Yaşı 16-dan aşağı olan şəxslərdən metal tullantıları alınmayacaq - RƏSMİ QADAĞA

Baş nazir Əli Əsədov “Əlvan və qara metal tullantılarının qəbulu, uçotu, radiasiya və partlayış təhlükəsizliyi baxımından müayinədən keçirilməsi Qaydaları”nın və “Əlvan və qara metal tullantılarının əldə edilmə mənbəyinə dair Tələblər”in təsdiq edilməsi haqqında qərar imzalayıb. 

Bizim.Media məlumatına görə, qərara əsasən, “Əlvan və qara metal tullantılarının qəbulu, uçotu, radiasiya və partlayış təhlükəsizliyi baxımından müayinədən keçirilməsi Qaydaları” təsdiq edilib. 

Həmçinin, “Əlvan və qara metal tullantılarının əldə edilmə mənbəyinə dair Tələblər” təsdiq edilib. 

“Əlvan və qara metal tullantılarının qəbulu, uçotu, radiasiya və partlayış təhlükəsizliyi baxımından müayinədən keçirilməsi Qaydaları” “İstehsalat və məişət tullantıları haqqında” qanuna uyğun olaraq hazırlanıb, əlvan və qara metal tullantılarının qəbulu və dövriyyəsi zamanı qanunazidd hərəkətlərin qarşısının alınması, həmçinin radiasiya və partlayış təhlükəsizliyinin təmin edilməsi üzrə tələbləri müəyyən edir.

Bu Qaydalar hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən əlvan və qara metal tullantılarının qəbulu, uçotu, radiasiya və partlayış təhlükəsizliyi baxımından müayinədən keçirilməsi məsələlərini tənzimləyir.

Azərbaycan Respublikasının ərazisində metal tullantılarının qəbulunu yalnız qara və əlvan metalların əridilməsi və bunun nəticəsində ərintilərin alınması obyektləri “Texniki təhlükəsizlik haqqında” qanuna əsasən, dövlət reyestrində təhlükə potensiallı obyektlər olaraq qeydiyyatdan keçmiş sahibkarlıq subyektləri həyata keçirir.

Belə obyektlər metal tullantılarının qəbulu, radiasiya və partlayış təhlükəsizliyi baxımından müayinənin keçirilməsi, insanların həyat və sağlamlığına, ətraf mühitə ziyan vurmadan saxlanılması üçün müəyyən şəraitə malik olmalıdır.

Metal tullantıları yaşı 16-dan yuxarı olan fiziki şəxslərdən, habelə hüquqi şəxslərdən qəbul olunur.

Fiziki şəxslərdən şəxsiyyəti təsdiq edən sənədlər tələb olunmadan metal tullantılarının qəbul edilməsinə yol verilmir.

Fiziki və hüquqi şəxslərdən yalnız əldə edilmə mənbəyi məlum olan və Nazirlər Kabinetinin təsdiq etdiyi “Əlvan və qara metal tullantılarının əldə edilmə mənbəyinə dair Tələblər”ə uyğun metal tullantıları qəbul olunur.

Metal tullantılarını qəbul edən sahibkarlıq subyektləri bu Qaydaların tələblərinə riayət etmədən metal tullantılarının təhvil verilməsi halları barədə dərhal aidiyyəti üzrə ərazi polis orqanına və ya Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə məlumat verməlidirlər.

Metal tullantılarını qəbul edən sahibkarlıq subyektləri tərəfindən metal tullantılarının emalı üçün istifadə olunan texniki qurğular və avadanlıqlar “Texniki təhlükəsizlik haqqında qanuna uyğun olaraq sertifikatlaşdırılır.

Səthi yaxınlığında qamma-şüalanmanın MEDG (təbii fon çıxılmaqla) 0,2 mkZv/st aşmayan, tərkibində lokal mənbələr və alfa və beta-aktiv radionuklidlərlə səthi radioaktiv çirklənmə olmayan metal tullantıları partiyasının radiasiya təhlükəsizliyi üzrə heç bir məhdudiyyət qoyulmadan Azərbaycan Respublikasının ərazisində istifadə olunmasına yol verilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Pentaqon rəhbəri İrana XƏBƏRDARLIQ ETDİ

Pentaqon rəhbəri İrana XƏBƏRDARLIQ ETDİ

Bu şəxslərin təhsil haqları dövlət tərəfindən ÖDƏNİLƏCƏK

Bu şəxslərin təhsil haqları dövlət tərəfindən ÖDƏNİLƏCƏK

Met Gala öncəsi qalmaqal: Bezosa bu üsulla etiraz etdilər

Met Gala öncəsi qalmaqal: Bezosa bu üsulla etiraz etdilər

Sumqayıt Dövlət Universitetinin yeni rektoru Nurəli Yusifbəyli kimdir? – DOSYE

Sumqayıt Dövlət Universitetinin yeni rektoru Nurəli Yusifbəyli kimdir? – DOSYE

Qəbiristanlıqda tərk edilən 2 yaşlı uşaqla bağlı YENİ XƏBƏR – Atası...

Qəbiristanlıqda tərk edilən 2 yaşlı uşaqla bağlı YENİ XƏBƏR – Atası...

Nurəli Yusifbəyli Sumqayıt Dövlət Universitetinin rektoru TƏYİN EDİLDİ

Nurəli Yusifbəyli Sumqayıt Dövlət Universitetinin rektoru TƏYİN EDİLDİ

Avropa liderlərinin Ermənistana səfəri fonunda İrəvanda atışma oldu – ÖLƏN VAR

Avropa liderlərinin Ermənistana səfəri fonunda İrəvanda atışma oldu – ÖLƏN VAR

"WhatsApp"ın sevimli özəlliyi LƏĞV OLUNUR

"WhatsApp"ın sevimli özəlliyi LƏĞV OLUNUR

Uşaqların sevimli içkisində TƏHLÜKƏ - Valideynlərin DİQQƏTİNƏ!

Uşaqların sevimli içkisində TƏHLÜKƏ - Valideynlərin DİQQƏTİNƏ!

Ötən oyunda zədələnən Puxaçın SON DURUMU

Ötən oyunda zədələnən Puxaçın SON DURUMU

Lerikdə ƏMƏLİYYAT: Tutulanlar arasında qadın da var – VİDEO

Lerikdə ƏMƏLİYYAT: Tutulanlar arasında qadın da var – VİDEO

Obama: “Trampın qayıdışı ailəmdə gərginlik yaradır”

Obama: “Trampın qayıdışı ailəmdə gərginlik yaradır”

Mark Zukerberq xanımı ilə ilk dəfə Met Gala-da göründü – FOTO

Mark Zukerberq xanımı ilə ilk dəfə Met Gala-da göründü – FOTO

İranda şübhəli partlayışlar - Nə baş verir?

İranda şübhəli partlayışlar - Nə baş verir?

Ağ Ev Trampı “Mandaloriyalı” obrazında təqdim etdi - FOTO

Ağ Ev Trampı “Mandaloriyalı” obrazında təqdim etdi - FOTO

“McDonald’s Azərbaycan” dünya çempionu olan gənc karateçini dəstəklədi - FOTO

“McDonald’s Azərbaycan” dünya çempionu olan gənc karateçini dəstəklədi - FOTO

İsrail ordusu HƏMAS-ın komandirini məhv etdi – VİDEO

İsrail ordusu HƏMAS-ın komandirini məhv etdi – VİDEO

Bakıda market, ev və avtomobillərdən oğurluq edənlər kameraya düşdü – ANBAAN VİDEO

Bakıda market, ev və avtomobillərdən oğurluq edənlər kameraya düşdü – ANBAAN VİDEO

Turizm sektorunda MÜƏMMA – Turist sayı azalıbsa, hotellərin gəliri NECƏ ARTIB?

Turizm sektorunda MÜƏMMA – Turist sayı azalıbsa, hotellərin gəliri NECƏ ARTIB?

Fransada bütün universitet tələbələri üçün yemək 1 avro oldu - FOTO

Fransada bütün universitet tələbələri üçün yemək 1 avro oldu - FOTO

Prezident və ailəsi Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində - FOTO

Prezident və ailəsi Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində - FOTO

Sumqayıtda evdə YANĞIN: Ana və qızı tüstüdən zəhərləndi – FOTO

Sumqayıtda evdə YANĞIN: Ana və qızı tüstüdən zəhərləndi – FOTO

Paytaxtın bu küçələrində də velosiped zolağı yaradılır – FOTO

Paytaxtın bu küçələrində də velosiped zolağı yaradılır – FOTO

Festivallar şəhəri Şəki daha bir festivala ev sahibliyi edir – FOTO

Festivallar şəhəri Şəki daha bir festivala ev sahibliyi edir – FOTO

End of content

No more pages to load

RADİO