Soyqırım uşaqlara necə izah edilməli?!

Hər bir ölkənin sağlam gələcəyi onun vətandaşlarının keçmiş tarixini unutmamasıdır. Sağlam gələcək naminə uşaqlarımıza uşaqlıq dönəmindən vətənpərvərlik duyğusu aşılamalıyıq. Vətən hər zaman “Ana Vətən”x9d kimi simvolizə olunur. Çünki hər bir insan üçün onun valideynləri xüsusən anasının onu dünyaya gətirməsi, bəsləməsi, qoruması vətən ilə eyni mənanı kəsb edir. Sağlam ailədə böyümək, valideynləri ilə sağlam münasibətdə olan hər bir uşaq böyüyəndə vətənini sevəcək, onu bütün müstəvilərdə qoruyacaqdır. Bu məsələni çox xırdalamaq istəmirəm. Sözümün canı odur ki, uşaq artıq bağça dönəmindən vətəninin tarixi günləri ilə tanış olur. Onun əlamətdar adətlərini öyrənir. Gözəl, sevinc dolu bayramları (novruz, qadınlar, həmrəylik və s.) uşaqlara ailə və ətrafı daha rahat anlatır. Ağır, acılı günlərimizi necə?! Bax burda hər kəs tərəddüt yaşayır. Necə edək ki, uşağımızda vətənpərvərlik duyğusunu aşılayaq, tarixini tanıdaq və bununla paralel onun psixikası zədə almasın?! Şəhidlərimizin fotogörüntüləri göstərilsinmi?
xa0xa0
İlk öncə onu qeyd edim ki, uşaqlar ölümü 7 yaşa qədər anlamırlar. Onlar bu yaşa qədər ölümü sonlanmış proses kimi yox, gedib sonradan gələcək bir hal kimi anlayırlar. Ona görə də bu günü bağça dönəmlərini yaşayan uşaqlara mütəxəssislər anlatarkən hadisələri detallı şəkildə fotogörüntülərlə anlatmamalı, orda olan şiddəti sözlü şəkildə qismən izah etməli, daha çox vətəni sevmək, onu qorumaq, ağır günündə yanında olmaq və s.kimi gözəl, güvənverici duyğulara fokuslanmalıdırlar. Bu əlamətdar gündə uşaqların himni bilməsi, onlara vətənlə bağlı şerləri öyrədilməsi, səhnələşdirməsi məqsədəuyğundur.xa0
xa0xa0
Məktəb dönəmində isə artıq uşaq ölümü dərk edə bilən yaşdadır. Burda mütləq müəllim- pedaqoq diqqətli olmalı, məktəb psixoloqunun iştirakı və ya nəzarəti altında məlumat verilməlidir. Emosional sferası davamsız olan uşaqlar hələ də ölümü anlamamış ola bilər. Bu uşaqlar xüsusi seçilməli, izahatda onlarda nəzərə alınmalıdır. Cinsi yetişkənlik yaşına (9 yaş sonrası) kimi uşağın işgəncə video və fotoşəkilləri izləməsi məqsədəuyğun deyil. Bu zaman uşaqlar artıq bu acı günə, bu günün niyə qeyd olunduğuna deyil, görüntüdəki işgəncələrin təsiriylə hadisələri öz üzərinə köçürüb yaxınlarını itirmə və ya məktəb qorxusuna çevirə bilər. Bunun nəticəsində onlarda yuxuda sayıqlamalar, yuxuya gedərsə hadisələrdən xəbərsiz olacaq və pis bir şey baş verəcək düşüncəsinə qapılaraq yuxu pozuntusu, səbəbsiz hərarət, qarın ağrısı və s.fobik əlamətlər baş verə bilər. Bəzən pedaqoq elə düşünür ki, uşağa şəkilləri göstərərsə bu hadisəni daha dərindən anlayacaq. Əslində özlərini bir az əziyyətə salıb hadisələri nağıl edərək danışsalar heç bir uşaq qorxunu nifrət şəklində yaşamadan hadisələri gözləri önündə canlandıracaq. Təsirlənəcək, qəzəblənəcək, məsuliyyət hissinin verdiyi qeyrət onda hər zaman vətəni qorumaq instiktini oyaq saxlayacaq. Kimisi seçdiyi idmanla, kimisi yaxşı bildiyi fənnlə önə gedib vətənimizin adını uca zirvələrdə daşımaq istəyəcək. Nəinki məktəbdən qorxacaq, səhərisi gün ağlayaraq məktəbə getmək istədiyini dilə gətirəcək. Şəhidlərimizə verilmiş işgəncələri hər uşaq öz təxəyyülünə uyğun olaraq canlandıracaq. Onları necə qaz balonunda kilidli saxlandığı, soyuq qarlı havada əliyalın meşədə qalmaları, bütün bu hadisələrin hər biri müəllimin dilindən incəliklə, böyük həssaslıqla izah edilməlidir. Soyqrım mütləq sükutla yad edilməlidir. Hər bir kiçik yaşlı uşaq artıq 9 yaşından sonra bu görüntüləri gizlətsəniz belə axtarib tapacaq, bütün sənədli filmləri izləyəcəkdir. Əks təqdirdə uşağa erkən yaşda bunu doğru formada izah etməsək, əsl şəxsiyyət kimi formalaşmağa başlayan, yəni yeniyetməlik dönəmində bu proseslərdən qaçacaqdır. Soyqrım övladlarımızda ruh düşgünlüyü yox, daha mətin, daha Mübariz olmağı formalaşdırmalıdı.xa0

Faciə hamımzın faciəsidi. Bunu gələcək nəsillərə övladlarımız çatdıracaq. Bu günün uşaqları sabahın Mübarizidir. Həyatını dəyişənlərə rəhmət, Xalqımıza səbr arzulayıram.xa0

NARINC UPM-nin rəhbəri, uşaq psixoloqu Narınc Rüstəmova

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bazarda qarpız və yemişin SON QİYMƏTİ - VİDEO

Bazarda qarpız və yemişin SON QİYMƏTİ - VİDEO

Konqoda Eboladan ölüm göstəricisi YÜKSƏLDİ

Konqoda Eboladan ölüm göstəricisi YÜKSƏLDİ

Neymar MLS klubuna keçmək istəmədi

Neymar MLS klubuna keçmək istəmədi

Yarımçıq qalan böyük sevgi: Türkan Şorayla Kadir İnanır niyə evlənmədi?

Yarımçıq qalan böyük sevgi: Türkan Şorayla Kadir İnanır niyə evlənmədi?

Bu əlamətlər xərçəngə İŞARƏDİR

Bu əlamətlər xərçəngə İŞARƏDİR

Bu üç bürcü sürprizlər gözləyir

Bu üç bürcü sürprizlər gözləyir

Vəfat edən türkiyəli müğənninin var-dövləti – Siyahı

Vəfat edən türkiyəli müğənninin var-dövləti – Siyahı

Ermənistan ordusunun hərbi qulluqçusu ölüb

Ermənistan ordusunun hərbi qulluqçusu ölüb

Finlandiya nüvə silahının ölkəyə gətirilməsinə "qapılarını açdı"

Finlandiya nüvə silahının ölkəyə gətirilməsinə "qapılarını açdı"

Afrika ölkəsi Fransa ilə diplomatik əlaqələri KƏSDİ

Afrika ölkəsi Fransa ilə diplomatik əlaqələri KƏSDİ

Venesuelada zəlzələ qurbanlarının sayı 920-yə çatdı

Venesuelada zəlzələ qurbanlarının sayı 920-yə çatdı

İsmayıllıda məşhur asma körpüdən keçid pulludur? - Rəsmi açıqlama - VİDEO

İsmayıllıda məşhur asma körpüdən keçid pulludur? - Rəsmi açıqlama - VİDEO

Xidmət rəisi “neqodnı” olan vətəndaşlara ÇAĞIRIŞ ETDİ

Xidmət rəisi “neqodnı” olan vətəndaşlara ÇAĞIRIŞ ETDİ

“Qalatasaray” futbolçusuna 55 milyon avro qiymət qoydu

“Qalatasaray” futbolçusuna 55 milyon avro qiymət qoydu

Vaşinqtonda İsrail və Livan arasında "çərçivə sazişi" imzalandı - VİDEO

Vaşinqtonda İsrail və Livan arasında "çərçivə sazişi" imzalandı - VİDEO

26 İyun paytaxtda möhtəşəm hərbi musiqi proqramı ilə qeyd olundu - FOTO

26 İyun paytaxtda möhtəşəm hərbi musiqi proqramı ilə qeyd olundu - FOTO

İsrailin Livana zərbələri: Ölənlərin sayı 4200-ü keçdi

İsrailin Livana zərbələri: Ölənlərin sayı 4200-ü keçdi

İranın vitse-prezidenti Ermənistanda səfərdədir

İranın vitse-prezidenti Ermənistanda səfərdədir

Rusiyalı aparıcı gizlicə Epşteynin adasına daxil oldu – Milyarderin əkizini tapıb danışdı

Rusiyalı aparıcı gizlicə Epşteynin adasına daxil oldu – Milyarderin əkizini tapıb danışdı

"İlqarla mübahisə etdik, məni efirə çağırmayacaq"

"İlqarla mübahisə etdik, məni efirə çağırmayacaq"

“Qarabağ” yeni transferinə nə qədər xərcləyib?

“Qarabağ” yeni transferinə nə qədər xərcləyib?

“Adam var, tər tökür, xaricdə oxuyur, o birisi də burada gəzir, möhlət istəyir…” – VİDEO

“Adam var, tər tökür, xaricdə oxuyur, o birisi də burada gəzir, möhlət istəyir…” – VİDEO

Kəskin rəqabətdə Azərbaycan namizədi BMT-də mühüm vəzifəyə seçildi

Kəskin rəqabətdə Azərbaycan namizədi BMT-də mühüm vəzifəyə seçildi

Dilarə Səlimdən vəzifəsindən azad edilməsi ilə bağlı AÇIQLAMA

Dilarə Səlimdən vəzifəsindən azad edilməsi ilə bağlı AÇIQLAMA

End of content

No more pages to load

RADİO