Emin Əmrullayev türkiyəli həmkarı ilə müzakirələr apardı

Təhsil naziri Emin Əmrullayevin Türkiyə Respublikasına səfəri davam etməkdədir.

Bizim.Media xəbər verir ki, Təhsil Nazirliyindən verilən məlumata görə, səfər çərçivəsində fevralın 22-də təhsil naziri Ankara şəhərində yerləşən ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib.

 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan və Türkiyə təhsil nazirləri protokol imzaladı - FOTO


Daha sonra Təhsil Nazirliyinin nümayəndə heyəti Ankarada fəaliyyət göstərən Heydər Əliyev adına məktəbi ziyarət edib, müəssisədə yaradılan şəraitlə tanış olub.

Günün ikinci yarısında təhsil naziri Emin Əmrullayev və Türkiyə Respublikasının milli təhsil naziri Ziya Selçuk arasında görüş keçirilib. Görüş zamanı ümumi və peşə təhsili sahəsində qarşılıqlı əməkdaşlığın cari vəziyyəti və gələcək perspektivləri müzakirə olunub.

Tərəflər arasında imzalanan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol”un əhəmiyyəti xüsusi şəkildə vurğulanıb.

Görüşün sonunda hər iki nazir mətbuat üçün açıqlamalar verib.

Fevralın 22-də nümayəndə heyəti həmçinin Ankara Universitetində olub. Ankara Universitetinin rektoru Necdet Ünüvar ilə görüş zamanı təhsil naziri Emin Əmrullayev pandemiya dövründə Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti və Azərbaycan Texnologiya Universitetinin tələbələri üçün Ankara Universiteti tərəfindən bir sıra ixtisaslar üzrə məsafədən təhsilin təşkilinə görə rektor Necdet Ünüvara təşəkkürünü bildirib.

Nümayəndə heyəti universitetdə Xocalı soyqırımının növbəti ildönümünə həsr olunmuş tədbirdə də iştirak edib. Tədbir zamanı təhsil naziri Emin Əmrullayev, Ankara Universitetinin rektoru Necdet Ünüvar, Azərbaycan Respublikasının Türkiyədəki səfiri Xəzər İbrahim çıxış ediblər.

Tədbirdə həmçinin Ankara Universitetinin professoru, hüquq üzrə elmlər doktoru Cavid Abdullazadə “Xocalıya akademik baxış” mövzusunda təqdimatla çıxış edib.

Günün sonunda Təhsil Nazirliyinin nümayəndə heyəti Milli Təhsil Nazirliyinə bağlı Ölçmə və Dəyərləndirmə Mərkəzini ziyarət edib və pandemiya dövründə təhsilin təşkilinə dair Türkiyə təcrübəsi ilə yerində tanış olmaq imkanını qazanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tərləmənin və pis qoxunun səbəbi bu vitamin imiş

Tərləmənin və pis qoxunun səbəbi bu vitamin imiş

İranda YENİ QURUM yaradıldı: gəmilərin keçidi üçün...

İranda YENİ QURUM yaradıldı: gəmilərin keçidi üçün...

Psixi sağlamlığı yaxşılaşdıran EMOSİYA müəyyən edilib - ARAŞDIRMA

Psixi sağlamlığı yaxşılaşdıran EMOSİYA müəyyən edilib - ARAŞDIRMA

Füzuli rayonundan olan üç itkin şəxsin nəşinin qalıqları müəyyən edildi - 33 ildən sonra

Füzuli rayonundan olan üç itkin şəxsin nəşinin qalıqları müəyyən edildi - 33 ildən sonra

Belarus Ermənistana NOTA VERDİ

Belarus Ermənistana NOTA VERDİ

Gürcüstanda yüksək vəzifəli məmur saxlanılıb - Xarici kəşfiyyata işləyirmiş

Gürcüstanda yüksək vəzifəli məmur saxlanılıb - Xarici kəşfiyyata işləyirmiş

Abdelmacid Tebbun Türkiyəyə səfər edəcək

Abdelmacid Tebbun Türkiyəyə səfər edəcək

Biləcəridə zəncirvari QƏZA: "KamAZ" qırmızı işıqda keçdi - FOTO

Biləcəridə zəncirvari QƏZA: "KamAZ" qırmızı işıqda keçdi - FOTO

Tramp: “İran ağ bayraq qaldırmalıdır” - VİDEO

Tramp: “İran ağ bayraq qaldırmalıdır” - VİDEO

Ermənistanda Zelenskinin gəlişinə ETİRAZ: Ukrayna bayrağı yandırıldı - VİDEO

Ermənistanda Zelenskinin gəlişinə ETİRAZ: Ukrayna bayrağı yandırıldı - VİDEO

Qazaxıstan Rusiyadan elektrik enerjisindən imtina etməyi planlaşdırır

Qazaxıstan Rusiyadan elektrik enerjisindən imtina etməyi planlaşdırır

"Biabırçılıqdır, heç rayonda belə yaşamırlar" - ŞİKAYƏT/VİDEO

"Biabırçılıqdır, heç rayonda belə yaşamırlar" - ŞİKAYƏT/VİDEO

Əhəd Abıyev bir ildə ikinci qardaşını itirdi - FOTO

Əhəd Abıyev bir ildə ikinci qardaşını itirdi - FOTO

Əhvalınızı düzəldəcək kiçik vərdişlər

Əhvalınızı düzəldəcək kiçik vərdişlər

Pakistanda dözülməz İSTİLƏR: ölənlər var

Pakistanda dözülməz İSTİLƏR: ölənlər var

İran BƏƏ-yə hücum etdiyini qəti TƏKZİB ETDİ

İran BƏƏ-yə hücum etdiyini qəti TƏKZİB ETDİ

Cavidin xanımından boşanma ilə bağlı suala ŞOK CAVAB: “Hər şey ola bilər!” - FOTO

Cavidin xanımından boşanma ilə bağlı suala ŞOK CAVAB: “Hər şey ola bilər!” - FOTO

İran gəmilərin Hörmüz boğazından keçidi üçün YENİ MEXANİZM yaradıb

İran gəmilərin Hörmüz boğazından keçidi üçün YENİ MEXANİZM yaradıb

Bu yerlərdə işıq olmayacaq

Bu yerlərdə işıq olmayacaq

Qalada evlərin altından su çıxır - Sakinlər NARAHATDIR - VİDEO

Qalada evlərin altından su çıxır - Sakinlər NARAHATDIR - VİDEO

WUF13 Festivalının axşam proqramı Şəkidə böyük maraq doğurub - FOTO

WUF13 Festivalının axşam proqramı Şəkidə böyük maraq doğurub - FOTO

Partlayışda xəsarət alan HƏKİM dünyasını dəyişdi

Partlayışda xəsarət alan HƏKİM dünyasını dəyişdi

İkinci Liqa: “Xankəndi” növbəti qələbəsini qazandı

İkinci Liqa: “Xankəndi” növbəti qələbəsini qazandı

Azərbaycanlı müğənni "Ferrari" ilə qəzaya düşdü - VİDEO/FOTO

Azərbaycanlı müğənni "Ferrari" ilə qəzaya düşdü - VİDEO/FOTO

End of content

No more pages to load

RADİO