirak edir və münsiflər heyətinin qərarı ilə xarici dil qabiliyyəti və xüsusi yaradıcılıq bacarığı ilə seçilən tələbələr “Beynəlxalq İƏT Modeli” yarışmasında Azərbaycanı təmsil etmək hüququ qazanırlar. 
Ötən illər ərzində azərbaycanlı tələbələr dəfələrlə ümum-İƏT miqyasını əhatə edən və 40-dan artıq İƏT-ə üzv ölkə nümayəndələrinin iştirak etdiyi “Beynəlxalq İƏT Modeli” yarışmalarında ölkəmizi layiqli şəkildə təmsil ediblər. 


















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Manqalı yandırarkən xəsarət alan oğlan ölüb

Manqalı yandırarkən xəsarət alan oğlan ölüb

Akif İslamzadənin vəziyyəti açıqlandı

Akif İslamzadənin vəziyyəti açıqlandı

SABAHIN HAVASI: Bakıda 29 dərəcə isti olacaq

SABAHIN HAVASI: Bakıda 29 dərəcə isti olacaq

Nərgiz Məhəmmədi girov müqabilində azadlığa buraxılıb

Nərgiz Məhəmmədi girov müqabilində azadlığa buraxılıb

Ağdamda 4 hərbçinin faciəli şəkildə öldüyü HADİSƏNİN TƏFƏRRÜATI

Ağdamda 4 hərbçinin faciəli şəkildə öldüyü HADİSƏNİN TƏFƏRRÜATI

Marketdən kosmetik ləvazimatları oğurlayan kişi saxlanılıb

Marketdən kosmetik ləvazimatları oğurlayan kişi saxlanılıb

"Qarabağ" Bədavi ilə bağlı yekun qərar verib

"Qarabağ" Bədavi ilə bağlı yekun qərar verib

Günortalar yatmaq ömrü qısaldır - Alimlərdən şok nəticə

Günortalar yatmaq ömrü qısaldır - Alimlərdən şok nəticə

"TikTok"da söyüş söyən 3 dost HƏBS OLUNDU

"TikTok"da söyüş söyən 3 dost HƏBS OLUNDU

37 yaşlı qadın 4-cü mərtəbədən yıxılaraq ölüb

37 yaşlı qadın 4-cü mərtəbədən yıxılaraq ölüb

Fransada hantavirusa ilk yoluxma halı qeydə alınıb

Fransada hantavirusa ilk yoluxma halı qeydə alınıb

U-15 Liqasında Çempion mükafatlandırıldı -FOTO

U-15 Liqasında Çempion mükafatlandırıldı -FOTO

İran XİN: Trampın Çinə səfəri ikitərfəli xarakter daşıyır

İran XİN: Trampın Çinə səfəri ikitərfəli xarakter daşıyır

Aygün Kazımovanın arxiv videosu yayıldı

Aygün Kazımovanın arxiv videosu yayıldı

Sahibini gözləməkdən yorulmuş it görün nə etdi? - VİDEO

Sahibini gözləməkdən yorulmuş it görün nə etdi? - VİDEO

Paltarları rəngi solmadan necə yumaq olar?

Paltarları rəngi solmadan necə yumaq olar?

Bakı-Xankəndi velosiped yarışında 2-ci mərhələyə start verilib – FOTO

Bakı-Xankəndi velosiped yarışında 2-ci mərhələyə start verilib – FOTO

Bakıda motosiklet qəza törətdi, ölən var - VİDEO

Bakıda motosiklet qəza törətdi, ölən var - VİDEO

Bank işçiləri ilə bağlı qərar: İyundan imtahanlara cəlb olunacaqlar

Bank işçiləri ilə bağlı qərar: İyundan imtahanlara cəlb olunacaqlar

Uşaqların ağzına açar qoymaqla sağaldan kişi sosial mediada viral oldu - VİDEO

Uşaqların ağzına açar qoymaqla sağaldan kişi sosial mediada viral oldu - VİDEO

Zaqatalada evin həyətindən meyit tapıldı

Zaqatalada evin həyətindən meyit tapıldı

"Eurovision 2026" təhlükə altındadır – iştirakçılara xəbərdarlıq edildi

"Eurovision 2026" təhlükə altındadır – iştirakçılara xəbərdarlıq edildi

Mayın sonundan başlayacaq TƏHLÜKƏ – Kimlər risk altındadır?

Mayın sonundan başlayacaq TƏHLÜKƏ – Kimlər risk altındadır?

İranda İsrailə casusluqda təqsirli bilinən şəxs edam edilib - FOTO

İranda İsrailə casusluqda təqsirli bilinən şəxs edam edilib - FOTO

End of content

No more pages to load

RADİO