AMEA-nın 500 əməkdaşının bağ sahəsi əlindən alındı? – QALMAQAL - FOTO

Ramiz Mehdiyev AMEA-nın 500-dən çox əməkdaşına verilmiş bağ sahələrinin əllərindən alınması ilə bağlı göstəriş verib. 

Bizim.Media xəbər verir ki, bu informasiyanı jurnalist Cavanşir Həsənli özünün “Facebook” profilində bölüşüb.
 

MÖVZU İLƏ BAĞLI:

 AMEA-dan RƏSMİ: Mehdiyev deputatları məhkəməyə verməyib


Jurnalist bildirib ki, AMEA Rəyasət Heyəti aparatının İşlər idarəsi institutlara məktub göndərərək, bağ sahələrinin ləğv edildiyini və müqavilələrin qanunsuz olduğunu bildirib.

Əməkdaşlara ötən gün bu barədə məlumat verilib. Jurnalistin AMEA-da baş verənlərlə bağlı fikirlərinin digər hissəsini təqdim edirik: 

“Onlar bildirirlər ki, bağ sahələrinin əllərindən alınması tapşırığı birbaşa Ramiz Mehdiyevdən gəlib və AMEA Rəyasət Heyəti aparatının İşlər idarəsinin müdiri Elton Məmmədov (Ziya Məmmədovun qardaşı), müdir müavini Fikrət Əliyev (Ramiz Mehdiyevin kürəkəninin qardaşı) bu məsələdə birbaşa maraqlıdırlar.

Bu işdə AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru vəzifə icra edən akademik Qərib Məmmədov, İşlər idarəsinin müdirinin keçmiş müavini Sərdar Əliyev və Xızı Kənd Təsərrüfatı İstehsalat Kompleksinin direktoru Vəliyəddin İbrahimov xüsusi rol oynayırlar. 


Oranı satacaqlarmı, villalarmı tikəcəklər, yoxsa hansısa keçmiş məmurun heyvandarlıq təsərrüfatı üçün örüşəmi çevirəcəklər, bəlli deyil. İstənilən halda əməkdaşlar bağlarının əlindən alınmasının qanunsuz göstəriş olduğu, uzağagedən məqsədlər güddüyü qənaətindədirlər.

Onların fikrincə, Ramiz Mehdiyev və onun akademiyadakı dəstəsi hər addımda dövlətə, xalqa ziyan vurmağa çalışır.

Məlumat üçün qeyd edim ki, AMEA Rəyasət Heyətinin 3 oktyabr 2018-ci il tarixli qərarına əsasən Xızı Kənd Təsərrüfatı İstehsalat Kompleksinin istifadəsində olan, torpaq sahəsindən müvəqqəti istifadə üçün AMEA-nın 500-dən artıq əməkdaşına 10 sot bağ sahəsi ayrılıb.

Bağ sahələri AMEA-nın keçmiş prezidenti Akif Əlizadənin dövründə verilib.

İki bölgü üzrə Akademiyanın elmi müəssisə və təşkilatlarının əməkdaşları üçün 63 hektar ərazidə təkminən 523 sahə verilib, müqavilələr bağlanılıb. AMEA-nın balansında olan həmin ərazinin sahəsi ümumilikdə 1800 hektardan çoxdur. 
 

Müqaviləyə əsasən, ötən müddət ərzində AMEA əməkdaşlarının maaşından hər ay 15 manat  çıxılıb. Yolların çəkilməsi üçün adambaşına 50 manat yığılıb.


Sahələrin hasarlanması üçün hər bir əməkdaş təxminən 300-700 manat xərcləyib. Hətta 1000-1500 manat pul xərcləyən də var.

Əməkdaşların əksəriyyəti bağ sahələrində ağac əkıb və ya əkin işləri görüblər. 

Pandemiya ilə mübarizə dövründə Bakı və Abşeron sakinlərinin paytaxtdan çıxmasına qadağa qoyulduğuna görə, yəni obyektiv səbəblər ucbatından bağçılıq təsərrüfatlarında daha çox işlər görmək mümkün olmayıb.

Bağ sahələrinin hasarlanması, ağacların əkilməsi və s. işlərin görülməsi isə məhz AMEA Rəyasət Heyətinin İşlər İdarəsi, AMEA Azad Həmkarlar Təşkilatı tərəfindən təşviq edilib, təşəbbüs göstərilib. İndi isə Ramiz Mehdiyevin göstərişi əsasında bağ sahələri əllərindən alınır.
 

Hüquqları pozulan AMEA əməkdaşları kütləvi şəkildə məhkəmələrə müraciət və ölkə rəhbərliyinə müraciət ünvanlamağa hazırlaşırlar. AMEA Azad Həmkarlar İttifaqı əməkdaşların hüquqlarının pozulmasına reaksiya verməyib”


Məsələ ilə bağlı “Sfera.az”a açıqlama verən AMEA Rəyasət Heyəti aparatının Mətbuat və informasiya şöbəsinin müdir müavini Gülnar Hacıyeva bildirib ki, yayılan məlumatın heç bir əsası yoxdur: 

"Bu iddianı təsdiq edən heç bir rəsmi sənəd yoxdur. Buna görə də mövzuyla bağlı hər hansı təkzib və ya açıqlama verilə bilməz”,- deyə Gülnar Hacıyevə cavabını bitirib.

Bizim.Media 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İş həyatında ən sürətli yüksələn 4 BÜRC

İş həyatında ən sürətli yüksələn 4 BÜRC

Tərləmənin və pis qoxunun səbəbi bu vitamin imiş

Tərləmənin və pis qoxunun səbəbi bu vitamin imiş

İranda YENİ QURUM yaradıldı: gəmilərin keçidi üçün...

İranda YENİ QURUM yaradıldı: gəmilərin keçidi üçün...

Psixi sağlamlığı yaxşılaşdıran EMOSİYA müəyyən edilib - ARAŞDIRMA

Psixi sağlamlığı yaxşılaşdıran EMOSİYA müəyyən edilib - ARAŞDIRMA

Füzuli rayonundan olan üç itkin şəxsin nəşinin qalıqları müəyyən edildi - 33 ildən sonra

Füzuli rayonundan olan üç itkin şəxsin nəşinin qalıqları müəyyən edildi - 33 ildən sonra

Belarus Ermənistana NOTA VERDİ

Belarus Ermənistana NOTA VERDİ

Gürcüstanda yüksək vəzifəli məmur saxlanılıb - Xarici kəşfiyyata işləyirmiş

Gürcüstanda yüksək vəzifəli məmur saxlanılıb - Xarici kəşfiyyata işləyirmiş

Abdelmacid Tebbun Türkiyəyə səfər edəcək

Abdelmacid Tebbun Türkiyəyə səfər edəcək

Biləcəridə zəncirvari QƏZA: "KamAZ" qırmızı işıqda keçdi - FOTO

Biləcəridə zəncirvari QƏZA: "KamAZ" qırmızı işıqda keçdi - FOTO

Tramp: “İran ağ bayraq qaldırmalıdır” - VİDEO

Tramp: “İran ağ bayraq qaldırmalıdır” - VİDEO

Ermənistanda Zelenskinin gəlişinə ETİRAZ: Ukrayna bayrağı yandırıldı - VİDEO

Ermənistanda Zelenskinin gəlişinə ETİRAZ: Ukrayna bayrağı yandırıldı - VİDEO

Qazaxıstan Rusiyadan elektrik enerjisindən imtina etməyi planlaşdırır

Qazaxıstan Rusiyadan elektrik enerjisindən imtina etməyi planlaşdırır

"Biabırçılıqdır, heç rayonda belə yaşamırlar" - ŞİKAYƏT/VİDEO

"Biabırçılıqdır, heç rayonda belə yaşamırlar" - ŞİKAYƏT/VİDEO

Əhəd Abıyev bir ildə ikinci qardaşını itirdi - FOTO

Əhəd Abıyev bir ildə ikinci qardaşını itirdi - FOTO

Əhvalınızı düzəldəcək kiçik vərdişlər

Əhvalınızı düzəldəcək kiçik vərdişlər

Pakistanda dözülməz İSTİLƏR: ölənlər var

Pakistanda dözülməz İSTİLƏR: ölənlər var

İran BƏƏ-yə hücum etdiyini qəti TƏKZİB ETDİ

İran BƏƏ-yə hücum etdiyini qəti TƏKZİB ETDİ

Cavidin xanımından boşanma ilə bağlı suala ŞOK CAVAB: “Hər şey ola bilər!” - FOTO

Cavidin xanımından boşanma ilə bağlı suala ŞOK CAVAB: “Hər şey ola bilər!” - FOTO

İran gəmilərin Hörmüz boğazından keçidi üçün YENİ MEXANİZM yaradıb

İran gəmilərin Hörmüz boğazından keçidi üçün YENİ MEXANİZM yaradıb

Bu yerlərdə işıq olmayacaq

Bu yerlərdə işıq olmayacaq

Qalada evlərin altından su çıxır - Sakinlər NARAHATDIR - VİDEO

Qalada evlərin altından su çıxır - Sakinlər NARAHATDIR - VİDEO

WUF13 Festivalının axşam proqramı Şəkidə böyük maraq doğurub - FOTO

WUF13 Festivalının axşam proqramı Şəkidə böyük maraq doğurub - FOTO

Partlayışda xəsarət alan HƏKİM dünyasını dəyişdi

Partlayışda xəsarət alan HƏKİM dünyasını dəyişdi

İkinci Liqa: “Xankəndi” növbəti qələbəsini qazandı

İkinci Liqa: “Xankəndi” növbəti qələbəsini qazandı

End of content

No more pages to load

RADİO