Sən 23 fevral üzərində QƏLƏBƏ çaldın, İGİDİM!

Bu gün 23 fevraldır. 

Tarixin bu günü Qızıl Ordunun və ya Sovet Hərbi Dəniz Donanmasının yaranması günü kimi, uzun illər kişilər günü kimi qeyd olunurdu. 

Çox da uzaq olmayan keçmişdə xanımlar həyat yoldaşlarına, qızlar sevdiklərini məhz 23 fevralda təbrik edirdilər.

Sonradan baş verən proseslər bu günü yavaş-yavaş unutdurmağa başladı. 1990-cı illərdən bəri ölkədə baş verən proseslərdən sonra insanlar bu günə nifrətlə baxmağa başladılar...

1991-ci il oktyabrın 18-də Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildikdən sonra isə 23 fevral haqqında mif də tarixə qovuşdu.

Müstəqilliyimiz bizə baha başa gəldi. Çox şey dağıdıldı, çox şey öz mahiyyətini dəyişdi. Biz müstəqilliyimizə məğlub durumda girdik.

Torpaqlarımız işğal olundu, kişilərimiz boynu bükük, çarəsiz ata-baba yurdlarını tərk etdilər. O gündən onlar qadınlarının gözlərinə dik baxa bilmədilər. O gündən onlar qadınlarının yanında gözü kölgəli qaldılar. 

Xanımlarımız yanlarındakı ərkəyini öyə bilmədi, bütün xoşbəxtliklərinin içində nəsə çatmadı, nəsə olmadı.

Düz 30 il kişilər bu cür yaşamağa məhkum oldular.

Dünyanı ağzına alan fəlakətin içində iki düşmənə qarşı Azərbaycan kişiliyi öz şücaətini göstərmək üçün fürsət qazandı. İndi 30 ilin “günahını” əsil kişi kimi yumağın vaxtı idi. Bacardı da!

2020-ci ildə ərənlərimiz əl-ələ, çiyin-çiyinə sinələrini sipər edib yaşatdılar bizə qələbə sevincini!

Həmin o gün Azərbaycan həqiqi müstəqilliyinə qovuşdu. Neçə il köksümüzdə sızıltı kimi, boğazımızda düyünlənib qalan müstəqillik sözünün əsl mahiyyətini dərk etdik. 

Ərənlərimizin bizə yaşatdığı qələbə sevinci bizə neçə illər həsrətini çəkdiyimiz vüsalımız oldu. 

Bu gün ürəyimizdən keçir ki, onların dik duran başları qarşısında biz də başımızı dik tutub düz gözlərinin içinə deyək, qürurunuz mübarək olsun!

Dastanlar yazan, tarixi qanları ilə çizən igidlərimiz! Siz bizə bəxş etdiyiniz sevinc  ilə 30 il sandıqda qalan, qatı açılmayan qələbə libasını geyindirdiniz. 

Bizim üçün canlarından keçənlərə və ona hazır olanlara bu gün ürəkdən CAN deyib, onları təbrik etməyi biz qadınlar da haqq etdik!

Çünki biz o CANlarla bütövləşdik. Neçə illər rahatlıq tapmayan ruhlarımız sizin sayənizdə cismimizə qovuşdu. Biz sizinlə bu gün birlikdə bütöv AzərbayCANıq.

Yadımdadır, ötən illərdə “Qarabağda qələbə çaldığımız gün kişilər bayramı kimi qeyd ediləcək” kimi yazılar paylaşılırdı. Ağlımıza, dilimizin dediyinə şüurumuzun çətinliklə dərk etdiyi günü bu gün ərənlərimiz bizə yaşatdı. Biz qalibik, biz bütövük. 

Biz igidlərimizin sayəsində qələbə kimi şərbətin dadını bütün dad reseptorlarımızla duya bilirik. 
Qoy ərlərimizin, ərənlərimizin 200 illik bir ətalətdən sonra GÜNÜ olsun.

8 noyabr BÖYÜK ZƏFƏR GÜNÜ, 26 iyun Silahlı Qüvvələr Günü artıq sizin haqq-halal günüzdür!

Həmin günlərdə Vətən üçün, qadını üçün canlarından keçən igidlərimizə CAN deyib, onları təbrik edək.

23 fevralın tarixini bilməyərək, yalnız trend xətrinə onu qeyd etməyin. O günü qeyd etmək istəyənlər, çox uzağa deyil, yaxın keçmişə səyahət edin.

Açın bir 20 yanvar, bir də 26 fevral tarixlərinə baxın. Ümid edirəm ki, beyninizdə yanlış düzülən pazıllar öz yerini tapacaq.

Sən 23 fevral üzərində QƏLƏBƏ çaldın, İGİDİM!

Qələbən mübarək igid ərənim! Sənin GÜNÜN 8 noyabr, sənin günün 26 iyun, haqq-halal xoşun olsun!

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İş həyatında ən sürətli yüksələn 4 BÜRC

İş həyatında ən sürətli yüksələn 4 BÜRC

Tərləmənin və pis qoxunun səbəbi bu vitamin imiş

Tərləmənin və pis qoxunun səbəbi bu vitamin imiş

İranda YENİ QURUM yaradıldı: gəmilərin keçidi üçün...

İranda YENİ QURUM yaradıldı: gəmilərin keçidi üçün...

Psixi sağlamlığı yaxşılaşdıran EMOSİYA müəyyən edilib - ARAŞDIRMA

Psixi sağlamlığı yaxşılaşdıran EMOSİYA müəyyən edilib - ARAŞDIRMA

Füzuli rayonundan olan üç itkin şəxsin nəşinin qalıqları müəyyən edildi - 33 ildən sonra

Füzuli rayonundan olan üç itkin şəxsin nəşinin qalıqları müəyyən edildi - 33 ildən sonra

Belarus Ermənistana NOTA VERDİ

Belarus Ermənistana NOTA VERDİ

Gürcüstanda yüksək vəzifəli məmur saxlanılıb - Xarici kəşfiyyata işləyirmiş

Gürcüstanda yüksək vəzifəli məmur saxlanılıb - Xarici kəşfiyyata işləyirmiş

Abdelmacid Tebbun Türkiyəyə səfər edəcək

Abdelmacid Tebbun Türkiyəyə səfər edəcək

Biləcəridə zəncirvari QƏZA: "KamAZ" qırmızı işıqda keçdi - FOTO

Biləcəridə zəncirvari QƏZA: "KamAZ" qırmızı işıqda keçdi - FOTO

Tramp: “İran ağ bayraq qaldırmalıdır” - VİDEO

Tramp: “İran ağ bayraq qaldırmalıdır” - VİDEO

Ermənistanda Zelenskinin gəlişinə ETİRAZ: Ukrayna bayrağı yandırıldı - VİDEO

Ermənistanda Zelenskinin gəlişinə ETİRAZ: Ukrayna bayrağı yandırıldı - VİDEO

Qazaxıstan Rusiyadan elektrik enerjisindən imtina etməyi planlaşdırır

Qazaxıstan Rusiyadan elektrik enerjisindən imtina etməyi planlaşdırır

"Biabırçılıqdır, heç rayonda belə yaşamırlar" - ŞİKAYƏT/VİDEO

"Biabırçılıqdır, heç rayonda belə yaşamırlar" - ŞİKAYƏT/VİDEO

Əhəd Abıyev bir ildə ikinci qardaşını itirdi - FOTO

Əhəd Abıyev bir ildə ikinci qardaşını itirdi - FOTO

Əhvalınızı düzəldəcək kiçik vərdişlər

Əhvalınızı düzəldəcək kiçik vərdişlər

Pakistanda dözülməz İSTİLƏR: ölənlər var

Pakistanda dözülməz İSTİLƏR: ölənlər var

İran BƏƏ-yə hücum etdiyini qəti TƏKZİB ETDİ

İran BƏƏ-yə hücum etdiyini qəti TƏKZİB ETDİ

Cavidin xanımından boşanma ilə bağlı suala ŞOK CAVAB: “Hər şey ola bilər!” - FOTO

Cavidin xanımından boşanma ilə bağlı suala ŞOK CAVAB: “Hər şey ola bilər!” - FOTO

İran gəmilərin Hörmüz boğazından keçidi üçün YENİ MEXANİZM yaradıb

İran gəmilərin Hörmüz boğazından keçidi üçün YENİ MEXANİZM yaradıb

Bu yerlərdə işıq olmayacaq

Bu yerlərdə işıq olmayacaq

Qalada evlərin altından su çıxır - Sakinlər NARAHATDIR - VİDEO

Qalada evlərin altından su çıxır - Sakinlər NARAHATDIR - VİDEO

WUF13 Festivalının axşam proqramı Şəkidə böyük maraq doğurub - FOTO

WUF13 Festivalının axşam proqramı Şəkidə böyük maraq doğurub - FOTO

Partlayışda xəsarət alan HƏKİM dünyasını dəyişdi

Partlayışda xəsarət alan HƏKİM dünyasını dəyişdi

İkinci Liqa: “Xankəndi” növbəti qələbəsini qazandı

İkinci Liqa: “Xankəndi” növbəti qələbəsini qazandı

End of content

No more pages to load

RADİO